İddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər
İddia ərizəsinin
qaytarılması barəsində
ərizə verildikdə
və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb
etmədikdə məhkəmə
ərizəni baxılmamış
saxlayır
Ərizə səlahiyyəti olmayan şəxs tərəfindən verildikdə və bu vəziyyətdə
icraata qəbul edildikdə məhkəmə prosesinin sonrakı mərhələlərində iddiaçının özünün bilavasitə iştirak etməsi və iddia ərizəsini
müdafiə etməsi
Mülki Prosessual Məcəllənin 259.0.3-cü maddəsində göstərilən əsasla ərizənin baxılmamış saxlanılmasını
istisna etmir. Bu maddəyə görə,
ərizə imzalanmadıqda,
yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs
tərəfindən imzalandıqda
məhkəmə ərizəni
baxılmamış saxlayır
Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin
259.0.4-cü maddəsində müəyyən olunmuş
əsasla ərizənin
baxılmamış saxlanılmasına
o hallarda yol verilir ki, başqa
məhkəmənin və
yaxud həmin məhkəmənin icraatında
olan digər iş eyni tərəflər
arasında, eyni predmet üzrə və eyni əsaslarla
əlaqədar olsun. Bunlardan hər hansı biri üzrə fərq olduqda həmin əsasla ərizə baxılmamış
saxlanıla bilməz.
Bu qayda cinayət işlərində mülki
iddianın olması, başqa iş üzrə iddia ərizəsinə eyni tələbin daxil edilməsi hallarına da aiddir. Mübahisənin həlli ilə
əlaqədar qanunvericilikdə
alternativ aiddiyət (mübahisənin həllinin
bir neçə orqana aid olması)
müəyyən edilən
hallarda eyni tərəflər arasında,
eyni predmetə dair və eyni
əsaslar üzrə
işin nəinki məhkəmənin, habelə
başqa səlahiyyətli
orqanların icraatında
olması da ərizənin baxılmamış
saxlanılması üçün
əsasdır.
Azərbaycan Respublikası MPM-nin 29-cu maddəsinə müvafiq olaraq məhkəməyə aid
olan mübahisə qanunla, beynəlxalq müqavilələrlə və
ya tərəflərin
sazişi ilə nəzərdə tutulan hallarda, işdə iştirak edən şəxslərin yazılı
razılığı ilə
münsiflər məhkəməsinin
həllinə verilə bilər.
Mülki Prosessual Məcəllənin
29-cu maddəsində müəyyən
olunmuş bütün
hallarda deyil, MPM-nin 259.0.5 maddəsinə (qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər
məhkəməsində baxılması
üçün müqavilə
bağlanmışsa və
işə mahiyyəti
üzrə baxılmasından əvvəl mübahisənin
məhkəmədə həll
edilməsinə dair cavabdeh tərəfindən
etiraz daxil olarsa) müvafiq olaraq tərəflər arasında mübahisənin
münsiflər məhkəməsində
baxılması üçün
müqavilə bağlanıldıqda
və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll
edilməsinə dair cavabdeh tərəfindən
etiraz daxil olduqda ərizə baxılmamış saxlanılır.
Bu zaman işdə iştirak edən digər şəxslər (üçüncü
şəxslər) tərəfindən
verilən etirazlar nəzərə alınmamalıdır. Bu maddəyə əsasən,
qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər
məhkəməsində baxılması
üçün müqavilə
bağlanmışsa və
işə mahiyyəti
üzrə baxılmasından
əvvəl mübahisənin
məhkəmədə həll
edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa məhkəmə
ərizəni baxılmamış
saxlayır
Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin
259.0.6-ci maddəsinə (işə
onların iştirakı
olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə
gəlmədikdə) əsasən
işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər
məhkəmə iclasına
gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin, iddiaçı məhkəmənin
birinci çağırışına
gəlmədikdə cavabdeh
isə işin mahiyyəti üzrə baxılmasını tələb
etdikdə ərizənin
baxılmamış saxlanılmasına
yol verilmir. Cavabdehin iddiaçının
iştirakı olmadan işə baxılmasını
tələb etməsi
onun məhkəməyə
yazdığı ərizə
ilə və yaxud məhkəmə iclası protokoluna imza edilməklə rəsmiləşdirilir.
Qanunla müəyyən edilmiş qaydada işə baxılmasının
vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən
məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış
saxlanıldıqda məhkəmə
iddiaçının ərizəsi
ilə icraatı təzələməyə
və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Qanuna, digər normativ hüquqi akta və yaxud müqaviləyə
əsasən
bank və kredit müəssisəsi vasitəsi ilə alınmalı olduğu halda iddiaçı cavabdehdən borcun alınması barədə banka , yaxud digər kredit müəssisəsinə müraciət etmişsə, iddiaçı iddia ərizəsinə
bank və yaxud kredit müəssisəsinə müracıət etməsi, həmin
müəssisələr vasitəsilə
borcun alınmasının
qeyri-mümkün olması
barədə sübutlar
əlavə etməlidir.
İddiaçının göstərilən
qaydaya əməl etmədən məhkəməyə
müraciət etməsi
iddia ərizəsinin qəbulundan imtina olunması, ərizə qəbul edildikdə isə MPM-nin 259.0.8-ci maddəsinə əsasən
baxılmamış saxlanılması
üçün əsasdır.
Bu maqddə qeyd
olunub ki, qanuna, digər normativ hüquqi akta və müqaviləyə
əsasən bank və kredit müəssisəsi vasitəsi
ilə almalı olduğu halda iddiaçı cavabdehdən
borcun alınması barədə banka, yaxud digər kredit müəssisəsinə
müraciət etməmişsə
məhkəmə ərizəni
baxılmamış
saxlayır. Azərbaycan Respublikası MPM-nin
306.4-cü maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə
baxılarkən məhkəməyə
aid hüquq haqqında mübahisənin
olduğu müəyyən edilərsə,
məhkəmə ərizənin baxılmamış
saxlanılması barədə
qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi qaydada əsaslarla iddia vermək hüququnu izah edir. Lakin bu qəbildən olan işlərə iddia icraatı qaydasında baxılması
ərizənin baxılmamış saxlanılması
üçün əsas
deyildir.
Qeyd edək
ki, 306-cı maddə ilə xüsusi icraat işlərinə baxılması qaydası tənzimlənir. Bildirilir
ki, məhkəmələr
tərəfindən xüsusi
icraat işlərinə,
bu Məcəllənin
30 - 40-6-cı fəsillərində müəyyən edilmiş
xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.
Xüsusi icraat işləri ərizəçilər
tərəfindən qaldırılır,
ərizəçinin və
maraqlı şəxsin
iştirakı ilə
məhkəmədə baxılır.
Dövlət idarə və
təşkilatlarının və ya təsisçiləri
dövlət və ya dövlət idarələri, yaxud təşkilatları olan hüquqi şəxslərin
müvafiq müraciəti
olduğu halda dövlət mənafeyinin
müdafiəsi üçün
prokuror mülkiyyət
hüququ üzrə əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək haqqında işlər üzrə, daşınar
əşyanın sahibsiz
hesab edilməsi və daşınmaz əşya üzərində
dövlət mülkiyyəti
hüququnun tanınması
haqqında işlər
üzrə ərizə
verə bilər.
Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsinə əsasən
iddiaçı iddia ərizəsini geri götürə bilər.
Bu maddədə işin məhkəmə baxışına hazırlanması
zamanı iş üzrə icraatın dayandırılması, xitam
verilməsi və ərizənin qaytarılması
tənzimlənir. Bu Məcəllənin
254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən
əsaslar olduqda, məhkəmə baxışına
hazırlığın icraatı
dayandırıla və
ya xitam edilə bilər, yaxud iddiaçının
vəsatəti ilə
ərizə qaytarıla
bilər (170.1). Maddənin
dıgər bəndlərində
qeyd edilib ki, işin məhkəmə
baxışına hazırlanmasının
dayandırılması və
ya xitam verilməsi zamanı hakim qərardad çıxarır (170.2). Bu
Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində
göstərilən qaydada
qəbul edilmiş qərardaddan şikayət
verilə bilər.
Mülki Prosessual Məcəllənin
170 və 259.0.11-ci maddələrinin
(iddia ərizəsinin
qaytarılması barəsində
ərizə verildikdə
və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb
etmədikdə) əlaqəli
izahına görə
bu əsasla ərizənin baxılmamış
saxlanılması ərizə
icraata qəbul ediləndən sonra işə
mahiyyəti üzrə
baxılana kimi mümkündür. İddiaçı
tərəfindən ərizənin geri götürülməsi
mülki prosesin sərbəstlik prinsipinə
uyğun olsa da cavabdeh işin
mahiyyəti üzrə
baxılmasını tələb
etməyə haqlıdır.
İddia ərizəsinin
qaytarılması barədə ərizə verilsə də cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etdikdə ərizə baxılmamış
saxlanıla bilməz və mahiyyəti üzrə baxılmalıdır.
Üç nöqtə.-
2019.- 18 aprel.- S.9.