“Vergi
yiğimları iqtisadi əsaslarla səsləşməlidir”
Mikayıl
Cabbarov: "Azərbaycana sərmayə qoymaq çox
asandır"
"2015-2016-cı illərdə dünya iqtisadiyyatında baş vermiş geriləmə, o
cümlədən əmtəə
(enerji daşıyıcıları)
qiymətlərinin aşağı
düşməsi zamanı
Azərbaycan iqtisadi sahədə balansı qoruyub-saxlamağı bacardı.
2018-ci il ölkədə
iqtisadi inkişafın
bərpa edilməsi ili oldu. Bu prosesin 2019-cu ildə davamlı olacağına əminik".
"Finans.az" xəbər
verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov ABŞ-dan olan tanınmış jurnalist Con Batçelora
verdiyi müsahibədə
deyib.
"Düşünürəm
ki, Vergilər Nazirliyi olaraq işimiz təkcə fiskal gəlirləri sığortalamaq deyil, həm də iqtisadi inkişafı təbliğ etməkdir. Çünki vergi iqtisadiyyatın əsas drayverlərindəndir və
iqtisadi inkişaf birbaşa vergi gəlirlərinə də
təsir edir. Məncə Bakıda böyük inkişafın
olduğunu və bunun regionlara yayıldığını desəm
yanılmaram. 2004-cü ildən
Azərbaycanda Prezident
İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı üzrə
dövlət proqramları
həyata keçirilir.
Bir qədər əvvəl
4-cü belə proqramın
icrasına başlanılıb.
İndiyə qədər
regionlara investisiya qoyuluşunun məbləği
10 milyard manatı ötüb. 3 minə yaxın məktəb, 600 xəstəxana inşa edilib, 10 minlərlə km yeni yol
çəkilib”, - nazir
bildirib.
"Siz heç
vaxt davamlı vergi yığımlarını,
vergi nəticələrini
nəzərə almamalısız.
Vergi yığımları
iqtisadi əsaslarla səsləşməlidir. 2019-cu il bizim üçün
xüsusi ildir. Çünki 2018-ci ilin sonunda vergi islahatları
təqdim edilib. Burada bir neçə
məqsəd var. Birincisi vergi yığımların artırılması,
xüsusən də orta və kiçik
sahibkarlıqda buna nail olmaqdır. Biz bu məsələyə
iki bucaqdan baxırıq. Birincisi biz təbliq
edirik ki, inkişaf neft-qaz, qızıl və başqa təbii sərvətlərlə bağlı
sahələrdə deyil.
İnkişaf davamlıdır
və inkluzivdir. Əsnəklik kiçik və orta bzinesə
gələcək iqtisadi
şoklardan daha asan çıxmağa imkan yaradır. İkincisi biz ancaq vergi yığımlarının artırılması
siyasəti yürütmürük,
həm də biznesin stimullaşdırılmasına
çalışırıq. Bu sahədə bir çox strukturlar əl-ələ
verib çalışır.
Bunlar Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, dövlət agentlikləri və iqtisadi bloka daxil olan başqa
qurumlardır. Biz həm də kənd təsərrüfatı
da daxil olmaqla bir sıra
sahələrə vergi
güzəşti etmişik.
Bu, kənd yerlərində aqrar sektorda çalışanların
gəlirlərinə təsir
edir. Azərbaycan hökumətinin nümayəndəsi
olaraq deyə bilərəm ki, ölkəmizə sərmayə
qoymaq çox asandır. Amma təklif edərdim ki, mənim dediyimi yox, Dünya
Bankının “Doing Business 2019” hesabatını
əsas götürəsiniz.
Bu hesabata görə, Azərbaycan
10 ən islahatçı
ölkə sırasındadır
və 25-ci yerdə qərarlaşıb”, - M.Cabbarov
əlavə edib.
Üç
nöqtə.- 2019.- 28 mart.- S.-8