Qaynaqlarımızda türkün hikmət xəzinəsi: genetik yaddaşın dünənindən
bu gününə
- V YAZI
Buludxan Xəlilov,
filologiya üzrə
elmlər doktoru, professor
Elat mədəniyyətində türk mərdliyi, yaxın münasibəti, dostluğu,
comərdliyi
və
sadəliyi ən
dəyərli keyfiyyətlər
olmaqla təbiətinə
və əməlinə
yaraşan iş kimi qiymətləndirmişdir.
Bu keyfiyyətlər həm də türkün genetik kodunu başqalarından fərqləndirir. Belə
keyfiyyətlər heç
zaman ölmür, itmir, genetik kod onun ölümünə,
itiminə imkan vermir. Əksinə, izləyir, müşahidə
edir, stimullaşdırır.
Necə ki, “Keçmə namərd körpüsündən
qoy aparsın sel səni, Yatma tülkü kölgəsində qoy yesin aslan səni”
misralarına stimul verən genetik kod Oğuz babalarımızın
söylədiyi “Müxənnət
körpüsündən keçməkdən
suya boğulmaq yegdir” (Oğuznamə. Bakı, Yazıçı,
1987, s. 176) atalar sözü
ilə bağlıdır.
Türkün comərdliyinin,
sadiqliyinin genetik kodu Oğuz babalarımızın aşağıdakı
atalar sözündədir:
Dəvə gördünmi desələr, köşəgin də görmədim di.
Dost gəlməyincəyaramaza
satılma.
Havadakı quşı
satma. Dənizdəki balığı satma.
(Oğuznamə. Bakı,
Yazıçı, 1987, s. 98, 100, 101, 187).
Azərbaycan atalar sözü:
“Birdaşaltda, birdaşüstdə”.
(Atalar sözü.
Bakı, “Öndər
Nəşriyyat”, 2004, s. 57).
Yaxud, “Qutadqu bilik”də comərdliyin,
sadəliyin genetik kodu türk mənəviyyatının bir daha zənginliyindən xəbər verir:
Bəyə comərdlik
və
sadəlik
lazımdır,
Sadəliklə bərabər xoşxasiyyət
olmalıdır.
Comərd
ol, bağışla,
yedirt və içirt,
Malınazalsa, vur-al, yenəvarlan.
Cəsur və
ürəkli insan üçün mal,
Ağ
şahin üçün
yem əskik olmaz.
(Yusif Balasaqunlu.
Qutadqu bilik - xoşbəxtliyə
aparan
elm. Bakı, Azərbaycan
Dövlət
Nəşriyyatı, 1994, s.164).
Mərd - namərd qarşılığı
Azərbaycan atalar sözündə təsirli
və kəsərli şəkildə özünü
qoruyub saxlayır. Məs.:
Mərd ələ
yapışar, namərd ayağa, haray!
Mərd əli
kasad olmaz.
Mərd igidlər
süfrə açar, ad
alar.
Mərd kişi
çörəyini daşdan çıxardar.
Mərd qədrini
mərd
bilər.
Mərd mərdə
qənim
olar,
Mürtəza Əli
hər
ikisinə.
Mərd özündən
bilər,
namərd
özgədən.
Mərdə arxa
çevir, namərdə vermə yaxa.
Mərdə güllə
dəyməz heç kürəyindən.
Mərdi qova-qova
namərd
eləmə.
Mərdin gözü
tox olar, namərdin gözü ac.
Mərdin qapısı
açıq olar!
Mərdin paxılı
deyilsən
ki?
Namərd yoldaşından
görər, mərd Allahdan.
Namərdə tuş
olanın
ciyəri
qana dönər.
Namərdi bir
gördün, bir də görsən, namərdsən.
Namərdin çörəyi
dizinin
üstə
olar.
Namərdin gözü
dar olar.
Namərdin sözünü
söz
eləmək olmaz.
(Atalar sözü. Bakı,
“Öndər Nəşriyyat”,
2004, s. 181, 182, 185).
Aşıq yaradıcılığında mərd-müxənnət, mərd-namərd
oppozisiyasının poetik
modeli çox geniş şəkildə
verilmişdir. Onlardan bəzilərinə diqqət yetirək. Məsələn, Aşıq
Ələsgərin yaradıcılığında:
Ahən gəzər, səngə verər mər dana,
Mərd oğulun
qəhrin
çəkər mərd ana.
Mərd iyid
meydanda
durar mərdana,
Müxənnət yapışar,
ayağa,
qarqar.
(Azərbaycan aşıq
şeirindən seçmələr. Bakı, ”Şərq-Qərb”,
2005, s. 26).
Zodlu Usta Abdullanın yaradıcılığında:
Mərd iyidlər
el içində qaladı,
Eşq
atəşi səngimişdi,
qaladı.
İyid ölsə
bu dünyada qaladı.
Müxənnətlər gözləyəcək
hasini.
(Azərbaycan aşıq
şeirindən seçmələr. Bakı, ”Şərq-Qərb”,
2005, s. 106).
Aşıq Ələsgərdən başqa bir misal:
Haqqnəzərin Ələsgərdən
kəsmədi,
Yarqəddinə yaraşanlar
kəsmədi.
Mərdin qaydasıdı,
basdı,
kəsmədi,
Namərd təpə-dırnaq
yara yetirər.
(Azərbaycan aşıq
şeirindən seçmələr. Bakı, ”Şərq-Qərb”,
2005, s. 28).
Türkün genetik kodunda yalançılığa, qorxaqlığa,
vəfasızlığa, haqsızlığa
qarşı ikrah, cəsurluğa, igidliyə,
halallığa hörmət hissi vardır. Bir-biri ilə ziddiyyət təşkil edən bu keyfiyyətlər barəsində türkün
idrak sahibləri poetik bəyanat verməyi də bacarmışlar:
Eşitgörvəfalı insannədeyir,
İnsanüçüninsanlığın başı
vəfadır:
Yalançının əməli,hərəkəti
cəfadır,
Kimcəfaverirsə, oheyvandır.
Yalançı adamdan
vəfa
gözləmə,
Bu, uzun zamandan bəri sınanmış sözdür.
Bəycəsur,igid
vəcürətli olmalıdır,
Bəycəsarəti ilədüşmənəqarşı
çıxmalıdır.
Cəsuradamqorxaqlarınbaşınakeçsə
Hamı ondan
cəsarət alar.
Busözə şahidkimibu
beyti oxu,
Busözükönlünəvəağlına yaz:
Əgəraslan itlərə
başçı olsa,
Hər
it qarşısındakınaaslan kəsilər.
Əgər it aslanlara başçılıq etsə,
O zaman
aslanların hamısı it kimi olar.
(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə
aparan elm. Bakı,
Azərbaycan Dövlət
Nəşriyyatı, 1994, s. 164).
Comərdliklə bağlı Əhməd
Yügnəki yazır:
Kamuğ til
akı
er senasınayur
Akılık kamuğayb
kirini yuyur
Akı bol
sana söz söküne kelmasün
Sökünçkelgüyolnı akılık
tıyur.
Türkiyə türkcəsinə tərcüməsi:
Bütün diller
cömert
kişinin
medhini
söyler
Cömertlikbütün ayıpların
kirini yıkar
Cömertol, sana söz,
sövgü
gelmesin
Sövgü gelecek
yolu cömertlik tıkar.
Bu budun
talusı
akı
er turur
Akılık şeref
cah cemal artu
Sevilmek
tilesen kişiler ara
Akı bol
akılık sini sevdürür.
Türkiyə türkcəsinə tərcüməsi:
Buhalkın seçkini
cömert
insandır
Cömertlik şeref
ve güzellik arttırır
Sevilmek
diliyorsan kişiler arasında
Cömert ol,
cömertlik
seni sevdirir.
Türk
həyatın, məişətin
halallıq və haramlıq ziddiyyəti fonunda qurularaq min illər boyu belə də davam etdiyinə dərindən bələd
olmuş və prosesin iştirakçısı
kimi həmişə birinciyə - halallığa üstünlük
vermişdir. Türkün genetik yaddaşında kim olursan
ol, ancaq halal ol prinsipi aparıcı
olmuşdur. O, halallıq
və haramlıq, haqlılıq və haqsızlıq mübarizəsini
gördüyü, bu işin iştirakçısı
olduğu üçün
belə söyləmişdir:
Haqlu
var, haqsız çıqar; haqsız var, haqlu çıxar,
Halalzadə bazar edər, haramzadə bozar.
Haramzadə oğuldan
halalzadə
qul yegdir.
Haq
sözü acı gəlür, Haram
yeyici önməz.
Haq
batildən qalmaz. Haq batil olmaz.
(Oğuznamə. Bakı,
Yazıçı, 1987, s. 82, 93, 94).
Haqq, halal,
haram barəsində Azərbaycan atalar sözü geniş təsəvvür yaradır. Məs.:
Haqdan
keçmək
olmaz. Haqq batil olmaz.
Haqq
daşı ağır olar. Haqq doğrunun yarıdır.
Haqq
əli bekar qalmaz; gec kəsər, karlı kəsər.
Haqq
gəlsin, nahaqq gəlməsin.
Haqq
haqqı kəssə,
Allah hər ikisini kəsər.
Haqq
iş gündən aydın olar.
Haqq
işin nahaqqından qorxuram.
Haqq
nazilər, üzülməz.
Haqq
söz acı olar.
Haqq
sözaxar suları saxlar.
Haqq
söz danışanın
papağı yırtıq olar.
Haqq
sözdən
gül
iyi gələr.
Haqq
sözlə axan sular durular.
Haqqyandırançırağısöndürməkolmaz.
Haqq
yeyənin adın qoyarlar Haqverdi.
Haqq
yıxılan
mərd
ölər.
Haqq
yiyəsinə
yad olmaz.
Haqqı tanıyan
xana baş əyməz.
Haqqın əli
olsun, batilin yaxası.
Haqqın verdiyinə
şükür eləmək nemət artırır.
Haqlı var
haqsız
çıxar, haqsız var haqlı çıxar.
Halal incələr,
ancaq üzülməz.
Halal mal
heç
yerə
getməz.
Halalzada barışdırdı,
haramzada
qarışdırdı.
Haram gəldi
halalı
da apardı.
Haram gələn harama gedər.
Haram mal
bərəkət tutmaz.
Haram şirin
(dadlı)
olur.
Haramın binası
olmaz.
(Atalar sözü. Bakı, “Öndər Nəşriyyat”, 2004,
s. 121, 122, 123).
Türkün idrak sahibləri
dünya malının
üç vəsfi olduğunu söyləmişdir: halal
mal, şübhəli mal, haram mal.
Bu dünya
malının üç vəsfi vardır:
O halal, şübhəli, ya da haramdır.
Halala
hesab var, harama cəza,
Əgər şübhəlisə,
ondan uzaq gəz.
(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə
aparan
elm. Bakı, Azərbaycan
Dövlət
Nəşriyyatı, 1994, s. 267).
davamı var…
Üç nöqtə.- 2019.- 11 aprel.- S.12