Uşaqlar bizim xoşbəxt gələcəyimizdir. Gələcəyimiz düzgün təməllər üzərində qurulması üçün onlar
sağlam böyüməlidir
Tarix
boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi
olan uşaqların qayğısına qalmağı,
onların fiziki və mənəvi cəhətdən
böyüməsini təmin etməyi özünün ən
ümdə vəzifələrindən biri hesab etmişdir. Azərbaycan dövləti
də bu mühüm məsələyə
qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları
diqqət və qayğı ilə əhatə olunmuşdur.
Viktor Hüqo
demişdir: “Mən dünyada körpə qığıltısından əzəmətli
himn görmədim”. Doğrudan da hər evin, hər ailənin bəzəyi, yaraşığıdır
uşaqlar. Uşaqlar həm də bir dövlətin, bir millətin sabahı, gələcəyidir.
Bu doğma hisslərin,
fikirlərin təsiri
altında yolumuzu Yasamal rayonunda yerləşən 290 saylı
körpələr evi-uşaq
bağçasından saldıq.
1986-cı ildən fəaliyyət
göstərən körpələr
evi-uşaq bağçasına
açıldığı gündən bu günədək işinə vicdanla yanaşan Rəna Axundova rəhbərlik edir.
Rəna xanım
qayğıkeşliyi, zəhmətsevərliyi
ilə kollektivin və valideynlərin etimadını qazanıb.
Onun rəhbərliyi ilə bağçada möhkəm qayda-qanun hökm sürür, nizam-intizama ciddi riayət olunur. Burada səliqə-sahman, gigiyena baxımından da hər şey
öz qaydasındadır.
Bütün bunların
nəticəsidir ki, kollektiv uzun illər ərzində valideynlərin hörmətini
qazanmışdır.
Bağçanın 16 nəfər işçisindən
8-i tərbiyəçi-müəllimdir. Onlar 60-dan çox azyaşlı uşağın
təlim-tərbiyəsi ilə
məşğul olurlar.
Onlardan qabaqcıl müəllimlər;
orta qrup metodistləri Fatma Babayeva, Rəfiqə Rüstəmova, kiçik
qrup metodistləri Südabə Məmmədova,
Zərifə Vəliyeva
və hazırlıq qrupunda uşaqların tədrisi ilə məşğul olan Samirə Pənahovanın
adını xüsusi
qeyd etmək yerinə düşər.
Bağça digər təhsil müəssisələri kimi,
1998-ci ildə başlanan
islahatlara uyğun yeni metodlarla işləyir.
Uşaqlar arasında
diqqət, hafizə, düşüncə, riyazi
təfəkkür, nitqin
inkişafı ilə
bağlı testlər
aparılır, onların
intellektual səviyyəsinin
yüksəlməsi daim
diqqət mərkəzində
saxlanılır. Balacalara
rəsm, əmək, riyaziyyat, ətraf mühitlə tanışlıq,
musiqi kimi fənlərin ilkin əsasları böyük
həvəslə öyrədilir.
Müəllim və uşaqların əl işlərini əks etdirən müxtəlif əşyalardan,
çınqıllardan hazırlanmış
rəngarəng çiçək
buketləri bağçanın
divarlarını bəzəyir.
Dəniz və səmanı xatırladan,
mavi çalarları ilə otağın interyerini tamamlayan rəngli əşyalar musiqi otağına xüsusi yaraşıq verir. Burada müxtəlif
oyun guşələri
vardır. Artıq kiçik yaşlarından
balacalar inşaat alətləri, tərəzi
və oyuncaqlardan necə istifadə etməyi, yol hərəkəti qaydalarını
öyrənirlər.
Fürsətdən istifadə edərək Rəna xanımın fikirlərini öyrənmək
istədik. O dedi: “Uşaqların yüksək
qayğı ilə əhatə olunması, əlverişli mənəvi
və sosial mühitdə böyüməsi
üçün zəruri
şəraitin yaradılması,
hərtərəfli şəxsiyyət
və layiqli vətəndaş kimi formalaşması əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş,
hazırda hökumətin
sosial siyasətində
prioritet istiqamətlərdən
birini təşkil edir. Son illərdə
uşaqların təlim-tərbiyəsinin
daha da təkmilləşdirilməsi
istiqamətində mühüm,
məqsədyönlü tədbirlər
həyata keçirilməkdədir.
Respublika
Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük
diqqət və qayğısı nəticəsində
balaca fidanların hərtərəfli inkişafı,
keyfiyyətli təhsil,
yüksək standartlara
cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli
layihələr həyata
keçirilir.
Gördüyünüz bütün müsbət hallar təbii ki, dövlətimizin diqqət və qayğısı sayəsində
mümkün olmuşdur.
Bağça Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən
hər cür qayğı ilə təmin olunur. Müəssisəmizdə tibb
otağında müntəzəm
olaraq balacaların sağlamlığı yoxlanılır,
profilaktiki tədbirlər
görülür. Burada
valideyn komitəsi fəaliyyət göstərir.
Valideynlərlə müntəzəm
görüşlər keçirilir.
Qaçqın və məcburi köçkün
düşmüş valideynlərin
uşaqları bağçada
çoxluq təşkil
edir ki, bu bizi onlarla
daha həssas davranmağa sövq edir. Kollektivimiz var gücü ilə çalışır
ki, onlar qaçqın və məcburi köçkün
olduqlarını hiss etməsinlər. Bu hissləri daha yaxından yaşayan müəssisə işçiləri
işğal olunmuş
torpaqlarımızın tezliklə
qaytarılmasını, sülhün
bərqərar olunmasını
səbirsizliklə gözləyirlər.
Qarabağ dərdi tək onların yox, hər birimizin
yaralı yeridir. Çox istərdik ki, “qaçqın”, “köçkün”, “didərgin”
məfhumları bir daha işlənilməsin,
körpələr doğma
torpaqda özlərini
qərib hiss etməsinlər. Bütün
bu arzulara çatmaq üçün
bu gün balaca fidanlarımızın
sağlam, firavan böyüməsi, milli ruhda tərbiyə olunması vacib şərtlərdən biridir”.
Bəli, Rəna
xanımın sözlərində
böyük həqiqət
var. Bu, ömrünü, bütün həyatını
sabahımız olan fidanların təlim-tərbiyəsinə
həsr edən bir pedaqoqun, təcrübəli bir insanın, bacarıqlı
bir təşkilatçının
fikirləridir. Şərəfli
peşə sahibinə,
onun kollektivinə biz də uğurlar
arzulayırıq.
Nurəngiz ADİLQIZI
Üç nöqtə.- 2019.- 6 iyul.- S.9