İndoneziyada Azərbaycan mədəniyyəti
mərkəzi yaradılıb
Azərbaycan
Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın təşəbbüsü
ilə ilk dəfə İndoneziya Respublikasının
İndoneziya Universitetində Azərbaycan mədəniyyəti
mərkəzi yaradılıb.
ADU-dan
AZƏRTAC-a bildirilib ki, mərkəzi bu universitet maddi-texniki
baza və tədris materialları ilə təchiz edəcək.
İndoneziyada işgüzar səfərdə
olan ADU-nun elmi tədqiqatlar və nəşrlər şöbəsinin müdiri,
professor Həbib Zərbəliyevin sözlərinə
görə, mərkəz
ümummilli lider Heydər Əliyevin,
Prezidenti İlham Əliyevin, görkəmli
yazıçı və
şairlərimizin portretləri,
dövlət atributları
– bayraq və gerbimiz, Azərbaycan multikulturalizmi haqqında məlumatları özündə
əks etdirən kitab və şəkillərlə
təmin olunub. Mərkəz universitetin fundamental kitabxanasının
binasında yerləşir.
İndoneziya Universiteti
Azərbaycan ilə bağlı tədbirlərin
və görüşlərin
keçirilməsi üçün
mərkəzi böyük
zalla təmin edib. Mərkəzə ADU-nun bir müəlliminin
rəhbərlik etməsi,
həmçinin növbəti
tədris ilindən həmin universitetdə Azərbaycan multikulturalizmi
fənninin tədris olunması nəzərdə
tutulub.
Səfər çərçivəsində H.Zərbəliyev İndoneziya
Universitetinin tədris
işləri üzrə
prorektoru, professor Bambanq Vibavarta, kitabxananın müdiri Fuad Qani və
bu ölkənin Bandunq şəhərində
təcrübədə olan
azərbaycanlı tələbələrlə
görüşüb. Bildirilib ki,
Azərbaycan mədəniyyəti
mərkəzi və
ADU-dakı İndoneziya
Araşdırmalar mərkəzinin
əməkdaşlığı yüksək ixtisaslı kadrların yetişməsi
və əlaqələrin
möhkəmlənməsinə töhfəsini verəcək.ADU
və İndoneziya Universiteti arasında əməkdaşlıq memorandumu
imzalamaq haqqında razılıq əldə olunub. Sənəddə iki universitet arasında əməkdaşlığın yaradılması, tələbə-müəllim
mübadiləsi, birgə
elm-tədqiqat işlərinin
aparılması əksini
tapacaq.
Səfər çərçivəsində, həmçinin H.Zərbəliyev Pacacaran Universitetinin rektoru, professor Tri Hanqqono Ahmad və bu ali təhsil ocağının inzibati heyəti ilə görüşüb. Görüşdə ADU və Pacacaran Universiteti arasında əməkdaşlıq memorandumu təsdiqlənib. Əməkdaşlıq çərçivəsində Pacacaran Universiteti burada Azərbaycan mədəniyyəti günlərini keçirməyi də təklif edib.H.Zərbəliyev İndoneziyanın Bandunq şəhərindəki Sunan Kalicaqa Dövlət İslam Universitetinin rektoru, professor H.Musa Aşari və digər rəhbər şəxslərlə də görüşüb. Görüşdə bu universitetin ADU ilə əməkdaşlıqda maraqlı olması ilə bağlı fikirlər səslənib. H.Zərbəliyev həmin universitetdə Azərbaycan mədəniyyəti və multikulturalizmi haqqında məruzə ilə çıxış edib.
Ruslan
Üç
nöqtə.- 2018.- 26 yanvar.- S.8.