Bədii kitab uşaq
və gənclərin mənəvi inkişafında önəmli rol
oynayır
Bədii
kitab oxumağın faydalarını saymaqla bitməz. Kitab
oxumaq sadəcə gənclik üçün deyil, eyni zamanda
uşaqlar, yeniyetmələr və yaşlılar
üçün də lazımdır. Xüsusilə də
kitab oxuma alışqanlığı uşaq vatlarından
aşılanmalıdır. Bu alışqanlığın
qazanılmasında isə məktəblərin əhəmiyyəti
böyükdür. Ancaq təəssüf ki, hazırda cəmiyyətdə
bu alışqanlıq olmadığı üçün
kitab kifayət qədər oxunmur.
Xüsusilə şəxsiyyətin
formalaşdığı gənclik dövründə bədii
kitab oxumaq vacib şərtdir. Mütaliə edən gənc
kitabı oxuduqca özünü tanıma fürsəti
yaxalayır, istedadını kəşf etmiş olur.
Düşüncə arealını genişləndirir, hadisələrə
daha real yanaşır. Kitabla dost olan gənc, bu sayədə
bir çox nailiyyətlər əldə edir.
Müasir dövrdə bilik əldə etməyin
bir çox yolları var: Konfranslar dinləmək, seminarlara
qatılmaq, sənədli filmlər izləmək… Ancaq, bunlar
insanın düşünməyə, ehtiyac olduğu anda həmin
biliyi bir daha əldə etmə imkanı yoxdur. Lakin oxuyarkən
fikirləşmək və təkrar-təkrar həmin biliyi əldə
etmək çox asandır.
Kitab oxumaqla əldə
olunacaq qabiliyyətlər
Kitab oxumağın eyni zamanda dərslərə
də faydası var. Sadəcə ədəbiyyat
dərsinə deyil, bütün digər fənlərə də
faydası var, riyaziyyata da, biologiyaya, Tarixə də…
Çünki hazırda bütün fənlərdən verilən
imtahanlarda tərtib olunan sualların əksəriyyətinin
geniş izaha, məntiqi araşdırmaya ehtiyacı var.
Uşaqlar böyüklərdən
qat-qat artıq zehni qabiliyyətə və xəyal
gücünə sahibdirlər və yaşlarına uyğun bədii
kitablar oxusalar onların dərslərindəki və sosial
münasibətlərindəki müvəffəqiyyətlərini
qısa müddət ərzində izləməm mümkündür.
Mütəxəssilər kitab oxuma
bacarığının uşaqlara faydasını
aşağıdakı kimi sıralayır:
- Söz xəzinəsi çoxalır;
- Düşünmə bacarığı və
bununla əlaqədar analiz qabiliyyəti inkişaf edir;
-
Dünyagörüşü artır;
- Qulaq asma və danışma qabiliyyəti
inkişaf edir;
- İş həyatındakı müvəffəqiyyət
səviyyəsi yüksəlir;
- Daha
rahat sosial əlaqələr qurur;
- Oxuyub
yeni bir şey öyrəndikcə maraqlanmağa və daha
çox oxuyub yeni biliklər əldə etməyə
başlayır;
- Mütəmadi
kitab oxumaq hafizəni gücləndirir, diqqəti
artırır.
Mənən
zəngin
olmağın yolu
Mövzu ilə əlaqədar “Üç nöqtə”
qəzetinə münasibət bildirən psixoloq Gülnar
Orucova söyləyir ki, əvvəllər hər kəs
özünü kitabla inkişaf etdirirdi. Amma indi sosial şəbəkələr
həddən artıq inkişaf etdiyinə görə, insanlar
kitaba çox müraciət etmirlər: “Ona görə də
müşahidə edirik ki, insanlar mənən zəngin
olmağın yollarını axtarırlar. Napoleon Hillin belə
bir əsəri var, “Düşün və zəngin ol”, o əsərdə
yazıçı özü deyir ki, bu kitabı ən azı
on beş dəfə oxumalısınız
ki, mənən zəngin olmağın yolunu tapasınız.
Amma bu gün insanlar daha başqa yollarla mənəviyyatlarını
zənginləşdirmək istəsələr də, buna nail
ola bilmirlər”.
Gülnar
Orucova vurğulayır ki, kitab oxuyan şəxslə, oxumayan
arasında böyük fərq olur: “Onun zəkasında,
düşüncəsində, nitqində,
davranışında bu fərqlilik özünü büruzə
verir. Diqqət etdikdə görürsən ki,
kitab oxuyan insanın nitq qabiliyyəti daha yüksəkdir, nəinki
oxumayanın. Hazırda insanları
müşahidə etdikdə görürük ki, fikrini izah
etməkdə çətinlik çəkən insanlar daha
çoxdur. Səbəb isə odur ki, onlar bədii ədəbiyyatdan,
digər kitablardan az istifadə edirlər, buna görə də daha
çox özlərini sosial şəbəkələrə həsr
etdikləri üçün nitqlərində qüsur
yaranıb”.
Uşaqlara
kitab oxuma bacarığı aşılanmalıdır
“Elələri də var ki, nitqlərində qüsur
olmaqla yanaşı, başqa bir problem də yaranıb. Bu isə
insanlarla ünsiyyət qurma bacarığının zəifliyidir.
Bu da sırf sosial şəbəkəyə aludə
olmaq səbəbindəndir. Bu gün bir
insan istəyirsə ki, övladının nitq
bacarığı, düşüncəsi, qabiliyyəti artsın,
digər uşaqlarla ünsiyyətə girsin, bunun
üçün onda kitab oxuma bacarığı
aşılamalıdır. Bu isə
sırf uşaqlıq dövründən
başlamalıdır. 6 yaşda
şüuraltı tam formalaşdığı
üçün bu yaşa qədər kitab oxuma vərdişini
aşılamış olsaq, daha sonra onlar özü onu davam
etdirəcək və mütaliə edəcək. Amma elə olur ki, çox zaman biz, uşaqda 6
yaşa qədər bunu formalaşdırmırıq, o
böyüdükdən sonra isə deyirik ki, kitab oxumalısan
və. s”-deyə psixoloq izah edir.
Onun
sözlərinə əsasən, bu zaman uşaqda kitaba maraq
yaranmır: “Çünki o, həmin marağı digər sahələrdə
tapıb, sosial şəbəkələrdə, fərqli
hobbilərdə öz maraq dairələrini birləşdirib.
Bu gün həm də biz özümüz etmədiklərimizi
övladımıza etdirmək istəyirik. Misal üçün uzun müddətdən sonra
qida rasionumuza faydalı bir qida daxil edirik. Amma
həmin qida faydalı olsa da uşaqlar, yaxud evdəki
böyüklər onu yeməkdən imtina edəcəklər.
Səbəb isə o qidanın rasiona sonradan əlavə
edilməsidir. Eləcə də biz
özümüz kitab oxumadığımız halda,
uşaqlarımıza kitab oxutdurmağa
çalışırıqsa, uşaq da buna əməl etməyəcək.
Yəni 6 yaşa qədər və məktəbli
dövrünə qədər bu vərdiş inkişaf
etdirilməlidir”.
Uşaqlar
kitabı sevsin,
ondan
yararlansın
G.Orucova
qeyd edir ki, əvvəlki illərdə məktəblərdə
həftədə bir dəfə sinifdənxaric oxu təşkil
olunurdu: “Sinifdənxaric oxu onun üçün təşkil
olunurdu ki, uşaqlar kitabı sevsin, əlavə kitablardan
yararlansın. Amma bu gün həmin sinifdənxaric
oxular yox dərəcəsindədir. Hazırda
dərslərdə o qədər əlavə summativlər,
testlər var ki, sinifdənxaric oxular yaddan çıxıb.
Əvvəlki illərlə müqayisə etsək
və statistikaya nəzər salsaq görərik ki, bu gün
kitabxanalara müraciət daha azdır. Oxu
zallarında adamlar azlıq təşkil edir. Bu isə onun əsasında formalaşır ki, orta məktəbdə
bədii ədəbiyyata, qiraətə daha az yer verilir”.
Kitab
oxumaq
insan həyatına
müsbət
təsir
buraxır
Hər şeydən öncə kitabı bilik qazanmaq
üçün oxuyurlar, kitabı həm də müxtəlif
ideyalara sahib olmaq, dünyagörüşünü zənginləşdirmək
üçün də oxuyurlar və bütün bunlar əslində
insanın həyat tərzinə təsirsiz
ötüşmür.
Kitablar dünyagörüşünü
formalaşdırır-düzgün kitab oxumaqla insan tədricən
dünyagörüşünü formalaşdırır,
dünyaya baxışını genişləndirir və dərinləşdirir,
təfəkkürünü inkişaf etdirir,
düşünmək və analiz etmək
bacarığını artırır.
Kitab insana motivasiya verir, ruhlandırır, daha müsbət
nəticələr əldə etməyə kömək edir. Kitablar bilmədiyimiz
dünyaları bizə açır. Ağlının
yeni tərəflərini sənə açır, əvvəl
heç vaxt diqqət etmədiyin bacarıqlarını ortaya
çıxarır.
Hər kəsə məlumdur ki, biz informasiya əsrində
yaşayırıq və informasiyanın önəmi çox
böyükdür, hər yandan məlumat alırıq. Beynimiz
lazımlı, lazımsız hər cür informasiya ilə
doludur. İnsan məcburdur ki, bilsin
hansı məlumat ona lazımdır, hansı yox.
Ən
maraqlısı odur ki, siz az da olsa hər
gün kitab oxuyursunuzsa bu vərdiş halına gəlir və
öz müsbət nəticəsini verir. Hər gün az miqdarda aldığınız bilik gün gələcək
tam biliyə çevriləcək.
İndiki dövrdə insanlar qızıl
vaxtlarının dəyərini bilmirlər, əvvəllər
televizor, kompüter olmayan vaxtlarda insanlar daha çox kitab
oxuyurdular. Ona görə də onlar daha maraqlı, təhsilli,
savadlı və dərin olurdular. İstifadə
etdiyiniz sözlər sizin həyat tərzinizə çox təsir
edir.
Kitab
oxumağı da
bacarmaq
lazımdır…
Digər bir tərəfdən şəxsi həyat, fərdi
inkişaf tərzi kitablar imkan yaradır ki, insan öz daxili aləmini
tanısın.
Onu da əlavə etmək lazımdır ki,
kitab oxumağı da bacarmaq lazımdır, beləki kitablar
çox müxtəlifdirlər. İnsan var çox şey bilir,
oxuyur, amma real həyatda bunu göstərmir, tətbiq etmir.
Odur ki, kitab oxuyan hər kəs passiv deyil, həm də aktiv
olmalıdır. Hərəkət etməlidir, biliyini
paylaşmalı, tətbiq etməlidir.
Aparılan elmi tədqiqatlara əsasən,
mütəmadi kitab oxumaq beyində yeni neyron əlaqələri
yaratdığını isbatlayıb. Belə insanlar daha
bilikli olurlar.
Kitab oxuyan zaman bəlkə də evinizdəki
kkiçik bir otaqdasınız. Lakin zehninizdəki xəyal
dünyası bəlkə də qitələri
dolaşacaqsınız. Bəlkə də zamanı…. Bir anda
keçmişdə və gələcəkdə bilinməyən
qalaktikaları kəşf edəcəksiniz.
Kitablar olmasaydı…
“Sözlər olmasaydı, yazı olmasaydı,
kitablar olmasaydı; tarix olmazdı, insanlıq
anlayışı olmazdı”, bu fikirlər Herman Hessenindir. Bəli, kitab oxumaq
bir mədəniyyətdir. Kitab oxuyan cəmiyyət daha
müdrik, daha mədəni, daha bacarıqlı, məntiqli,
qabiliyyətlidir. Bu sahənin mütəxəssislərinin də
dəyərləndirdiyi kimi, lap körpəlikdən
uşaqlara bu dəyəri qiymətsiz vərdişi
aşılamaq mütləqdir...
Gələcəyimiz olan
uşaqların bu mənəvi xəzinəni kəşf etməsi
üçün ailələrdə, cəmiyyətdə, təhsil
müəssisələrində, hər yerdə kitabla
bağlı təbliğatın aparılması, maarifləndirmə
işinin gücləndirilməsi
mütləqdir...
Üç nöqtə.-
2019.-16 iyun.- S.5