"Biz öz mədəniyyətimizə
sahib çıxmalıyıq"
"Bu gün Azərbaycan
gəncliyinə və
ailəsinə qarşı
iki istiqamətdə təsir var". SİA-nın verdiyi məlumata görə, bunu Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsinin
sədr müavini Gündüz İsmayılov
Yeni Azərbaycan Partiyasında keçirilən
“Gənclər və ailə: ənənə və müasir baxış” adlı tədbirdə deyib.
G.İsmayılov bildirib ki, bu
təsirlərdən biri
Qərbdən gələn
ultramüasirlik, digəri
isə Şərqdən
gələn ultradindarlıqdır:
“Mənim çalışdığım
sahə Şərqdən
gələn təsirlərlə
bağlıdır. Təəssüf
ki, o təsirlərin əsas hədəflərindən
biri gənclikdir, ikincisi isə Azərbaycan ailəsidir. Hər bir xalqın
özünəməxsus həyat
tərzi, mədəniyyəti,
adət-ənənələri var. Bu baxımdan
bizim Şərqlə
dinimiz eyni olsa da, mədəniyyətimiz
fərqlidir. Biz ərəblərlə, Anadoludakı
qardaşlarımızla, pakistanlı,
malayziyalı, iranlı,
ərəblərlə eyni
dini paylaşırıq,
ancaq mədəniyyətimiz
eyni deyil. Çünki həyat tərzimiz fərqlidir”.
Komitə sədrinin
müavini vurğulayıb
ki, biz dinimizə
sahib çıxa bilərik, amma bu, heç bir halda ərəbləşmə,
farslaşma, Anadolu türkünə çevrilmə
olmamalıdır, biz öz mədəniyyətimizə
sahib çıxmalıyıq:
“Eyni zamanda Qərbdən gələn
təsir nəticəsində
ingilisləşmə, fransızlaşma,
amerikanlaşma kimi hallar olmamalıdır. Qərbdən və Şərqdən gələn
bu kimi təsirlərə
qarşı bizim mənəvi immunitetimiz olmalıdır”.
Ruslan
Üç
nöqtə.- 2019.- 8 fevral.- S.6.