"Azərbaycandakı
multikultural, tolerant mühit digər ölkələrə
örnəkdir" Susana Manqana: "Azərbaycan müxtəlif
mədəniyyətlərə və dinlərə qucaq
açır, burada bütün dinlərə hörmətlə
yanaşılır və bu, heç də hər ölkədə
belə deyil"
Bu günlərdə Azərbaycanda səfərdə
olan Uruqvayın Katolik Universitetinin Humanitar elmlər
departamentinin Ərəb və İslam araşdırmaları
bölməsinin direktoru, beynəlxalq siyasət proqramı
üzrə məsul şəxs Susana Manqana AZƏRTAC-ın
müxbiri ilə söhbətində ölkəmizdəki
multikultural, tolerant mühit barədə danışıb.
O, Azərbaycanda artıq üçüncü
dəfədir olduğunu,
bundan əvvəlki səfəri zamanı Bakı Beynəlxalq Humanitar, Ümumdünya Mədəniyyətlərarası Dialoq, Qlobal Bakı forumlarında iştirak etdiyini söyləyib. Bildirib ki, belə tədbirlərin
Azərbaycanda keçirilməsi
çox böyük əhəmiyyətə malikdir.
Bu cür tədbirlər mədəniyyətlərarası
körpü yarada bilir və həm
də bəzilərinin
dünyaya səhv tanıtmağa çalışdıqları
İslam dini ilə bağlı düşüncələrin dəyişməsində
mühüm rola malikdir.
Azərbaycanda gənclərlə mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə
dair səmərəli
müzakirələr apardığını
bildirən uruqvaylı
alim Azərbaycanın
müxtəlif mədəniyyətləri
və dinləri təmsil edən insanların birgəyaşayış
təcrübəsinə
malik tək məkan olduğuna inandığını vurğulayıb.
O, budəfəki səfəri
çərçivəsində Azərbaycanın bir neçə bölgəsini
ziyarət etdiyini, dini icmaların rəhbərləri ilə
görüşdüyünü qeyd edib. “Bu
görüşlər zamanı
bir daha anladım ki, Azərbaycan xalqı öz tolerantlığı
ilə fəxr edə bilər”, - deyə alim əlavə edib.
Susana Manqana
deyib ki, Azərbaycan xalqı çox qonaqpərvər və sülhsevər xalqdır. Bu ölkədəki mükəmməl
tolerantlığı dünyaya
ixrac etmək lazımdır. Çünki
dinlərin, millətlərin
və mədəniyyətlərin
birgə mövcudluğu
hamı üçün
faydalıdır. Azərbaycan
müxtəlif mədəniyyətlərə
və dinlərə qucaq açır, burada bütün dinlərə hörmətlə
yanaşılır və
bu, heç də hər ölkədə belə deyil. Buradakı multikultural, tolerant mühit digər ölkələrə örnəkdir.
Qonaq Azərbaycana
hər səfərdən
geniş məlumatlarla
qayıtdığını, bu məlumatları ölkəsinin ictimaiyyətinə
çatdırdığını bildirib. “Bu sahədə
gələcək fəaliyyətimizi
daha da genişləndirməyi
düşünürəm”, - deyə o bildirib.
Üç nöqtə.-
2019.- 30 iyul.- S.8