Küveytin gündəlik “Əl-Nahar” qəzetində
İmadəddin Nəsimiyə həsr edilmiş
məqalə dərc edilib
Küveytdə gündəlik ərəb dilində nəşr edilən “Əl-Nahar” qəzetində “Nəsimi.. :“Kövnü məkana sığmayan həqiqət şairi” sərlövhəli məqalə dərc edilib.
Küveytdəki səfirliyimizdən AZƏRTAC-a bildirilib ki, böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsimiyə həsr olunan məqalədə şairin anadan olmasının 650 illiyinin tamam olduğu, bu səbəblə 2019-cu ilin Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölkəmizdə “Nəsimi ili” elan edildiyi, bununla da bir daha xalqımız və dövlətimizin ölməz şairin mübarək ruhuna böyük ehtiramından və sonsuz sevgisindən xəbər verdiyi qeyd olunur.
Məqalədə İmadəddin Nəsiminin 1369-cu ildə Şamaxıda dövrünün tanınmış şəxslərindən olmuş Seyyid Məhəmmədin ailəsində dünyaya göz açdığı, zamanının görkəmli alimlərindən elm öyrəndiyi, klassik Şərq, qədim yunan fəlsəfəsinə dərindən vaqif olduğu, İslamın və xristianlığın əsaslarını kamil şəkildə mənimsədiyi, "Nəsimi" təxəllüsünü qəbul edərək hürufilik təriqətinin fikirlərini təbliğ edən şeirlər yazmağa başladığı, hürufiliyin nəinki Azərbaycanda, həmçinin Misir, İraq, İran və Anadoluda ən tanınmış simalarından birinə çevrildiyi, onun təkcə Azərbaycan ədəbiyyatında deyil, ümumiyyətlə, İslam Şərqində ictimai-fəlsəfi şeirin ən böyük nümayəndələrindən sayıldığı bildirilir.
Bundan başqa,
zəngin yaradıcılıq irsi qoyub getmiş şairin üç dildə
- türk (Azərbaycan türkcəsində), fars və
ərəbcə şeirlər yazdığı, klassik poeziyanın müxtəlif bədii forma və janrlarında
yazıb-yaratdığı, Azərbaycan ədəbiyyatında
ana dilində yaranan fəlsəfi
şeirin əsasını qoyduğu, ədalətsizliyə qarşı
mübarizə aparmağına, təcavüzkarlığı
və şiddəti pisləməsinə baxmayaraq,
qəddarlıq və ədalətsizliyə məruz
qalıb diri-diri dərisinin soyularaq edam olunduğu qeyd olunur. Adı yüzillərdir ki, həqiqət yolunda qəhrəmanlıq
rəmzi kimi Şərq xalqlarının
yaddaşında əbədiləşmiş şairin
əsərlərinin bu gün
də sevilə-sevilə oxunmaqda, tədqiq
edildiyi, bugünədək Azərbaycanda
görkəmli ədəbiyyatşünas alimlərin, nəsimişünasların
apardığı tədqiqatların, çap
olunan elmi
araşdırma və kitabların İmadəddin Nəsimi
şəxsiyyətinin və ədəbi irsinin
Azərbaycan xalqı üçün
yüksək dəyər kəsb etməsinin göstəricisi
olduğu oxucuların diqqətinə
çatdırılır.
Üç
nöqtə.- 2019.- 3 avqust.- S.7.