Bədii nəsrimizdə
İsa Muğanna zirvəsi
Bu
gün Xalq yazıçısı İsa Muğannanın
anadan olmasının 91-ci ildönümü tamam olur
Bakı, 12 iyun,
AZƏRTAC
Bu gün
təkcə Azərbaycanın
deyil, bütöv türk dünyasının
böyük yazıçısı
İsa Muğannanın
(Hüseynov) doğum günüdür. Onun haqqında dünya şöhrətli yazıçı
Çingiz Aytmatov “Bizim hamımız İsa Muğannadan təsirlənmişik və
öyrənmişik” deyib.
AZƏRTAC xəbər
verir ki, bu gün anadan
olmasının 91-ci ildönümü
tamam olan İsa Muğanna zaman-zaman fərqli şəkildə dövrləşdirilən
və bu dövrləşdirilmənin ənənə
halını aldığı
Azərbaycan ədəbiyyatının
“altmışıncılar” adı ilə qəbul olunan parlaq ədəbi nəslinə mənsubdur.
İsa Hüseynov
1928-ci ildə Ağstafa
rayonunun Muğanlı
kəndində dünyaya
gəlib. Atası Mustafa kişi müəllim olub. O, Nəriman Nərimanov adına Tibb İnstitutuna qəbul olunsa da, 4 ay
sonra kəndə qayıdıb. Özünün
dediyinə görə,
bir müəllimin acı sözü onu bu fikrə
düşməyə məcbur
edib. Sonradan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul
olunub. Təhsilini Xalq yazıçısı
Mehdi Hüseynin məsləhəti ilə
Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunda
davam etdirib.
Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatının ədəbiyyat
şöbəsində redaktor
kimi başlayan İsa Hüseynov “Literaturnıy Azerbaydjan” jurnalının redaksiyasında
nəsr şöbəsinin
müdiri, Cəfər
Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında
redaktor, baş redaktor və ssenari kollegiyasının üzvü, Azərbaycan
Kinematoqrafiya Komitəsində
baş redaktor vəzifəsində çalışıb.
İsa Muğanna
1991-ci ildə Azərbaycan
Yazıçılar Birliyinin
Ağsaqqallar Şurasının
üzvü seçilib.
İ.Muğanna 1948-ci ildən ədəbi fəaliyyətə başlayıb,
“Anadil ötən yerdə” adlı oçerki ilk dəfə 1949-cu ildə
“İnqilab və mədəniyyət” jurnalında
çap edilib. 1950-ci ildən etibarən kitabları nəşr olunmağa başlayıb.
Bir-birinin ardınca “Bizim
qızlar”, “Dan ulduzu”, “Hekayələr”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, “Tütək səsi”, “Pyeslər”, “Kollu koxa”, “Ömrümdə
izlər”, “Saz”, “Məhşər”, “İdeal”,
“Türfə”, “Qəbiristan”,
“Cəhənnəm”, “İsahəq-Musahəq”
və digər kitablarını oxucularına
təqdim edib. Hər əsəri bir ədəbi hadisə olan yazıçının ssenariləri
əsasında filmotekamızın
qızıl fondunu bəzəyən “Nəsimi”,
“Ulduzlar sönmür”,
“Qərib cinlər diyarında” və s. filmləri ekran üzü görüb.
Müasir Azərbaycan
ədəbiyyatının parlaq
simalarından olan İsa Muğanna öz yaradıcılığı
ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynayıb. O, nəsrimizin əsaslı şəkildə
yeni mərhələyə
qədəm qoymasının
fəal iştirakçısı
olub.
İ.Muğanna yazıçı kimi altmış illik fəaliyyəti dövründə
ölkəmizdə ədəbi
mühitin inkişafına
sanballı töhfələr
verib. Azərbaycan xalqının yüzillərdən
bəri təşəkkül
tapmış mədəni-mənəvi
dəyərlərinin qorunması
naminə yorulmadan yazıb-yaradan yazıçı
aydın mövqeyi, dərin təfəkkürü
ilə hər zaman oxucusunu heyrətləndirib.
Tarixi faktları,
böyük şəxsiyyətləri
hər zaman diqqət mərkəzində
saxlayan ədibin özünəməxsus yanaşma
və fərqli düşüncə tərzi
olub. Bunun sayəsində ərsəyə
gətirdiyi silsilə
romanların, povestlərin
ədəbiyyatımızın məzmunca yeniləşməsində
müstəsna əhəmiyyətə
malik rolu olub. Bu mənada
ustad yazıçı
öz əsərlərində
ana dilinin potensial poetik imkanlarından yüksək
bəhrələnərək şedevrlər yaradıb.
İsa Muğannanın
Azərbaycan mədəniyyətinin
inkişafında səmərəli
xidmətləri və
çoxillik zəngin
bədii yaradıcılığı
yüksək qiymətləndirilib.
O, Xalq yazıçısı
fəxri adına, orden və medallara,
Dövlət mükafatına
layiq görülüb,
Müstəqil Azərbaycan
Respublikasının ali
dövlət mükafatı
“İstiqlal” ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin “İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında”
müvafiq Sərəncamına
əsasən görkəmli
yazıçının yubileyi
ölkəmizin hər
yerində silsilə tədbirlərlə qeyd edilib.
Görkəmli yazıçı 2014-cü ilin aprelin 1-də ömrünün müdriklik
çağında 85 yaşında
Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. Ədəbiyyatımızda
özünəməxsus məktəb
yaratmış, ürəklərdə
özünə mənəvi
heykəl ucaltmış
görkəmli nasir, ssenarist, səmimi və təvazökar insan İsa Muğannanın işıqlı xatirəsi
onu tanıyanların qəlbində həmişə
yaşayacaq.
Üç nöqtə.-
2019.- 13 iyun.- S.12