İddianın baxılmamış
saxlanması haqqında məhkəmə qərardadından
şikayət verilə bilər
Ərizələrin
baxılmamış
saxlanılması ilə əlaqədar məhkəmə təcrübəsinin
öyrənilməsi və
ümumiləşdirilməsi
göstərir ki, məhkəmələr son vaxtlar
mülki işlərə
vaxtında
baxılmasına, məhkəmə sənədlərinin
işdə iştirak edən şəxslərə vaxtında
çatdırılmasına və məhkəmə
aktlarının icraya yönəldilməsinə diqqəti
artırıb.
Lakin ərizənin
baxılmamış
saxlanılması barədə qərardad qəbul edildikdə vətəndaşların
hüquqlarının və mənafelərinin
pozulması ilə nəticələnən
hallar da az deyildir. Hüquqi əsaslar olmadan ərizənin baxılmamış
saxlanılması, ərizə baxılmamış saxlanıldıqda qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının keçirilməməsi,
qəbul edilən qərardadın hüquqi cəhətdən əsaslandırılmaması, ərizələrin baxılmamış
saxlanılması barədə məsələnin qətnamə
ilə həll edilməsi və s. bu kimi qanun
pozuntularına hələ də təsadüf olunur.
Qeyd edək ki, ərizənin
baxılmamış saxlanılması Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində
müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin
qaydaya görə mülki işlər üzrə məhkəmə
müdafiəsi hüququ həyata keçirildikdə
hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə
baxışı başa
çatdırılır. İddianın baxılmamış
saxlanılmasına səbəb olan maneə aradan
qaldırıldıqdan sonra maraqlı şəxs ümumi
qaydada ərizə ilə məhkəməyə yenidən
müraciət etmək hüququna malik olur. İddia ərizəsi məhkəməyə
yazılı şəkildə verilir. O, iddiaçı və
ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi
tərəfindən imzalanır.
Ərizədə ərizənin
verildiyi məhkəmənin adı, işdə iştirak edən
şəxslərin adları, onların poçt
ünvanları, iddiaçının və ya ərizəçinin
tələbi, onların öz tələblərini əsaslandırdıqları
hallar, iddia bir neçə cavabdehə verildikdə isə
onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin
kateqoriya işlər üçün qanunla bu nəzərdə
tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə
qədər (pretenziya qaydasında) nizama salınmasına riayət
edilməsinə dair məlumat, ərizəyə əlavə
edilən sənədlərin siyahısı göstərilir.
Məhkəməyə daxil olan ərizə
Azərbaycan Respublikası Mülki
Prosessual Məcəllənin 153.1-ci maddəsinə əsasən
hökmən daxil olduğu
gün qeydiyyatdan keçməlidir. Ərizə
hakimin icraatına verildikdən
sonra iş üzrə materiallar Azərbaycan Respublikası
Mülki Prosessual Məcəllənin 149-153-cü maddələrinin
tələblərinə müvafiq olaraq məhkəmə
baxışının hazırlıq mərhələsinə qədər öyrənilməlidir.
Hakim aşağıdakı
hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini
qəbul etməkdən imtina edir: ərizəyə məhkəmə
qaydasında baxılmalı deyildirsə, eyni tərəflər
arasında, eyni predmet barəsində və eyni əsaslar
üzrə mübahisəyə dair məhkəmənin qanuni
qüvvəyə minmiş qətnaməsi
və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar
iş üzrə icraata xitam edilməsi və ya tərəflərin
barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin
qərardadı olarsa, məhkəmə, eyni tərəflər
arasında, eyni predmet barəsində və eyni əsaslar
üzrə mübahisəyə dair münsiflər
məhkəməsi qətnaməsinin məcburi icra edilməsi
üçün icra vərəqəsi verməkdən imtina
etdiyi və ya iş yenidən baxılmaq üçün qətnamə
qəbul etmiş münsiflər məhkəməsinə
qaytarıldığı, lakin işin həmin münsiflər məhkəməsində baxılması
mümkün olmadığı hallar istisna edilməklə,
münsiflər məhkəməsinin qəbul etdiyi, qanuni
qüvvəyə minmiş qətnaməsi olarsa, eyni tərəflər
arasında, eyni predmet barəsində və eyni əsaslar
üzrə mübahisəyə dair başqa məhkəmənin
icraatında iş olarsa.
Qeyd edək ki, hakim ərizəni
qəbul etməkdən imtina barədə əsaslandırılmış
qərardad çıxarmalı, işə məhkəmə
qaydasında baxılmalı deyildirsə,
iddiaçının hansı orqana müraciət etməli
olmasını göstərməlidir. Ərizəni qəbul
etməkdən imtina haqqında qərardad ərizəyə
əlavə olunmuş bütün sənədlərlə
birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən
imtina edilməsi ərizəçiyə həmin cavabdehə
qarşı, həmin predmet barəsində və həmin əsaslarla
yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini
qəbul etməkdən imtina barədə qərardaddan
şikayət verilə bilər. Qərardad ləğv edildikdə,
iddia ərizəsi məhkəməyə müraciət
edildiyi ilk gündən verilmiş hesab edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin
149-153-cü maddələrinin tələblərinə əməl
edilməməsi gələcəkdə ərizənin
baxılmamış saxlanılması və ya icraata xitam
verilməsinə əsas
yaradır.
Ərizənin baxılmamış
saxlanılması bütün məhkəmə
instansiyalarında iddia icraatı, xüsusi iddia icraatı və
xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə
müəyyən olunmuş xüsusiyyətlər nəzərə
alınmaqla tətbiq edilir. Qarşılıqlı iddia ərizəsinin,
iddia ərizəsində birləşən ayrı-ayrı tələblər
üzrə ərizələrin, habelə müstəqil iddia
tələbi irəli sürən üçüncü şəxslərin
ərizələrinin baxılmamış saxlanılması
istisna edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin
170 və 260-ci maddələrinə müvafiq olaraq ərizənin baxılmamış
saxlanılmasına yalnız qanunla müəyyən
edilmiş qaydada keçirilən məhkəmə
baxışında yol verilir.
Ərizənin icraata qəbul edilməsi və
işin məhkəmə baxışına hazırlanması
mərhələlərində ərizənin
baxılmamış saxlanılmasına yol verilmir. Məcəllənin 170-ci maddəsinə əsasən,
bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci
maddələrində göstərilən əsaslar olduqda, məhkəmə
baxışına hazırlığın icraatı
dayandırıla və ya xitam edilə bilər, yaxud
iddiaçının vəsatəti ilə ərizə
qaytarıla bilər (1). Xitam verilməsi zamanı hakim qərardad
çıxarır(2). Bu Məcəllənin 170.1-ci və
170.2-ci maddələrində göstərilən qaydada qəbul
edilmiş qərardaddan şikayət verilə bilər.
Mülki Prosessual Məcəllənin 260-cı
maddəsi ilə ərizənin baxılmamış
saxlanması qaydası və nəticələri tənzimlənir.
Bu maddəyə əsasən, iddianın baxılmamış
saxlanması haqqında məhkəmə qərardad
çıxarır. Qərardadda bu Məcəllənin 259-cu
maddəsində (Ərizənin baxılmamış
saxlanmasının əsasları) qeyd edilən işin
baxılmasına mane olan halların necə aradan
qaldırılması göstərilməlidir. Qərardadda
işdə iştirak edən şəxslərin arasında məhkəmə
xərclərinin bölünməsi, büdcədən
dövlət rüsumunun qaytarılması məsələləri
həll edilə bilər.İddianın baxılmamış
saxlanması üçün səbəb olan şərait
aradan qaldırıldıqdan sonra maraqlı şəxs
ümumi qaydada ərizə ilə məhkəməyə yenidən
müraciət etməyə haqlıdır.
Məhkəmə iddiaçı
və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə
iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə
məlumat verməmələrinin üzürlü səbəblərdən
baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu
Məcəllənin 259.0.6 (işə onların
iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər
məhkəməyə gəlmədikdə) və 259.0.7-ci
maddələrində (işə onun iştirakı olmadan
baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin
birinci çağırışında gəlmədikdə,
cavabdeh isə işin mahiyyəti üzrə
baxılmasını tələb etmədikdə)
göstərilən əsaslarla ərizənin
baxılmamış saxlanması barəsində öz qərardadını
ləğv edir.
İddianın baxılmamış saxlanması
haqqında məhkəmə qərardadından şikayət
verilə bilər.
Azərbaycan Respublikasının MPM-də ərizənin
baxılmamış saxlanılmasının əsasları dəqiq
müəyyən olunub. Bildirilir ki, məhkəmə
aşağıdakı hallarda ərizəni
baxılmamış saxlayır: məhkəməyə
müraciət etmiş iddiaçı mübahisənin
qabaqcadan məhkəmədən kənar (pretenziya
qaydasında) həll edilməsi barəsində müəyyən
kateqoriyadan olan işlər üçün qanunla müəyyən
edilmiş, yaxud tərəflər
arasında müqavilə ilə nəzərdə tutulmuş
qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq
etmək imkanı itirilməmişsə, ərizə fəaliyyət
qabiliyyəti olmayan şəxs tərəfindən
verilmişsə, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti
olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən
imzalandıqda, eyni tərəflər arasında, eyni predmet barəsində
və eyni əsaslarla mübahisə üzrə iş həmin
və ya digər məhkəmənin icraatında varsa, qanuna
müvafiq olaraq tərəflər arasında həmin
mübahisənin münsiflər məhkəməsində
baxılması üçün müqavilə
bağlanmışsa və işə mahiyyəti üzrə
baxılmasından əvvəl mübahisənin məhkəmədə
həll edilməsinə dair cavabdeh tərəfindən etiraz
daxil olarsa, işə onların iştirakı olmadan
baxmağı xahiş etməmiş tərəflər məhkəməyə
gəlmədikdə, işə onun
iştirakı olmadan baxmağı xahiş etməmiş
iddiaçı məhkəmənin birinci
çağırışında gəlmədikdə, cavabdeh
isə işin mahiyyəti üzrə baxılmasını tələb
etmədikdə, qanuna, digər normativ hüquqi akta və
müqaviləyə əsasən bank və kredit müəssisəsi
vasitəsi ilə almalı olduğu halda
iddiaçı cavabdehdən borcun alınması barədə
banka, yaxud digər kredit müəssisəsinə müraciət
etməmişsə, dövlət qeydiyyatından imtina edilməsi,
yaxud boyun qaçırılması barəsində ərizələrə
baxıldıqda hüquq haqqında mübahisə
yarandığı aşkar edilərsə, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi
barəsindəki ərizələrə baxıldıqda
hüquq haqqında mübahisə yarandığı aşkar
edilərsə, iddia ərizəsinin qaytarılması barəsində
ərizə verildikdə və cavabdeh işin mahiyyəti
üzrə həll olunmasını tələb etmədikdə,.
ərizə bu Məcəllənin 149-cu
maddəsində nəzərdə tutulmuş tələblər
göstərilmədən, eləcə də bu Məcəllənin
150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər
əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən
müəyyən edilmiş müddətdə işin mahiyyəti
üzrə baxılmasına və həll edilməsinə
maneçilik törədən həmin nöqsanları aradan
qaldırmadıqda. Digər əsaslarla ərizənin
baxılmamış saxlanılması yolverilməzdir.
Üç nöqtə.- 2019.- 13
aprel.- S.7