Qaynaqlarımızda
türkün hikmət xəzinəsi: genetik yaddaşın
dünənindən bu gününə - IV YAZI
Buludxan Xəlilov
filologiya
üzrə elmlər doktoru, professor
Əhməd Yəsəvi hər bir insanın hal elmini
bilməsini də vacib saymışdır. Ona görə,
insanı haldan-hala salan hal elmi vasitəsilə Tanrını
tanımaq, dərk etmək və duymaq mümkündür.
Əhməd Yəsəvinin fikrincə, hal elmini yalnız haqqa
çatanlar anlaya bilər, duya bilər. Eyni
zamanda Əhməd Yəsəvi belə hesab edir ki, hal elminin gərəkli
və dəyərli olduğunu irfan əhli daha yaxşı
başa düşür. Əhli - irfan barəsində Xətai,
Aşıq Ələsgər
yaradıcılığındakı nümunələr təsdiq
edir ki, Əhməd Yəsəvi hikmətlərində əhli
- irfanla bağlı söyləmələr sonralar bir
çoxları üçün dəyərli hesab
olunmuşdur. (bax: Füzuli Bayat. Xoca Əhməd Yəsəvi
və xalq sufizminin bəzi problemləri. Bakı,
1997, s. 28).
Xətai yaradıcılığında:
Xətai, can arxına,
Əhli-irfan arxına,
Mərifətdən su gəlib,
Tökülür can arxına.
Aşıq Ələsgər
yaradıcılığında:Anlamaz, nadan eşitsə deyər
hədyandı bu söz,
Əhli -irfan məclisində ləli-mərcandı
bu söz.
Türk öz hikmət xəzinəsində
biliyin, idrakın, ağılın vəhdətində
kamilliyi görür və bu kamillikdə isə əsl
insanın kimliyini ortalığa qoyur. Əsl insanın -
kamallı insanın bəzəyinin dil olması söylənilir.
Yəni əsl insanın kimliyi yenə də onun dilindədir.
Burada yenə də bir çox mətləblər dilin
altında gizlənir. Bu barədə “Qutadqu bilik”də
yazılır:
İnsanın bəzəyi sözdür,
söz müxtəlifdir,
Xoşsözlüinsanıöy, eydilim.
Türkcəbunabənzərbiratalarsözüvar,
Onu söyləyirəm, o belədir:
Kamalın
bəzəyi dil, dilin bəzəyi sözdür,
İnsanın bəzəyi üz, üzün bəzəyi
isə gözdür.
İnsan
sözünü dili ilə söylər,
Sözüyaxşıolsa,üzüparlar.
(Yusif
Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə
aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı,
1994, s. 35).
Biliyin sərhədi, ölçüsü və həcmi
idrak sahibləri tərəfindən etiraf olunmuş, gizli
saxlanılmışdır. Məsələn, Aşıq Ələsgər
yazır:
Kişigərəkzəhmətçəksindərsalsın,
Süfrəaçsın, adqazansın, dərsalsın.
Dərsi
azlar Ələsgərdən dərs alsın,
Altıminaltıyüzayəməndədi.
(bax: Azərbaycan aşıq şeirindən
seçmələr. Bakı, “Şərq-Qərb”, 2005, s. 21).
Burada Aşıq Ələsgər altı min altı
yüz ayəni bildiyini, mənimsədiyini və bunu bilməyənlərə
dərs verməyə qadir olduğunu söyləmişdir. Onu da qeyd edək
ki, “Qurani - Kərim” altı min altı yüz altmış
altı ayədən ibarətdir ki, bunların hər biri
bismillahla başlayır. “Bismillah”
sözü ərəb sözüdür. Dindarlar
bir işə girişərkən bu sözü söyləyirlər.
Bismillah “Allahın adı ilə
başlayıram” deməkdir. (bax:
Ərəb və fars sözləri lüğəti.
“Yazıçı”, Bakı, 1985, s. 73).
Türkün hikmət xəzinəsində özünəməxsusluğun
biri də elat mədəniyyətini yaratması və
yaşatması ilə bağlıdır. Elat mədəniyyətinin
yaranması səbəbi onunla bağlı olmuşdur ki, türk
dünyaya gəlişindən sonra dünyanın təbii və
zəngin olan ərazilərində məskunlaşmışdır.
Bu ərazilər o qədər ucsuz-bucaqsız
olmuşdur ki, onun bir tərəfindən o biri tərəfinə
getmək uzun vaxt tələb etmişdir. İstər-istəməz
ərazilər get-gedə türkün özü tərəfindən
ayrılmağa, belə demək olarsa, sərhəd çərçivəsinə
düşməyə başlamışdır. Nəticədə türkün məskunlaşdığı
ərazilərin bir-birindən fərqləndirilməsi meydana
çıxmışdır. El-oba
camaatı, el-oba ifadəsi də buradan yaranmış və
elat düşüncə tərzinin bir komponenti kimi
türkü həmişə izləmişdir. “Adam adama
qovuşar, dağ dağa qovuşmaz” atalar sözü və
onun “Oğuznamə”də olan
paralel variantı
“Qavışar adam adama, amma qavışmaz tağ tağa” elin
bir ucu ilə o biri ucu arasında məsafənin
böyüklüyünə işarədir. Yəni
el-obanın adamları bu ucsuz-bucaqsız məsafəni gəzərkən
bir-biri ilə rastlaşa bilər, görüşə bilərlər.
Məncə, ellə bağlı atalar sözlərinin
yaranması səbəbi də elat düşüncə tərzi
ilə bağlı olan bir məsələ olmuşdur. Məsələn, “Oğuznamə”də
qarşılaşdığımız həmin
atalar sözləri də bunu təsdiq edir.
El ilə gələn qərə gün dügündür.
El ilə gələn bəla bayramdır.
El atdığı daş uzaq gedər.
El dəlüsin aldatmaz.
El içində qatı söyləmə, divar
ardında qulaq olur.
Elün dilini kimsə tutmaz.
Elün ağzı yıprağ olur.
Elin ağzında mərcimək islanmaz.
(Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 25, 54, 58).
Ellə bağlı olan Azərbaycan atalar sözləri
elat düşüncə tərzinin min illərin
sınağından çıxaraq dövrümüzə gəlib
çıxan nümunələri kimi müstəsna əhəmiyyət
daşıyır. Məs.:
El ağzı - çuval ağzı.
El ağzı faldır.
El ağzı ilə quş tutulmaz.
El ağzında bir sözün yüz rəngi var.
Elatandaşuzağagedər.
Elatandaşagücdüşməz.
Elatandaşıqalxızmaqolmaz.
Elbirolsa,
dağoynadaryerindən
Elçalanzurnanınsəsiuzaqdangələr.
Eldediyimübarəkolar.
Eldəlisinçöləatmaz.
Elelüstəsığışar, evevüstəsığışmaz.
Eleybinsənəsöyləyənsənindəeybinieləsöylər.
El gözü aydın görər.
El gözü tərəzidir.
Elgözündəndüşənboyatmaz.
El gücü - sel gücü.
El hümmətlə, quş qanadla.
El igidiylə tanınar.
El ilə gələn qara gün toy-bayramdır.
El keçdiyi körpüdən sən də keç.
El köçər, adət köçməz.
El qalxdı, sən də qalx.
Elqarğıyanağacbarverməz.
Elmalınagözdikəngözdənolar.
Eloğluyumurtayaqulpqoyar.
Elözdəlisiniyaxşıtanıyar.
Elsevməyəninağacıquruyar.
Elsözünəuyanqarısınıtezboşar.
Eltikənialəmyıxabilməz.
Elüçünağlayanikigözündənolar.
El üfürdü, sel köpürdü.
El üzünə namaz qılanın arxası
Allahadı.
El
yandıran şamı söndürmək
olmaz.
El yığılsa, zərbi kərən
sındırar.
El yıxanı heç kəs tikə bilməz.
El yumruğun görməyən öz yumruğun batman
sanar.
Elinağzınabaxanacqalar.
Elindilindənqurtarmaqolmaz.
Elinsəsi - haqqsəsidi.
Elinsözüəvvəl-axırdüzolur.
Elini hürküt, axsağınnan yapış.
Ellər köçər, dağlar qalar.
Ellərə gülən canım, indi olub el
gülüncü.
Elə kor deyən özü badam gözlüdür?!
(Atalar sözü. Bakı, “Öndər Nəşriyyat”, 2004, s. 98, 99,
100).
Yeri gəlmişkən
Abbas Tufarqanlı elat mədəniyyətindən,
elat düşüncə tərzindən qaynaqlanaraq yazır:
Elbirolsa,
dağoynadaryerindən,
Söz bir olsa, zərbi kərən sındırar.
Elat mədəniyyətinin
tərkib hissəsində münasibətlər sistemi həmişə
önəmli yerlərdən birini tutmuşdur. Münasibətlər sisteminin əsas komponentlərindən
biri də qonşuluq münasibəti olmuşdur. Qonşuluq münasibəti olmadan türkün məişətini
təsəvvür etmək mümkün deyildir. Türk qonşuluq münasibətini dar və
geniş mənada başa düşmüşdür. Dar mənada qonşuluq münasibəti elat
düşüncəsində qonşunun qonşuya olan
münasibəti kimi (bir türkün qonşusunda olan başqa
bir türkə münasibəti) başa
düşülmüşdür. Və bu
barədə Oğuz babalarımızın söylədiyi
atalar sözləri elat düşüncəsindən
qaynaqlanıb gələrək indi də öz təsir
gücünü saxlamaqdadır. Məs.:
Qonşunun eşəgin iki istə, sənin üç
olsun.
Qonşunun eşəgin toquz istə, sənin on olsun.
Qonşıyıqonşıdansorarlar.
Qonşu haqqı, tanrı haqqı.
Qonşunkimisə, qardaşınoldur.
Qurd qonşusun yeməz.
Qonşıqazan almaq çanaqdan su içmək kibidir.
Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 141, 143, 144, 145, 146).
Azərbaycan
atalar sözləri içərisində qonşu ilə
bağlı olanları az deyildir. Məs.:
Qonşu aşı dadlı olar.
Qonşu çırağı qonşuya işıq
salmaz.
Qonşu iti qonşuya hürməz.
Qonşu qonşudan tez durmaq öyrənər.
Qonşu qonşudan itiyini bayatı
çağıra-çağıra tapar.
Qonşu qonşuya baxar, canını oda yaxar.
Qonşu qonşuynan boğuşdu, qaraçıya
fürsət düşdü.
Qonşumuncuğunoğurlayangordataxar.
Qonşupaxılolmasa, bağçəpərineylər?!
Qonşu payı qarın doyurmaz.
Qonşuda bişər, bizə də düşər.
Qonşum qonşu olsa, kor qızım ərə gedər.
Qonşum şah - mən də şah.
Qonşuntox - səndətox.
Qonşunagenəş, bildiyiniəldənvermə.
Qonşunuikiinəkliistəki, özündəbirinəkliolasan.
Qonşunun şamından işıq düşməz.
Qonşuya umud olan şamsız qalar.
(Atalar sözü. Bakı, “Öndər Nəşriyyat”, 2004,
s. 169-170).
Türk geniş mənada
qonşuluq münasibətini millətlər, xalqlar, dövlətlər
arasında olan münasibət kimi anlamış və bu zaman
məsələyə elat düşüncə tərzi ilə
deyil, milli-siyasi və dövlətçilik düşüncə
tərzi ilə yanaşmışdır. Hələ
ən qədim, qədim və orta əsrlər mərhələsində
türk başqa xalqlarla milli-siyasi, dövlətçilik
düşüncə tərzi ilə qonşuluq münasibətində
olmuşdur.
İdrak sahibləri dövlətçilik
düşüncəsinə sadiq qalmaqla dövləti idarə
edən hər bir kəsin faydalanacağı öyüd və
nəsihətlərlə türkün dövlətçilik
tarixinin qədimliyini təsdiq etmişlər. Hələ orta əsrlərdə
dövlətin (məhz türk dövlətinin) müasir
anlamda desək, konstitusiyasını yazmaq, hökmdarın, vəzirin,
bəyin, sərkərdənin, katibin, xəzinədarın,
aşpazın, xidmətçinin necə olmasını
ölçüyə, meyara çevirmək, eyni zamanda alimlərə,
təbiblərə, əfsunçulara, yuxu yozanlara, münəccimlərə,
şairlərə, əkinçilərə,
satıcılara, heyvandarlara, sənətkarlara, yoxsullara
münasibəti ədalətli, cəmiyyətin hər bir təbəqəsinin
marağı təmin olunmuş şəkildə bəyan etmək
dövlətçilik təcrübəsinin məhsulu kimi
başa düşülməlidir. Həm də
türklərin qurduqları yüzlərlə, minlərlə
dövlətlərin 2idarə olunması zamanı idarəçilik
təcrübəsinin diktə etdiyi öyüdnəsihətlər
kimi qəbul olunmalıdır.
Dünyada çoxlu dövlətlər qurulub,
yaşayıb və dağılıbdır. Türklərin
yaratdıqları saysız-hesabsız dövlətlər
yaşayıb, dağılıb və yeniləri ilə əvəz
olunubdur. İmperiyalar da belə olubdur.
Ancaq dövlətin əbədi olması
üçün gərəkli olanlar vardır. Məs.:
Dünyanı
tutmaq üçün idrak gərəkdir,
Xalqa hakim
olmaq üçün həm ağıl,
həm
də ürək lazımdır.
Dünyanı
tutan idrak ilə tutdu,
Xalqa
hökm edən buna ağılla nail oldu.
Hər
yerdə insana belə tədbir lazımdır,
Bəylik işində xüsusilə diqqət
lazımdır.
Dövlət
işində bu ehtiyat və sayıqlıq
Dövlətin ömrünü uzadar.
(Yusif
Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə
aparan elm. Bakı, Azərbaycan Dövlət
Nəşriyyatı, 1994, s. 31, 46, 47).Dövlətin öz
xoşbəxtliyinə qovuşması üçün onun
bilikli, fəzilətli, adil bir hökmdarı olması ilə
yanaşı, səadət və xoşbəxtlik gətirən
vəziri, aqilləri, müdrikləri və qənaətcilliyin,
gözütoxluluğun nədən ibarət olduğunu anlaya
bilən cəmiyyəti mütləqdir. Türkün
dövlətçilik düşüncəsində qeyd olunan
bu cəhətlər dövləti və cəmiyyəti
xoşbəxtliyə apara bilər.
davamı var
Buludxan Xəlilov
Üç
nöqtə.- 2019.-2 aprel.- S.4