Hər bir xalqın
inkişafında sağlam gənclik mühüm rol oynayır
Dövlətçiliyin, müstəqilliyin
möhkəmlənməsi, gələcəyin etibarlı təminatı
intellektual səviyyəli, mənəvi inkişaf etmiş gənc
kadrların yetişib avanqard
qüvvəyə çevrilməsindən çox
asılıdır. Buna nail
olmaqda, Azərbaycan gənclərinin günümüzün müasir,
inkişaf etmiş,
yüksək intellektli aparıcı
qüvvə kimi formalaşmasında, birmənalı
olaraq, dövlətimizin
apardığı gənclər siyasətinin mühüm
rolu olub. Bu siyasətin
də əsasında əsrlər boyu
xalqımızın malik olduğu
milli- mənəvi dəyərlər əsasında,
müstəqillik, dövlətçilik, azadlıq və
onların qorunması uğrunda mübariz ruhlu, sağlam, mənəvi inkişaf
etmiş gənc nəslin yetişdirilməsi
dayanır.
Prezident
İlham Əliyev tərəfindən təsdiq edilən
“2015-2025-ci illərdə Azərbaycan gənclərinin
İnkişaf Strategiyası” qarşıda duran bu vəzifələrin
həyata keçirilməsində mühüm rol oynayır. Bundan əvvəl gənclər üçün həyata keçirilmiş
proqramların davamı olaraq burada da gəncliyin gələcək
inkişafının müxtəlif aspektləri nəzərdə
tutulub. Azərbaycan gənclərinin inkişaf strategiyası ötən illərdəki
proqramlardan fərqli olaraq
daha geniş şəkildə
birbaşa gənclərin sağlam,
mənəvi inkişafına yönəlib. Gənclərinin inkişaf strategiyasında bildirilir
ki, Azərbaycan gəncliyi öhdəsinə
düşən vəzifələri həmişə layiqincə
yerinə yetirib, ölkədə gedən
proseslərin önündə olub. “Gənc
nəsil istər sovet dövründə,
istərsə də müstəqillik illərində Azərbaycan
Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında
fəal iştirak edib.
Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə
ölkəmizi uğurla təmsil edib, idmançılarımızın qələbələri
sayəsində Azərbaycan bayrağı xarici
dövlətlərdə yüksəlib.
Gənclər mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında fəal olub. Bunun nəticəsində müxtəlif dövlətlərdə və beynəlxalq qurumlarda ölkəmiz daha yaxından tanınıb, onun tarixi, mədəniyyəti və bu günü haqqında geniş məlumatlar çatdırılıb. Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında və lobbiçilik fəaliyyətində yaxından iştirak edirlər. Son illər ərzində gənclərin ictimai fəallığı yüksəlib, onların idarəetmədəki rolu artıb”. Lakin bu sahədə əlavə işlərin görülməsi, sağlam, mənəvi gənclərin yetişdirilməsi, daha böyük uğurlara nail olmaq qarşıda duran əsas vəzifələrdən biri olub. Bu səbəbdən də yeni Strategiya qəbul edilib və onun məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.
Bundan başqa, gənclərin sağlam, mənəvi inkişafında asudə vaxtını səmərəli təşkil etmək, məlumatlandırma, yönəltmə və sosial dəstəyi təmin etmək çox vacibdir. Bunun üçün respublikanın şəhər və rayonlarında 40-a yaxın sosial xidmət müəssisəsi - gənclər evləri (mərkəzləri) istifadəyə verilib. Qeyd edək ki, “Gənclər evləri” şəbəkəsinin 2007-ci ildə yaradılmasına başlanıb. Gənclərə dövlət qayğısının nümunəsi olan bu müəssisələr Bakı şəhərində və onun qəsəbələrində yaradılmaqla bərabər, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən bir sıra regionlarda da yaradılıb, demək olar, bütün ölkəni əhatə edir. Hazırda bu müəssisələrin funksionallığını daha da artırmaq, bu evlərə daha çox gənc cəlb etmək üçün intensiv fəaliyyət həyata keçirilir. Burada gənclərin milli ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir ki, bu yöndə böyük işlər görülür.
Ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində 2 fevral 2019-cu il tarixindən Azərbaycan Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan “Gənclərin İnkişaf və Karyera Mərkəz”ləri (GİKM) də gənclərə olan qayğının əyani sübutudur. Hazırda bir çox rayonlarda fəaliyyət göstərən GİKM-ləri gənclərin karyera qurmalarına, istənilən sahədə inkişaf etmələrinə daha geniş şəkildə imkanlar açır. Əsas hədəfi gənclərin doğru istiqamətdə inkişafını təmin etmək olan həmin GİKM-ləri ölkəmizdə həm də savadlılığın artırılmasına böyük töhfədir. Savadlı gənc isə mənəvi zəngin gəncdir.
Bundan başqa, perspektivli gənclərə göstərilən dövlət qayğısının səmərəliliyinin artırılması üçün mədəniyyət və incəsənət sahəsində gənclərin yaradıcılıq nailiyyətlərinin mübadiləsi, ustad dərsləri, sənətə baxış kimi tədbirlərin həyata keçirilməsinə üstünlük verilir, yaradıcı gənclərin problemlərinin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsinə xüsusi diqqət ayrılır. 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi gənclərin nailiyyətlərinin qiymətləndirilməsi və stimullaşdırılması baxımından xüsusi önəm kəsb edir.
Bu gün gənclərin sağlamlığı da diqqət mərkəzindədir. Gənclərin fiziki inkişafına nail olmaq bütün dövlətlərin yürütdüyü siyasətdə prioritet faktor olaraq qalır. Fiziki inkişaf, sağlamlaşma həm də gənclərin mənən formalaşmasına xidmət edir. Bu səbəbdən də gəncliyimizin həm sağlam böyüməsi, həm də mənəvi inkişafı cəmiyyətin bütün təbəqələrini ciddi düşündürür. Dövlətimizin başçısı bədən tərbiyəsi və idmanın uşaq və gənclərin fiziki və mənəvi inkişafında mühüm rolunu önə çəkərək deyib Azərbaycan Prezidenti İlham Əliyev uşaq və gənclərə daha yüksək səviyyədə dövlət qayğısını təmin etmək, onların fiziki və mənəvi cəhətdən inkişafına nail olmaq məqsədilə, ardıcıl olaraq, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir: “Əlbəttə, bizə qələbələr, çempionlar lazımdır və bu, bizdə var. Amma, eyni zamanda, bizə sağlam gənclər, sağlam millət lazımdır. İdmanla məşğul olan uşaq, yeniyetmə fiziki cəhətdən sağlam olur. Eyni zamanda, yüksək mənəvi keyfiyyətlərə də malik olur”.
Olimpiya İdman
Kompleksləri, idman obyektləri tikilərək
gənclərin istifadəsinə verilib. Uzun illərin təcrübəsinə əsaslanan
Azərbaycan idmançıları hər il
beynəlxalq yarışlarda, dünya və
Avropa çempionatlarında yüksək
nəticələr göstərərək medallar
qazanırlar. Bu uğurlar
dövlətin həyata keçirdiyi məqsədyönlü
tədbirlərin nəticəsidir. Ölkə Prezidenti
"...Bizim işimiz
təkcə beynəlxalq yarışlarla məhdudlaşmır",
- deməklə vurğulayıb ki, idman dövlətin ən vacib
hesab etdiyi sahələrdəndir.
Bu istiqamətdə infrastruktur
genişləndirilib, müasirləşdirilib,
idmançıların həyat şəraitini
yaxşılaşdırmaq, problemlərini həll etmək üçün bütün
vacib tədbirlər görülüb
və bu işlər davam
etdirilir.
Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov bu barədə deyib. «Nəzərə alsaq ki, idmanla peşəkar səviyyədə məşğul olan insanların əksəriyyəti gənclərdir, bu o deməkdir ki, idmanın kütləviliyi həm də gənclərin inkişafı yönündə görülən işdir. Bilirsiniz ki, ölkəmizdə gənclərin inkişafına dair proqramlarda idmanın inkişafı prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarifləndirmə işlərinin aparılması, onların idmana cəlb olunması bu məsələdə xüsusi əhəmiyyət kəsb edir. Çünki əsas məqsəd gənclərin sağlamlığının qorunması və buna xidmət edən təşviqedici və maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Unutmayaq ki, sağlam gənclik həm də sağlam gələcək deməkdir. Ona görə də, ölkə rəhbərliyi tərəfindən idmanın inkişafı hər zaman diqqət mərkəzindədir. Onu da qeyd edim ki, hər bir istiqamət kimi idmanın inkişafı da ölkə qanunları çərçivəsində tənzimlənir. Artıq bu sahədə də təkmil qanunvericilik bazası formalaşdırılıb. «Bədən tərbiyəsi və idman haqqında» qanun və digər müvafiq qanunvericilik aktları ölkəmizdə idmanın həm yüksək səviyyədə inkişafını, həm də bu inkişafın sistemliyini təmin edir»- deyə, Ş.İsmayılov qeyd edib.
Beləliklə,
bu gün Azərbaycanda gənclər siyasəti, hər cəhətdən
göründüyü kimi, dövlət siyasətinin
mühüm tərkib hissəsidir. Bu
siyasətin nəticəsidir ki, Azərbaycanda
sağlam. Mənəvi inkişaf
etmiş gənclər formalaşıb. Onlar ictimai həyatın bütün sferalarında aktiv
fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar tədbirlərin
həyata keçirilməsində mühüm
rol oynayırlar. Bu təbəqə
cəmiyyətin avanqard qüvvəsinə
çevrilə bilib.
Üç nöqtə.- 2019.- 28
dekabr.- S.10.