"Azərbaycan ən çox islahat aparan ölkədir"
.
Bir tərəfdən Azərbaycanın
iqtisadiyyatı kəmiyyətcə böyüyüb, yəni,
bizim ümumi daxili məhsulumuz (ÜDM) 3,2 dəfə
artıb, qeyri-neft sektoru 2,8 dəfə artıb, strateji valyuta
ehtiyatlarımız təxminən 28 dəfə artıb, digər
tərəfdən Azərbaycanda 2 milyondan çox iş yeri
yaradılıb". Bunu SİA-ya açıqlamasında
millət vəkili Tahir Mirkişili deyib.Millət vəkilinin sözlərinə görə,
Azərbaycanın infrastruktur
layihələri çox
böyük vüsətlə
həyata keçib ki, bu da
bütövlükdə həm
qazlaşmada, elektrikləşmədə,
həm də yol çəkilişində olub: "Bu gün Azərbaycan
yol çəkilişinə
görə MDB-də ən yaxşı yolu olan ölkədir.
Yəni kəmiyyətcə
baxsaq, Azərbaycan iqtisadiyyatı çox möhtəşəm bir yol keçib. Hətta zaman-zaman Azərbaycan iqtisadiyyatı
inkişaf sürətinə
görə dünyada
birinci yerə çatıb. Artıq bir çox
beynəlxalq təşkilatların
hesabatlarında, məsələn,
Ümumdünya İqtisadi
Forumunun verdiyi hesabatlarda, Dünya Bankının dərc etdiyi hesabatlarda Azərbaycan ən çox islahat aparan ölkədir və inkluziv inkişaf əmsalına görə dünyada üç ölkədən
biridir. Yən həm xaricdən,
həm də daxildən baxanda Azərbaycan iqtisadiyyatının
keçdiyi yol kifayət qədər uğurlu və kifayət qədər əhatəlidir.Amma Azərbaycan
iqtisadiyyatı kəmiyyət
göstəriciləri ilə
yanaşı, keyfiyyət
cəhətdən də
kifayət qədər
yeniliklər, idarəetmədə
yeni çevik modelin tətbiqi və iqtisadiyyatın daha dayanıqlı olması istiqamətində
işlər görülür.
Bütün bu işlərin, islahatların
təbii ki, əsas ana xəttinin
aparıcısı, ideya
müəllifi cənab
Prezident İlham Əliyevdir. Çünki
Azərbaycan apardığı
islahatla bir tərəfdən təbii
ki, Ümummilli Lider Heydər Əliyevin neft strategiyasını davam etdirir. Bu strategiyada əldə
etdiyimiz gəlirləri
biz qeyri-neft sektorunun inkişafı üçün daha çox sərf edirik ki, bu
da əslində iqtisadiyyatın gələcəkdə
daha çox xarici amillərdən asıllığının azadılması
və insanların maddi-rifah halının hər hansı bir xaricdə baş verən iqtisadi böhranlardan asılı olmayaraq yaxşılaşmasını
təmin etmək kimi anlama gəlir.
Son zamanlar qeyri-neft sektorunun ÜDM-də payının 65 faizə çatması, özəl sektorun daxilində payının
83 faizi keçməsi
onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı nəinki inkişaf edir, eyni zamanda ölkə
iqtisadiyyatı özünü
gələcəyə hazırlayır”.
Uç nöqtə.-2019.- 18 may.-
S.8