Əhməd bəy
Ağaoğlundan qısa film çəkilir
Cənab
Prezident Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin
keçirilməsi haqqında sərəncam imzalayıb. Cənab Prezidentə bütün azərbaycanlılar
və bütün Türk dünyası adından bu gözəl addımına
görə çox təşəkkür edirik.
Milli Məclisin deputatı həmkarım Fazil Mustafa ilə bir neçə dəfə çıxışlarımızda
Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi,
onun xatirəsinin Azərbaycanda əbədiləşdirilməsi
ilə bağlı addımların atılmasına
ehtiyac olduğunu bildirmişdik. Cənab
Prezidentə bu tarixi sərəncamından
dolayı bir daha təşəkkürümü
bildirirəm.
Qardaş Türkiyənin paytaxtı
Ankarada Əhməd bəy Ağaoğlunun adına küçə vardı, lakin müəyyən siyasi proseslərdən sonra bu küçədən adı götürülmüşdü.
Biz də qardaş Türkiyənin rəsmiləri, millət vəkilləri ilə görüşdə bir neçə dəfə Ankaranın mərkəzi küçələrindən birinə Əhməd bəy Ağaoğlunun adının təkrar verilməsi xahişini səsləndirmişdik. İnanırıq
ki, cənab Prezidentin bu addımı yalnız azərbaycanlılara deyil,
bütün Türk dünyasına bir mesaj olacaq və
qardaş Türkiyənin
paytaxtı Ankarada mərkəzi küçələrdən
birinə Əhməd
bəy Ağaoğlunun
adının verilməsi
ilə bağlı addımlar atılacaq.
Təkcə Azərbaycanda deyil,
qardaş Türkiyədə
də Əhməd bəy Ağaoğlunun xatirəsinin əbədiləşdirilməsi
ilə bağlı tədbirlər həyata keçiriləcək. Çünki
Əhməd bəy Ağaoğlu sözün
əsl mənasında
buna layiq şəxsiyyətlərimizdən biridir. Nur içində yatsın. Real TV-yə və onun dəyərli jurnalisti Ləman Ələşrəfqızına təşəkkür edirik
ki, 2 ay bundan əvvəl Əhməd bəy Ağaoğlu barədə
film çəkilişi
təklifimizi qəbul
etdilər və mart ayında İstanbulun Feriköy məzarlığında çəkilişlər
oldu.
Mənimlə birgə Türkiyənin
bir sıra tanınmış ziyalıları
da Əhməd bəy Ağaoğlu barədə öz fikirlərini və düşüncələrini bölüşdülər.
Əhməd bəy Ağaoğlu, ailəsi və qızı Sürəyya Ağaoğlu
barədə gərəkli
çəkilişlər
oldu. İnşallah yaxın zamanlarda gənclərimiz Real TV-də Ləman xanımın təqdimatında
Əhməd bəy Ağaoğlu haqqında filmi izləmək imkanına malik olacaqlar. Real TV-yə və Ləman xanıma bir daha təşəkkürümü
bildirirəm. Gənclərimizi isə Əhməd bəy Ağaoğlunu dərindən öyrənməyə
çağırırıq. İstanbula etdiyim hər səfərdə İstanbulda Feriköy məzarlığında Azərbaycan
Xalq Cümhuriyyətinin
qurucularının, o cümlədən
Əhməd bəy Ağaoğlunun məzarını
ziyarət edirəm.
İstanbula yolu düşən hər kəsi Cümhuriyyət qurucularımızın məzarları
olan Feriköy məzarlığını ziyarət
etməyə, öz ehtiramlarını göstərməyə
çağırıram.
İsmayıl
Üç nöqtə.- 2019.- 30
iyul.- S.6