Fransada Alim Qasımovun diskinin təqdimatı olub

 

Azərbaycanın Xalq artisti Alim Qasımovu səfirliyimizin Mədəniyyət Mərkəzində görməkdən çox şadıq. Alim Qasımov Azərbaycanın ənənəvi musiqisi olan muğamın böyük ustadıdır. Muğam musiqimizin özəyi, cövhəri olmaqla tariximizi, dilimizi, ənənələrimizi, ədəbiyyatımızı fəlsəfəmizi özündə əks etdirir.

Bu fikirləri ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev Alim Qasımovun yeni diskinin təqdimatına həsr edilmiş tədbirdə söyləyib.

Azərbaycanın bir sıra maddi mənəvi mədəniyyət abidələrinin bəşəriyyətin yüksək dəyərləri kimi qorunmasında Birinci vitse-prezident Mehriban Əliyevanın onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun yorulmaz xidmətləri sayəsində muğama yenidən nəfəs verildiyini UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini vurğulayıb.

Bildirib ki, XX əsr simfonik caz muğamlarının müasirləşməyə doğru istiqamət götürməsi ilə yadda qalıb. O, Alim Qasımovun Yo-Yo Ma, Jeff Buckley, fransız DJ David Vendetta ilə birlikdə böyük layihələrdə iştirak etdiyi diqqətə çatdırıb.

R.Mustafayev vurğulayıb ki, muğam ustadının böyük fransız musiqiçi Mişel Qodard ilə son layihəsi incəsənətin musiqinin ağlasığmaz gücünü sərhədlərini aşaraq, xalqları mədəniyyətləri yaxınlaşdırdığını aydın şəkildə əks etdirir.

Sonra fransız etno-musiqişünası Jan Dürinq muğam ustadı Alim Qasımovun həyat yaradıcılığı haqqında ətraflı məlumat verib. J.Dürinq Azərbaycan mədəniyyəti musiqisi haqqında danışaraq A.Qasımov kimi istedadlı musiqiçilərin tanınmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük xidmətləri olduğunu qeyd edib.

Dağlıq Qarabağın Azərbaycan mədəniyyətinin, eləcə muğamının beşiyi olduğunu vurğulayaraq təkcə Şuşa şəhərində 95 şairin, 22 musiqi üzrə ekspertin, 38 müğənninin, 42 alimin, 19 xəttatın, 16 rəssamın digərlərinin yetişdiyini bildirib. Qeyd edib ki, XX əsrin əvvəllərində rus səyyah da xatirələrindəinsanların ölkənin bütün yerlərindən Dağlıq Qarabağa musiqi dinləməyə gəldikləriniyazırdı.

J.Dürinq Azərbaycan musiqisinin tarixinin Şuşada yazıldığını diqqətə çatdırıb. O, müstəqilliyimiz bərpasından sonra muğamın yenidən canlandırılmasından, BakıdaMuğam dünyasıbeynəlxalq festivalının keçirilməsindən, bu festival çərçivəsində gənc muğam ifaçılarının beynəlxalq müsabiqəsinin təşkilindən söhbət açıb.

Sonra FMICA Organizers İnstitutunun nümayəndəsi Gvendelin LumaretYeddi gözəlmusiqi layihəsindən danışıb. “Yeddi gözəldiskində A.Qasımovun iranlı musiqiçilərlə birgə ifasına çəkilmiş videoklip göstərilib.

Alim Qasımovun imzası ilə diskləri, eləcə fotoları tədbir iştirakçılarına təqdim olunub.

Qeyd edək ki, martın 20-də UNESCO-da Beynəlxalq Novruz günü çərçivəsində Alim Qasımovun konserti olacaq.

Üç nöqtə.- 20 mart.- S.12