Məşhur blüz
və caz pianoçusu Bakıda konsert verib
Beynəlxalq
Muğam Mərkəzində məşhur blüz və caz
pianoçusu Silvan Zinggin ifasında "Boogie Woogie" musiqi
janırında konsert keçirilib
İsveçrədə
"Boogie Woogie səfiri" sayılan Silvan Zingg
Afro-amerikalı blüz pianoçuların əsərlərindən
ilhamlanaraq pianoda ifa etməyə uşaq yaşlarından
başlayıb.Konsert Beynəlxalq Muğam Mərkəzi və
İsveçrə səfirliyinin birgə təşkilatçılığı
ilə keçirilib.Bu günə qədər ifaçı
İsveç, Almaniya, Lixtenşteyn, Avstriya, Fransa, İtaliya,
Hollandiya, Belçika, İspaniya, Lüksemburq, Yunanıstan,
Monako, Andorra, Vatikan, Bolqarıstan, Polşa, Çexiya, Macarıstan,
İsveç, İngiltərə, İrlandiya, ABŞ, Kanada,
Hindistan, Ərəb Əmirlikləri, Çin, Rusiya, Meksika
kimi xarici ölkələrdə qastrol səfərlərində
olub və konsert proqramları ilə çıxış
edib.İfaçı Chuck Berry, Ray Charles, Kathie Webster, Sammy
Price, Memphis Slim, Champion Jack Dupree, Tito Jackson və bir çox
digər məşhurlarla eyni səhnəni
bölüşüb.Tənqidçilər
ifaçının texnikasından təsirlənərək,
onu qeyri-adi pianoçu kimi təqdim edirlər. Onun ən böyük hiti olan "Dancing The
Boogie" musiqi nömrəsi
Youtube-da 8 milyondan çox izləyici toplayıb. Onun bu növ musiqi
janrına olan marağı 2002-ci ildə
İsveçrədə indi
də çox uğurla davam edən Luqano Beynalxalq “Boogie Woogie” Festivalını təsis etməsinə səbəb
olmuşdu.Konsertdə ilk olaraq
İsveçrənin Azərbaycandakı
səfiri Filip Ştalder tanınmış
İsveçrəli pianoçu
Boogie Woogie və blüz ifaçısı
Silvan Zingg haqqında geniş məlumat verib. Bildirib ki, ifaçının Bakıda konsertlə çıxış etmək
seçimi təsadüfi
olmayıb. Ötən
il Bakıda
keçirilən ənənəvi
Beynəlxalq Caz Festivalında klassik musiqi ilə coşqun cazı bir-biri ilə uyğunlaşdırmağı bacaran isveçrəli musiqi qrupu Mats-up çıxış edib.
Bu çıxışdan sonra
İsveçrənin Azərbaycandakı
səfirliyi “Boogie Woogie”
üslubunda ifa edən isveçrəli musiqiçinin konsertini təşkil etmək qərarına gəlib.Daha
sonra Silvan Zingg Azərbaycanda olmağından məmnunluğunu
bildirib: "Şəhəriniz
gözəldir, çox
xoşuma gəldi. Sizin musiqiniz, xüsusilə muğam və onun cazla sintezi
qeyri- adidir".
İfaçı gecədə caz bluz və “Boogie Woogie” üslubunda musiqilər ifa edib.
Üç nöqtə.- 2018.- 31 yanvar.- S.12.