Apellyasiya instansiyası
məhkəməsində yeni
sübutların qəbul
edilməsi tənzimlənir
İlk
növbədə apellyasiya qaydasında şikayət verilməsinin
obyekti və predmeti müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsində
icraata dair Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsinin (MPM) 41-ci fəslinin
(Apellyasiya instansiyası
məhkəməsində icraat),
o cümlədən 372-ci maddəsinin
(Apellyasiya instansiyası
məhkəməsində işə
baxılmanın hədləri)
təhlilindən göründüyü
kimi, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi
və yaxud onun bir hissəsidir
və obyekt apellyasiya tələbləri
ilə məhdudlaşa
bilər.
Bu məcəllənin 372-ci maddəsinə əsasən,
Apellyasiya instansiyası
məhkəməsi tam
hüquqlu məhkəmə
kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (372.1). Əlavə
faktlar və sübutlar məhkəmə
tərəfindən o halda
qəbul edilir ki, ərizəçi
onların birinci instansiya məhkəməsində
təqdim edilməsinin
ondan asılı olmayan səbəblərə
görə mümkün
olmadığını əsaslandırsın(372.2).
Tərəflər ilkin
olaraq birinci instansiya məhkəməsinin
baxışına təqdim
etdikləri iddialarının
hüquqi əsasını
dəyişə bilərlər.
Apellyasiya instansiyası
məhkəməsi tərəfindən
birinci instansiyada işə baxılmanın
predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
Bunlardan başqa, maddədə
qeyd olunur ki, tərəflər apellyasiya instansiyasının
baxışına yeni
tələbləri yalnız
o hallarda təqdim edə bilərlər ki, bunlar qarşılıqlı
tələbin ödənilməsinə,
əks tərəfin tələbinin rədd edilməsinə, üçüncü
şəxslərin işə
cəlb edilməsinə, faktın
aşkar olunmasına və ya fakt
haqqında məlumatın
verilməsi əsasən
məsələlərin həll
edilməsinə yönəlmiş
olsun. Apellyasiya instansiyası məhkəməsi
birinci instansiya məhkəməsinin qətnaməsinin
əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət
qərarın ləğv
edilməsinə yönəldikdə
və ya apellyasiya şikayətində
və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Apellyasiya instansiyası
məhkəməsi şikayətin
dəlillərindən asılı
olmayaraq, məhkəmənin
maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya şikayətinin predmeti dedikdə isə məhkəmənin
verilmiş tələblərə
baxılması və
onların həlli zamanı yol verdiyi pozuntuların dairəsi başa düşülməlidir. Şikayətin
predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin
ləğvi və ya dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə
məhdudlaşa bilər.
Beləliklə, birinci instansiya məhkəməsinin qanuni
qüvvəyə minməmiş
qətnaməsinin yoxlanılması
üzrə apellyasiya instansiyası məhkəməsinin
səlahiyyətləri apellyasiya
şikayətinin həm
obyekti, həm də predmeti baxımından müəyyən
olunur.
Apellyasiya instansiyası
məhkəməsində işə
baxılmanın hədlərini
MPM-in 371 və 372-ci maddələri müəyyən
edir. Məcəllənin
371-ci maddəsi ilə
Apellyasiya instansiyası
məhkəməsində yeni
sübutların qəbul
edilməsi tənzimlənir.
Bildirilir
ki, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi
tərəfindən o halda
qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin
sübutların birinci
instansiya məhkəməsində
təqdim edilməsinin
onlardan asılı olmayan səbəblərə
görə mümkün
olmadığını əsaslandırsı.
Qeyd edək
ki, bu hədləri
üç qrupa bölmək olar: yeni və əlavə sübutların təqdim olunmasında məhdudiyyətlər;
məhkəmə aktlarının
qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri;
birinci instansiya məhkəməsi
tərəfindən işə
baxılmanın predmeti
olmayan yeni tələblərin təqdim
edilməsinin qadağan
olunması. Sübutların
təqdim edilməsində
məhdudiyyətlər MPM-in
371, 372.1 və 372.2-ci maddələrində
nəzərdə tutulub.
MPM-in 371 və 372.2-ci maddələrində apellyasiya
instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər
nəzərdə tutulub.
Bu sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir: işə birinci instansiya məhkəməsində
baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanın olmamasının sübut edilməsi. Yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü
sübut etmək yükü bu sübutların yoxlanılmasına
dair vəsatət vermiş şəxsin üzərinə düşür;
yeni və əlavə sübutların yoxlanılmasına
dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs,
onun nümayəndəsi,
həmçinin mübahisələndirilən
aktla hüquqlarına
toxunulan, yəni, apellyasiya şikayətilə
müraciət etmiş
şəxs ola bilər; yeni və əlavə
sübutlar aidiyyət
və mümkünlük
tələblərinə cavab
verməlidirlər. Əgər
sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə
uyğun olaraq mümkünsüzdürlərsə onlar qəbul oluna bilməzlər;
apellyasiya məhkəməsi
sübutun birinci instansiya məhkəməsində
təqdim edilməməsinin
səbəblərini üzürlü
hesab etsin. Apellyasiya məhkəməsində
yeni və əlavə sübutların
təqdim olunmasında
və yoxlanılmasında
məhdudiyyətlər tam
apellyasiyanın olmamasına
dəlalət edir.
MPM-in 373-cü maddəsi ilə işə baxılması
tənzimlənir. Bu maddəyə
əsasən, sədrlik
edən məhkəmə
iclasını açır
və hansı işə, kimin şikayəti ilə və hansı məhkəmənin qətnaməsinə
baxıldığını elan edir, işdə
iştirak edən şəxslərdən və
nümayəndələrdən kimin gəldiyini aydınlaşdırır
və gəlmiş şəxslərin şəxsiyyətini
müəyyən edir,
həmçinin vəzifəli
şəxslərin və
nümayəndələrin səlahiyyətlərini yoxlayır.
Məcəllənin
374-cü maddəsində isə
qeyd edilib ki, sədrlik edən məhkəmə tərkibini elan edir və işdə
iştirak edən şəxslərə etiraz
etmə hüququnu izah edir. Etiraz üçün
əsaslar, edilmiş etirazın həlli qaydası və etirazların təmin edilməsinin nəticələri
bu Məcəllənin
19-23-cü maddələri və
bu fəsillə müəyyən olunur.
19-cu maddəyə əsasən,
hakimin işə baxılmasına aşağıdakı
hallarda yol verilmir: O, Azərbaycan
Respublikasının qanunvericiliyi
ilə müəyyən
edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə,
Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq
olaraq işin baxılması üçün
nəzərdə tutulmuş
hakim deyildirsə, əvvəllər hakim kimi, birinci instansiya
məhkəməsində, apellyasiya
və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar
üzrə işin baxılmasında iştirak
etmişsə.
Aşağıdakı hallarda hakim işə baxılmasında
iştirak edə bilməz və ona etiraz edilə
bilər: O, əvvəllər
tərəflərdən birinin
nümayəndəsi, yaxud
vəkili olmuşsa və ya işdə
şahid, ekspert, mütəxəssis, tərcüməçi,
məhkəmə iclasının
katibi kimi iştirak etmişsə, tərəflərdən biridirsə
və ya tərəflərdən birinin
və yaxud onun nümayəndəsinin
və ya vəkilinin qohumudursa və ya qohumu
olmuşsa, şəxsən,
bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa,
ya da onun
obyektivliyinə və
qərəzsizliyinə şübhə
doğuran kifayət qədər əsas varsa.
Vurğulamaq lazımdır ki, bir-biri ilə qohum olan şəxslərin
işə baxan məhkəmə tərkibində
iştirakına yol verilmir. Bu Məcəllədə “qohum”
dedikdə, babaya və nənəyə qədər əcdadları
ümumi olan şəxslər, ər-arvadın
yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa
götürənin, doğma
və ögey qardaş və bacının, uşağın,
övladlığa götürülənin
və ya nəvənin əri (arvadı) və ya onların
yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa
götürənlər, doğma
və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa
götürülənlər, nəvələr aiddirlər.
Bu məcəllə ilə işdə iştirak edən şəxslərə onların
hüquq və vəzifələrinin izah
edilməsi də tənzimlənir. 373-cü maddəyə
əsasən, sədrlik
edən işdə iştirak edən şəxslərə prosessual
hüquq və vəzifələrinin izahı
barədə bildirişin
çatdırılıb-çatdırılmadığını
müəyyən edir.
Hüquq
və vəzifələrin
izahı haqqında bildiriş alınmadığı
təqdirdə, məhkəmə
iclasında hüquq və vəzifələrinin
izahı haqqında bildiriş işdə iştirak edən hər bir şəxsə
yazılı qaydada təqdim olunur və o, bunu öz imzası ilə təsdiq edir. Məhkəmə
iclasına gəlmiş
işdə iştirak
edən şəxslərin
müraciəti ilə
məhkəmə onların
hüquq və vəzifələrini izah etməlidir.
Üç nöqtə.-
2019.- 30 may.- S.9