Sağlamlıq imkanları məhdud uşaqlara dövlət qayğısı ildən-ilə
artır
Ümummilli lider Heydər Əliyev yeni nəslin sağlam
böyüməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi kimi
daim diqqətdə saxlayıb və
uşaqların sağlamlığının
qorunmasını dövlətin və səhiyyəsinin əsas
prioritet istiqamətlərindən biri hesab edib.
“Mənim üçün ən əziz
nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın
gəncləridir. Çünki Azərbaycan
Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük
gələcəyi haqqında düşünürəm. Azərbaycanın
gələcəyi də Azərbaycanın gənclərindən
və uşaqlarından asılıdır ”,-Heydər Əliyev
deyib.
Ümummilli
liderin hakimiyyəti dövründə bu istiqamətdə
önəmli işlər görülüb. Heydər
Əliyevin təşəbbüsü ilə Azərbaycan
1994-cü ildə BMT-nin Uşaq
Hüquqları Konvensiyasına qoşulub,
“Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikasının Qanunu qəbul edilib. “Bakı SOS uşaq
kəndi” salınıb. Bu Kənddə
100 uşağın tərbiyəsi ilə 22 nəfər məşğul
olur. Burada valideyn himayəsindən məhrum olan uşaqların sağlamlığına xüsusi qayğı göstərilir, cəmiyyətə
və vətənə layiqli olmasına
çalışılır.
Ümummilli
lider Heydər Əliyev uşaqların peyvənd edilməsinə
də önəm verib. Məsələn, müstəqilliyimizin
ilk illərində ağır böhran şəraitində dərman vasitələrinin
kəskin çatmazlığı hökm
sürürdü və uşaqlar
cəmi beş yoluxucu
xəstəliyə qarşı peyvənd olunurdu.
Hələ o zaman ölkə Prezidenti
Heydər Əliyevin təşəbbüsü və böyük dəstəyi ilə MDB ölkələri
arasında birinci olaraq
Avropadan alınan kredit
hesabına Azərbaycana külli miqdarda peyvənd materialları, dərman
preparatları və tibbi ləvazimat gətirilməklə
bu problemlərin həllinə
başlanılıb.
Uşaqların
sağlam böyümələrinə qayğı göstərilməsi
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də
uğurla davam etdirilir. 2012-ci ilin sonlarında “Uşaqların icbari dispanserizasiyası” haqqında qanun layihəsi Milli Məclisdə
müzakirəyə çıxarılıb və qısa müddətdə
bu qanun qəbul edilib. Bu addımın əsas məqsədi uşaqlara
göstərilən tibbi xidmətin keyfiyyətinin
daha da yüksəldilməsi,
onların mütəmadi olaraq kompleks tibbi müayinələrdən
keçirilməsi, erkən dövrdə aşkar
olunan xəstəliklərin vaxtında
müayinə və müalicəyə cəlb
olunmasıdır. “Ana və
uşaqların sağlamlığının
yaxşılaşdırılması haqqında” 2014-2020-ci illəri
əhatə edən Dövlət proqramı da
qəbul edilib və hal-hazırda həyata
keçirməkdədir. Hazırda Avropanın ən
inkişaf etmiş
ölkələrində olduğu kimi uşaqlarımız 11 yoluxucu
xəstəliyə qarşı (hepatit, vərəm,
poliomielit, difteriya, tetanus, göy-öskürək, hemafilus, inluenza B,
qızılca, məxmərək və paroit)
dövlət vəsaiti hesabına peyvənd olunurlar.
Bu da dünyanın inkişaf etmiş ölkələri
səviyyəsindədir. Azərbaycan Prezidenti
İlham Əliyevin 2018-ci il
9 avqust tarixli sərəncamı
ilə "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün
Dövlət Proqramı” təsdiq edilib. Bu Dövlət
Proqramı “Uşaqların icbari
dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının
2013-cü il 5 mart tarixli 591-IVQ nömrəli Qanununun
tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli 861 nömrəli
Fərmanının icrası ilə əlaqədar tərtib
edilərək həyata keçirilmiş “2013-2017-ci illər üçün uşaqların icbari dispanserizasiyadan
keçirilməsinə dair Dövlət
Proqramı”nın davamı olaraq
hazırlanıb. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli 150 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş
“2013-2017-ci illər üçün
uşaqların icbari dispanserizasiyadan
keçirilməsinə dair Dövlət
Proqramı” çərçivəsində uşaqlara
tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir
tibbi texnika və
avadanlıqlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin
artırılması və əhali arasında geniş
maarifləndirmə işinin
aparılması istiqamətlərində mühüm
addımlar atılıb.
Ötən dövr ərzində icbari dispanserizasiyadan keçmiş uşaqların registrinin yaradılması üçün proqram təminatı modulu hazırlanıb və ölkə üzrə bütün ambulator xidmət göstərən tibb müəssisələrində tətbiq edilib. Hazırlanmış proqram təminatı modulunun mövcud elektron sağlamlıq kartı sisteminə inteqrasiyası təmin edilib. Eyni zamanda, uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müvafiq klinik protokollar və təlimatlar hazırlanıb. Əvvəlki Dövlət Proqramı çərçivəsində hər il uşaq əhalisinin 95 %-dən çoxu tibbi müayinədən keçirilib, aparılan müayinələr nəticəsində xəstəlik aşkar edilmiş uşaqlar dispanser qeydiyyatına alınıb, onların arasında müalicə, sağlamlaşdırıcı tədbirlər həyata keçirilib. Bu tədbirlər nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunub. Bununla belə, respublikada uşaqların sağlamlığının qorunması sahəsində görülən işlərin həcminin və keyfiyyətinin artırılmasına ehtiyac vardır. Bu səbəbdən də son Dövlət Proqramı uşaq xəstəliklərinin erkən aşkar edilməsinə, uşaqlar arasında yayılan patologiyaların profilaktikasına, uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, dispanserizasiyanın nəticələrinin təhlili əsasında vaxtında müalicə-sağlamlaşdırıcı tədbirlərin görülməsinə, uşaq ölümünün azaldılmasına önəm verir. Beləliklə, Dövlət Proqramının məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə, onların arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasından ibarətdir. Dövlət Proqramının əsas vəzifələrinə isə tibbi müayinələr vasitəsilə uşaqlarda xəstəliklərin və onların risk amillərinin erkən mərhələdə aşkar edilməsi və sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi, dispanserizasiya tədbirləri çərçivəsində aparılan profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərin qeydiyyat sisteminin təkmilləşdirilməsi, uşaqların dispanserizasiyasını həyata keçirən, xüsusilə də ilkin səhiyyə xidmətində çalışan tibb işçilərinin bilik və bacarıq səviyyəsinin yüksəldilməsi, uşaqların dispanserizasiyasını həyata keçirən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibbi texnika və avadanlıqlarla təchizatının yaxşılaşdırılması; uşaqlar və valideynlər arasında xəstəliklərin profilaktikası məqsədi ilə aparılan maarifləndirmə işinin gücləndirilməsi daxildir.
Görülən və həyata keçirilmiş işlər bir
daha göstərir ki,
sağlamlıq imkanları məhdud uşaqlara
dövlət qayğısı ildən-ilə artır. Bu ildə bu istiqamətdə
mühüm işlər görülüb.
Dövlətimizin başçısının
2019-cu il 15 aprel tarixli Fərmanı ilə həmin uşaqlar üçün
aylıq sosial müavinətin məbləği
əhəmiyyətli şəkildə artırılıb, onlara qulluq edənlər üçün Prezidentin
aylıq təqaüdü də təsis olunub.
Azərbaycanın Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın dəstəyi nəticəsində
Bakıda Xüsusi Qayğıya
Ehtiyacı olan Uşaqların Dövlət
Reabilitasiya Müəssisəsi istifadəyə
verilib. Bu müəssisədə
uşaqlar üçün
müasir tələblər səviyyəsində,
nümunəvi yaşayış və reabilitasiya
şəraiti yaradılıb.
Görünən
odur ki, hazırda ölkəmizdə uşaqların
sağlamlığına qayğı məsələsi
olduqca aktualdır. Mütəxəssislərin fikrincə,
"Uşaqların icbari dispanserizasiyadan
keçirilməsinə dair 2018-2022-ci illər
üçün Dövlət Proqramı”
Azərbaycanda kisik yaşlıların sağlam böyümələrinə xüsusi şərait yaradacaqdır.
Üç nöqtə.- 2019.- 5 dekabr.- S.10.