“Hansı
ruha, rəftara sahibsənsə, alət vasitəsiylə də onu təqdim edirsən”
Sübhan Köçərli:
“Qarmonun ecazkar səsi, geniş imkanları alətin bu günə kimi öz aktuallığını
qoruyub saxlamasına imkan yaradıb”.
Müsahibimiz dünyada ilk dəfə qarmon alətində təzadlı
polifoniyanın əsasını
qoyub. Bildirir ki, onun bu
yeniliyi, müəlliflik
hüquqları Əqli
Mülkiyyət Agentliyi
tərəfindən qorunur:
“Rusiyadan Azərbaycana gətirilən qarmonlar üzərində ustadlarımız tərəfindən milli musiqimizə uyğun olaraq müəyyən təkminləşdirmə işləri aparılıb ki, onlardan biri də qarmonun sol tərəfində yerləşən səslərlə bağlıdır. Sol tərəfdə yerləşən səslər eyniylə sağ tərəfdə yerləşən səslərin təkrarıdır.
Səslərin məhz bu formada olması ifaçıya geniş imkanlar açır. Yəni, ifaçıya sağ əldə ifa etdiyi melodiyaya sol əldə dəmkeşin funksiyasını
yerinə
yetirərək dəm saxlamaqla yanaşı, müxtəlif formalarda müşayiət imkanı da yaradır”.
Müsahibimiz “Üç nöqtə” qəzetinin qonağı qarmon alətində təzadlı polifoniyanın
əsasını qoyan
qarmon ifaçısı
Sübhan Köçərlidir.
S.Köçərli ilə
onun ümumi fəaliyyətindən və
gətirdiyi yeniliyindən
söhbət açdıq.
- Özünüz barədə məlumat verərdiniz. Oxucularımız
sizi daha yaxından tanısın.
- 1991-ci ilin mayında Bakı şəhərində
anadan olmuşam.
İlk musiqi təhsilimi
Ceyranbatan qəsəbə
Uşaq İncəsənət
Məktəbində almışam.
Məktəbi bitirdikdən
sonra təhsilimi Azərbaycan Milli Konservatoriyası nəzdindəki
Musiqi Kollecində
(keçmiş
Asəf
Zeynallı) davam
etdirmişəm.
- Musiqi alətləri içərisində qarmonun
xüsusi yeri var. Sizin üçün
qarmon nə deməkdir?
- Cəlaləddin Rumi deyir ki, ağzını
aç deyim kimsən. Hansı ruha, rəftara sahibsənsə,
alət vasitəsiylə
də onu təqdim edirsən. Qarmon ifaçının kimliyi
deməkdir.
- Qarmon alətində təzadlı polifoniyanın
əsasını qoymusunuz.
Bu yeniliyə necə
nail oldunuz?
- Bu yeniliyə üç amil əsasında nail olmuşam. Bunlardan birincisi idea və düşünmək
qabiliyyətidir. Özün
də bilmədən qəfil ağlına fikir, idea gəlir. Necə?
Nə vaxt? Hardan? Nə səbəbə? İdeanı Allahın neməti kimi qəbul
edirəm. Nemətdən necə istifadə
barəsində isə
düşünmək mütləqdir.
İkinci amil isə alətin imkanı və ona yaxından
bələd olmaqdır.
Azərbaycan qarmonunda sol tərəfdə
yerləşən səslərinin
məhz sağ tərəfdə yerləşən səslərlə
eyni olması, yəni təkrarı olması ifaçıya digər imkanlarla bərabər bu imkanı da yaradır. İmkanlardan düzgün istifadə
üçün isə
alətə yaxından
bələd olmaq lazımdır. Üçüncü amil isə səbr və dözümdür. Nailiyyət
səbr və dözümdən asılıdır.
- Bu yeniliyin digərlərindən
fərqi nədir?
- Burda bir neçə
amil var. İki ayrı ifaçıların
eyni anda görəcəyi işin
bir ifaçı
tərəfindən həyata
keçirilməsi baş
verir. İfaçılığa
müəllif hüququnun
verilməsi - bunu yalnız musiqiçilər
deyil, başqa ixtisas sahiblərinin də böyük maraqla qarşılaması və
işin prinsipindəki mürəkkəbliyi
anlamalarıdır və
s.
- İmza atdığınız
bu yeniliyə insanlar necə reaksiya verdilər?
- Bu yeniliyim böyük marağa səbəb oldu. İnsanlar deyirdi ki, sanki burda iki
alət ifa edir. Bunun heç də asan iş olmadığını
dinləyicilər də
qeyd edirdilər. Əsas odur ki, Azərbaycan
qarmonunun inkişafına
onlar da sevinirdilər,
mən də sevinirdim. Çünki
bu, növbəti iş üçün stimuldur.
- Başqa yenilikləriniz varmı?
- Təzadlı polifonik ifaya qədər Azərbaycan qarmonunda sol tərəfdə yerləşən
səslərin müşayiətdə
(təzadlı polifonik
ifada isə sol əl müşayiətdə
deyil, sərbəst çıxış edir)
necə geniş imkanlara sahib olduğunu təqdim etmişəm. Yəni sol əlin fərqli partiturada, daha da dolğun, mürəkkəb formada müşayiətini təqdim
etmişəm ki, bu da tədqiqatçı,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Əhsən Rəhmanlı tərəfindən
“Azərbaycan qarmon ifaçılığında yeni
mərhələ” adlandırılıb.
- Neçə ildir bu fəaliyyətlə məşğulsunuz?
- Qarmon ifaçılığıyla
yeddi yaşımdan etibarən məşğul
oluram.
- Bir çoxları yeniyetmə dövründə müəyyən
bir sənətlə maraqlanır, amma fərqli ixtisas seçir. Bəs sizin musiqiyə
həvəsiniz uşaqlıqdan
olub?
- Bəli, uşaqlıqdan olub. Və yeddi yaşımdan
bu günə kimi də davam
etdir.
- Qarmonda şən, yoxsa lirik musiqilərə
daha çox üstünlük verirsiniz?
- Əslində musiqi seçimi yaranan şəraitə, olduğum
yerə, halıma,
vəziyyətimə görə
dəyişir.
- Hər bir işin
özünəməxsus incəlikləri
olur. Bəs qarmon çalarkən
əsas hansı incəliklərə və
detallara diqqət yetirmək lazımdır?
- Onun üçün ifaçı alətin imkanlarına yaxından bələd olmalı və danışanda, rəftarında hansı detallara fikir verirsə ifa zamanı da həmin nüanslara fikir verməlidir. Yəni hansı ruha, rəftara sahibsənsə
gördüyün iş
də o boydadır.
- Müəllimləriniz kimlər
olub, kimdən dəstək almısınız?
- İlk təhsilimi Elsəvər
Qafarovdan almışam. Musiqi Kollecində isə Muğam
fənni üzrə sənətşünaslıq üzrə
fəlsəfə doktoru,
əməkdar artist, dosent
Zakir Mirzəyevdən,
not ixtisası
fənni üzrə isə Xeyrulla Dadaşovdan dərs almışam.
- Özünüz kimləri
dinləyirsiniz?
- İfası bizə gəlib çatmış
dünyasını dəyişmiş
ustadlarımızdan tutmuş dövrümüzün
böyük sənətkarlarına
kimi hər birini dinləyirəm.
- Ailənizdə musiqi ilə məşğul olan olubmu, yoxsa
bu sahəyə birinci sizs gəlibsiniz?
- Bəli, atam həvəskar qarmon ifaçısı olub. Uşaqlıqdan qarmon səsi
ilə böyümüşəm.
İnkişafımda ustadlarımla
yanaşı atamın
da xüsusi zəhməti və
rolu var. Bu gün də yaradıcılığımla
yaxından maraqlanır
və öz məsləhətlərini verir.
- Dərs aldığınız
müəllimlərin adlarını
çəkdiniz. Bəs bu
peşəni sizdən
öyrənmək istəyənlər
varmı?
- Bəli, olur. Vaxt məhdudiyyəti olmasına baxmayaraq imkan daxilində öz köməyimi əsirgəmirəm.
- Bu gün insanların qarmona marağı nə dərəcədədir?
- Nəinki bu gün, hər
zaman qarmona böyük diqqət və maraq olub.
Qarmonun ecazkar səsi, geniş imkanları alətin bu günə kimi öz aktuallığını qoruyub saxlamasına imkan yaradıb. Təbii ki,
qarmonun bu günə gəlib çatmağında
ustadlarımızın, tədqiqatçıların
və pedaqoqların böyük zəhməti var.
- Adətən deyirlər ki, sosial şəbəkələr
məşhurlaşmaq üçün
vacibdir. Bəs siz sosial şəbəkələrdə aktivsinizmi?
- Bu fikirlə tamamilə razıyam. Bunun bir neçə səbəbi var. İlk səbəbi
məlumatların ötürülməsi
üçün əlçatan
olmasıdır. İkinci səbəb
isə məlumatların
sürətlə və
daha geniş kütləyə çatdıra
bilməyin mümkünlüyüdür.
Bu da normaldır. Çünki, hər dövrdə məlumatları
ötürmək üçün
dövrün tələbinə
uyğun vasitələr
olub. Bəli, sosial şəbəkə
istifadəçisiyəm.
- Hər bir işin
çətin tərəfləri
olur. Sizin işinizin maraqlı və çətin tərəfləri nələrdir?
- İşimin
maraqlı və sevindirici tərəfi hazırlamaq istədiyim musiqi əsərini tapanda və bitirəndə olur. Ən çətin
və yorucu, səbr və dözüm tələb edən hissəsi isə ortadakı mərhələdir.
- Qarmonu gözəlləşdirən,
ona rəng qatan nələrdir?
- Azərbaycan qarmonunun özünəməxsusluğu
və geniş imkanlarıdır.
Könül Oruc
Üç nöqtə.-
2019.- 9 may.- S.12