Canlı ilanla Kleopatranın ölüm səhnəsini canlandırmışam

 

Nübar Novruzova: “Bütün obrazlarımı sevirəm

 

Məni bu səhnədən heç bir şey heç küsdürə bilməz. Çoxsaylı tamaşalarım var ki, onlar bitdikdən sonra tamaşaçı alqışını sevgisini görürəm. Elə anlar olur ki, tamaşa bitdikdən sonra görürəm ki, tamaşaçılar mənimlə görüşmək üçün gözləyirlər. Bunların qarşılığında mən səhnəni necə qoyub gedə bilərəm ?” Ucnoqta.az saytının qonağı xalq artisti Nübar xanım Novruzovadır.

 

-Zənnimcə incəsənətdə elə bir aktyor yaxud aktrisa yoxdur ki, çətinliklərlə qarşılaşmasın. 44 illik sənət fəaliyyətinizdə çoxmu çətinliklərlə rastlaşmısınız?

-Çətinliklər deməzdim, riskli obrazları canlandırmaqla özümü çətin durumlarla qarşı qarşıya qoymaq deyərdim. Rəngarəng rollar içərisində mən o dövr üçün ilklərə imza atırdım bu gün atıram. Sizə bir cümlə deyim, Kleopatra kimi böyük bir obrazın öhdəsindən uğurla gəlmək hər aktrisanın payına düşmür. O zaman həmin obrazın mənə həvalə edilməsi mənim üçün böyük bir qürur idi. Tamaşada mən canlı ilanla Kleopatranın ölüm səhnəsini canlandırmışam. Kleopatra onun kimi digər obrazların fonunda həmişə mən özümü çətinliklərə sürükləyib fərəh hissi ilə onları canlandırmışam.

 

-Teatrda müxtəlifanaobrazlarını canlandıran Nübar xanım daha çox özünə hansıanaobrazını yaxın bilir?

-Mən bütün obrazlarımı sevirəm. Ələlxüsus da, söhbətanaobrazlarından gedirsə, mən onları müqayisə edə bilmirəm. Sualın cavabını düşünməliyəm. Bəlkə , dahi klassik Hüseyn CavidinAnadramındakı Səlma ana obrazı. Çünki, Nübar xanım da Səlma ana kimi bağışlayandır. Bağışlamaq böyüklük əlamətidir. Bethoven deyirdi ki, məsələ böyük görünməkdə deyil, həqiqətən daxilən böyük olmaqdadır. Xarakterimdə hansısa bir insana nifrət etmək hissi yoxdur, hətta mənə pislik edənlərə belə yaxşılıqlarla cavab verirəm. Bu nədəndən Səlma ana məni tamamlayır.

 

-Nübar xanım hansı şəraitdə hansı məqamda insanı həyatından tamamilə silə bilər?

-Çox çətin sualdır. Nübar Novruzova o halda insanı həyatından silir ki, həmin şəxsdən hansısa pislik görür. Əslində buna silmək deməzdim, uzaqlaşmaq deyərdim. Çünki, o insana hansısa bir köməklik lazım olarsa, edərəm. Silmək o deməkdir ki, sən onu birdəfəlik həyatından çıxarırsan. Mənim isə xarakterimdə yardıma ehtiyacı olan insandan üz döndərmək olmadığına görə pislik edənlərdən sadəcə uzaqlaşıram, onları silmirəm. Birdən zamansa, onun mənə ehtiyacı olar. Don Heroldun belə bir fikri var: “Heç bir zaman çıxdığın qapını hirslə bağlama. Birdən zamansa geri dönmək istəyərsən”.

 

-Həyatınızda dramatik anlar olubmu?

-İnsan həyat yolunu keşməkeşlərdən keçərək gedir. Bu keşməkeşli məqamlara mən dramatik anlar demirəm. Mənim üçün rastlaşdığımız çətinliklər dramatika məfhumunu ifadə etmir. Bir cümlə ilə desəm, fikrimcə, dramatik anlar yaxınlarını itirmək deməkdir ki, Allah bunu mənə heç kimə yaşatmasın.

 

-Düşünmürəm ki, bu həyatda yaşadıqlarınız obrazlarına yansımasın...

-Xeyr, mənim həyatımda baş verənlər mənim obrazlarımda özünü büruzə vermir. Nəyə görə? Gəlin, indi ətraflı izah edim. Mən televiziya tamaşalarında teatrda elə rolları ifa etmişəm ki, bunların heç biri mənim həyatımda olmayıb. Ola bilər ki, roldan hansısa bir hissə məni ifadə edib, amma bütövlükdə o obrazı həyatımda yaşamışam deyə bir şey yoxdur. Mən aktrisayam mən təqdim edilən obrazı özümünküləşdirib uğurlu şəkildə öhdəsindən gəlməliyəm. Ona görə canlandırdığım rollarla yaşadığım həyat arasında bənzərlik olduğunu, nədə ki, həyatımda olanların obrazlarıma təsir etdiyini düşünmürəm.

 

-Nübar xanımı səhnədən, teatrdan küsdürə bilər? Ümumiyyətlə, teatrdan küsə bilərmi, Nübar xanım?

-Məni bu səhnədən heç bir şey heç küsdürə bilməz. Çoxsaylı tamaşalarım var ki, onlar bitdikdən sonra tamaşaçı alqışını sevgisini görürəm. Elə anlar olur ki, tamaşa bitdikdən sonra görürəm ki, tamaşaçılar mənimlə görüşmək üçün gözləyirlər. Bunların qarşılığında mən səhnəni necə qoyub gedə bilərəm ?

 

-Səhnə yaxud sevdiyiniz şəxsin yanında olmaq sualı ilə qarşı-qarşıya qalsaydınız hansını seçərdiniz?

-Bu suala cavab vermək istəmirəm. Çünki, bunların hər ikisi mənim üçün önəmlidir. Birini digəri ilə müqayisə edib üstün saya bilmirəm. Ona görə bu suala cavab vermirəm.

 

-Tutaq ki, bu gün həyatınızın son günüdür. Hansı rolu canlandırmaq istəyərdiniz?

-O obraz bu vaxta qədər heç bir filmdə ya tamaşada yer almayıb. Mən həmişə o obrazın xəyalı ilə yaşamışam. Bilirsiniz, mən bir neçə il bundan öncə üzündə qırışları olan yaşlı, lakin gözəl bir qadın görmüşdüm. O qadının başında şlyapası, əllərində isə qara əlcəkləri vardı, geyimi ilə sanki başqa ölkənin vətəndaşını xatırladırdı. Amma o qadın zibillikdə nəsə axtarırdı. Mən ona yaxınlaşıb taleyi ilə maraqlandım. qədər etdimsə, qadın mənə taleyini danışmadı. Məhz həmin taleyi qadının yaşadıqlarını bilib dediyim obrazı canlandırmaq istəyərdim.

 

 

Tahir Rövşən

Üç nöqtə.- 2019.- 17 dekabr.- S.12