Qarabağ və hələ də “Baş
müxalifət” olmaq uğrunda gedən mübarizə
Akif Nağı: “Hər
hansı bir problemlə bağlı ortaya
normal təkliflər və
tənqid qoyulmur”
Qarabağ Azadlıq Təşilatının
sədri Akif Nağının Rusiya xarici işlər naziri
Sergey Lavrovun Ermənistana son səfəri
və Qarabağa dair səsləndirdiyi fikirlər ölkə
icyimaiyyəti tərəfindən birmənalı
qarşılanmadı. Azərbaycan XİN-i Rusiyaya NATO verməklə
Rusiyanın sərgilədiyi bu mövqeni pislədi.
Qarabağ Azadlıq Təşilatının
(QAT) sədri Akif Nağı "Üç Nöqtə"yə
müsahibə verib. Versus.Az həmin müshibəni təqdim
edir.
-
Akif bəy, Lavrovun Ermənistana son səfərini və orada səsləndirdiyi
fikirlərə istinad etsək, bu gün Qarabağ
münaqişəsinin həlli prosesinin hansı mərhələyə
keçdiyini söyləmək olar?
- Bu
gün ermənilər hesab edirlər ki, Dağlıq Qarabağ
və ondan kənar əraziləri zəbt ediblər və
çalışırlar ki, bu reallığı Azərbaycan
ictimaiyyətinə və dövlətinə qəbul etdirsinlər.
Əgər Lavrov bu gün ermənilərin
dediyini təkrarlayırsa, Paşinyanın tezisləri ilə
çıxış edirsə, deməli ermənilər
öz niyyətlərinə yaxınlaşıblar. Bu proseslər
Azərbaycanı reallıqla barışdırmağa
hesablanıb. Azərbaycan özünə qarşı
hazırlanan bu ssenarini dağıtmalıdır. Bu “qorde”
düyünü kimi bir problemdir və qılıncla həll
olunmalıdır. Bu gün QAT o mövqeni ortaya qoyur ki, Azərbaycanın
ordusu hərəkət etməli və ermənilərin
Qarabağla bağlı çabalarını, istəklərini
heçə endirməlidir. Azərbaycan ordusu o qədər
güclüdür ki, qısa vaxt ərzində torpaqları
azad edə bilər. Eyni zamanda Qarabağ Azadlıq təşkilatında
cəmlənən döyüşçülərin o
gücü var ki, biz özümüz erməniləri
torpaqlarımızdan qova bilərik.
- Ermənistanda səfərdə
olan Lavrov Qarabağda eməniləri qondarma “soyqırım
abidəsi”ni ziyarət etdi. Keçirdiyi konfransda isə belə
bir fikir işlətdi ki, orada yaşayan əhalinin
razılığı olmadan Qarabağ məsələsində
heç bir razılaşma olmayacaq. Nə baş verir, Lavrovun
bu çıxışı bu iki ölkə arasındakı
hansı yeni razılığın əldə olunmasına
işarədir?
- Bir müddət əvvəl
Rusiya ilə Ermənistn münasibətlərində bir
qeyri-müəyyənlik var idi. Bu da Ermənistanda yeni hakimiyyətin
qərbyönümlü siyasət aparması ilə
bağlı idi və Rusiya Ermənistanı öz çevrəsinə
qaytarmaq üçün çabalar edirdi. Lavrovun 2 il ərzində
Ermənistana etdiyi bu səfər artıq öz forpostu ilə
münsibətlərin “tənzimlənməsinə” bir
işarədir. Bu o deməkdir ki, bu ölkələrin
arasında bir razılaşma əldə olunub. Hətta,
Lavrovun qondarma soyqırım abidəsini ziyarət etməsi və
bundan sonra verdiyi açıqlamalar onu göstərir ki, Rusiya
Ermənistanla Türkiyənin münasibətlərini düzəltməyi
də öz öhdəsinə götürüb. Bəllidir
ki, Türkiyə ilə Rusiya münasibətlərində bir
yaxınlaşma var və bundan istifadə edərək Lavrov
orda bir ifadə işlətdi ki, biz Ermənistanla Türkiyənin
münasibətlərinin normallaşmasına kömək edə
bilərik. Lavrov bu səfərdə açıq şəkildə
emənilərin mövqeyindən çıxış elədi.
Hətta çəkinmədən dedi ki, mən
Paşinyanın dediyi fikirləri təkrar edirəm. Bu
mövqeni ortaya qoymaqla dedi ki, biz sizin mövqeyi müdafiə
edirik. Azərbaycan rəhbərliyi rəsmi dairələrdə
bu yanaşmanı Minsk qrupunun mandatına yanlış
yanaşma hesab edib. Lavrov çıxışında
“Dağlıq Qarabağ xalqı”, vergül “əhalisi” ifadəsini
işlədib. Lavrov “Dağlıq Qarabağ xalqı” deyəndə
nəyi nəzərdə tutur.
Eyni zamanda Dağlıq Qarabağ əhalisi deyəndə,
təkcə ermənilər nəzərdə
tutulmamalıdır. Çünki o torpaqlar əzəli Azərbaycan
əraziləridir və orada yaşayan əhalinin çox hissəsi
azərbaycanlılardan ibarətdir. Ona görə
də bu gün Azərbaycan tərəfinin ən böyük
uğuru ondan ibarət olar ki, beynəlxalq birliyə
çatdısın ki, “Dağlıq Qarabağ əhalisi” deyəndə,
birinci növbədə Azərbaycan əhalisinin maraqları nəzərə
alınmalıdır.
- Akif bəy, Ermənistanla
bağlı beynəlxalq müstəvidə nəzərə
çarpan “güzəştlərin” daha qabarıq şəkildə
görünməsi erməni lobbisinin təsiri ilə baş
verə bilərmi?
- Təbii ki, bu proseslərdə
erməni lobbisinin təsirini danmaq olmaz. Erməni
lobbisi bu istiqamətdə milyardlarla pul xərcləyir və
Dağlıq Qarabağa edilən müxtəlif səfərlər,
görüşlər, bu günlərdə ABŞ Nümayəndələr
Palatasında erməni soyqırımı ilə bağlı
qəbul olunan qətnamələr elə-belə baş
vermir. Amma mən hesab edirəm ki, erməni lobbisinin təsir
imkanlarını həddindən artıq şişirtməyə
ehtiyac yoxdur. Sadəcə olaraq hadisələr də onu
göstərir ki, bu dövlətlər Ermənistandan bir alət
kimi istifadə edirlər. Yəni erməni lobbisi Konqresdə
soyqırım qətnaməsinin qəbul olunması
üçün illərdir ki, çalışır və bəli,
məhz Türkiyəyə təsir eləmək
üçün ABŞ o qərarı qəbul elədi.
“Bütün bu açı hadisələrdən
dərs çıxararaq bu nəticəyə gəlmişik
ki,...”
- Müqayisə
etsək, bəs Azərbaycanda, istər lobbi, istər siyasi təşkilatlar,
dünya azərbaycanlıları özünün problemini,
işğala, soyqırımına məruz qoyulmasını
dünyaya çatdırmaq, qəbul etdirmək
üçün hansı formada birlik nümayiş etdirə
bilir?
- Təəssüf ki, o birliyi nümayiş
etdirə bilmirik. İdi kənardan durub ictimaiyyəti də tənqid
etmək olar, hakimiyyəti də. Amma məsələlərə
açıq yanaşmaq lazımdır. Bizim həmişə
dediyimiz, Qarabağ Azadlıq Təşkilatının xətti
də ondan ibarətdir ki, biz nə müxalifətin yanında
durub hakimiyyəti söyənlərdənik, nə də
hakimiyyəti tərifləyənlərdənik. Biz yalnız
bir xətti götürmüşük ki, Qarabağ
işğaldan azad olunmalıdır,
bunun üçün də Azərbaycanın dövlətlə
cəmiyyətin, hakimiyyətlə müxalifətin birliyi
vacib şərtlərdən biridir. Belə bir şuarla biz
keçən il sentyabrın 29-da Qarabağ mitinqi
keçirdik. Bütün partiyalara müraciət elədik, əksəriyyət
dəstəklədi. Azərbaycan tarixində 1-ci dəfə
hakimiyyət partiyaları ilə müxalifət partiyaları
bir verdə Qarabağ mitinqinə çıxdılar.
Çünki 1988-ci ildən üzü bu tərəfə
hakimiyyətə qarşı Qarabağdan mübahisə kimi
istifadə edilərək mübarizə aparıblar, nəticədə
itirmişik. Kimlərsə istəyinə
çatıb, kimlərisə hakimiyyətə gətiriblər,
amma itirən Qarabağ olub. Ona görə də bütün
bu açı hadisələrdən dərs çıxararaq
bu nəticəyə gəlmişik ki, bu gün nəyin
bahasına olursa olsun, hakimiyyətlə cəmiyyətin
birliyinə nail olmaq lazımdır. Buna YAP müsbət
reaksiya verdi və rəhbərliyində olan şəxslər
bildirdilər ki, biz də Qarabağ mitinqində iştirak edəcəyik.
Amma bu mitinqin içərisində müxtəlif yerlərə
xidmət edən adamlar var idi. Mən açıq şəkildə
deyirəm, bu birlikdən kimlərsə qorxdular. Xaricdən
kimlərsə sifariş verdi ki, bu birliyi pozmaq lazımdır
və pozuldu da. Ondan sonra Akif Nağı bu təşkilatda fəaliyyətini
davam etdirməyə cəhd göstərdi. Başladılar ki,
Akif Nağı hökumətə işləyir. Bunun da
kökündə o dayanırdı ki, bu birlik pozulsun.
“Qarabağ
mitinqində gəlib yanımızda dayanmadın, amma icazəsiz
aksiya keçirib deyirsən ki, “Qarabağa azadlıq!””
- Qarabağ Komitəsinin
keçirdiyi elə həmin mitinqdə dərhal bir
haçalanma baş verməyə başladı. Hansı
güclər, hansı xarici təsirlərin təsiri oldu. Bir
sıra müxalif partiyaları bu mitinqi mənasız
adlandırdılar. Nə baş verdi?
- Mən sizə deyim ki, Azərbaycanın
bütün siyasi müxalif partiyaları o mitinqdə
iştirak elədilər. Ümid Partiyası, Müsavat, Milli
Şura birmənalı şəkildə dedi ki, mitinqi dəstəkləyir.
AXCP sədi Əli Kərimli dedi ki, mitinqi dəstəkləyirik,
amma rəhbər kimi iştirak eləmirəm, üzvlərimiz
iştirak edəcək. Burda sual yaranır: sən dünən
Qarabağ mitinqində gəlib yanımızda dayanmadın,
amma bu gün icazəsiz aksiya keçirib deyirsən ki,
“Qarabağa azadlıq!” Bu məntiqi necə başa düşək.
Ona görə də sizin dediyiniz o xarici təsirlərin hardan
gəlməsi ilə bağlı suala cavab vemək çətin
məsələdir. Azərbaycan cəmiyyəti bir araya gəlib
Qarabağa azadlıq desə, Qarabağı işğaldan
azad eləmək çox asan olacaq. Qarabağın
işğaldan azad olunmasını istəməyən qüvvələr
və yaxud, Qarabağ azadlığını özlərinin
şəxsi qrup ambissiyalarından aşağıda tutan
qurumlardır ki, belə yanaşmalar edirlər.
- Akif bəy, sizi hakimiyyət öyrətmişdi
ki, Qarabağ Komitəsi yaradıb, siyasiləri bir araya gətirəsiniz?
- Əgər
hakimiyyətdən mənə belə bir sifariş verilmiş
olsaydı, buna görə yalnız hakimiyyəti
alqışlamaq olar. Deyirlər ki, mən hakimiyyətə
işləyirəm və hakimiyyətdən deyirlərsə
ki, “Akif Nağı “Qarabağa Azadlıq de”, bu hakimiyyət
gözəl bir hakimiyyətdir. Əslində bu hakimiyyətdə
öz qrup maraqlarını üstün tutanlar olub.
- Bəs, niyə
davamlı olmadınız?
- Biz son ana qədər davamlı olmağa çalışdıq. Biz mitinq Komitəsi yaratmaq istədik. Amm partiyalar
dedilər ki, gəlin yeni bir Qarabağ hərəkatı və
yaxud Qarabağ Komitəsi yardaq. Belə təklif
etdilər ki, Qarabağ Komitəsinin iclasları bir təşkilatın
içərisində keçiriləcəksə, onda o təşkilatın
adı ilə bağlanacaq. Ona görə
də, iclaslar fərqli yerlərdə keçirildi.
İndi sual verirəm sizə; indi gedib başqa bir təşkilatın
qərərgahında oturmusuz və davamlı şəkildə
iclasar keçirirsiz, bəs bu, həmin partiyanın adına yazılmır? Hardadı
məntiq? Və yaxud deyirdiniz ki, Akif Nağı hakimiyyətə
işləyir, bəs sizin oturduğunuz partiyanın rəhbərinin
adının altından mətbuatda yazırlar ki, hakimiyyətin
filan qolundan pul alıb, o da etiraf elədi ki,
almışdım amma borc idi. Bu necə ola
bilər.
Biz 1998-ci ildə Qarabağın Koordinasiya Şurası
yaradıb bütün partiyaları cəmləşdirmişdik. Bir müddətdən
sonra başladılar bir-birini qırmağa, dağıldı.
2007-ci ildə təzədən bütün partiyaları
Qarabağ Koordinasiya Şursında bir araya gətirdik, cəmi
bir il fəaliyyət göstərdi sonra
dağıldı. Yenə başladılar ki, o
məsələ belə olsun, bu məsələ belə
olsun, axırda uzaqlaşdıq onlardan. Sonra Qarabağ
Uğrunda Alyans yaratdıq, o da həmin aqibəti
yaşadı. Sonuncu dəfə, özümə
söz vemişdim ki, mən bir də heç kəsi bir yerə
yığmayacam. Çünki Qarabağ Azadlıq Təşkilatının
qaziləri də var, ziyalıları da var, vuran əli də
var, düşünən beyni də var. Söhbət ondan
gedir ki, yığırsan adamları birliyə nail olursan, o
parçalananda cəmiyyətdə xəyal
qırıqlığı yaranır. Cəmiyyət
birlik tələb edir.
- O zaman nədir probleminiz?
- Müəyyən yerlərdən
idarə olunan adamlar var ki, birlik ideyası ortaya gələndə,
komanda verilir ki, parçalayın. Bu gün
müxalifətin bir çoxu bu və ya digər qruplarla
bağlıdır. Hər hansı mitinqi,
aksiyanı keçirəndə o qrupun sifarişini yerinə
yetirirlər. Eləcə də xaricdən
gələn sifariş də var. Xaricdə elə mərkəzlər
var ki, Azərbaycan cəmiyyətində parçalanma istəyirlər.
Azərbaycan cəmiyyəti ilə bağlı
belə bir təsəvvür yaratmaq istəyirlər ki, Azərbaycan
xalqı özü-özünü idarə etmək
gücündə deyil. Ona görə də hakimiyyətə
kim gəlirsə onu düşmən
obrazında təqdim edirlər. Gəlin
xatırlayaq görək Vəzirova nə dedilər, Mütəllibova
nə dedilər, Elçibəyə nə dedilər. Mənim kimisə müdafiə etmək fikrim yoxdur,
sadəcə diqqəti o tendensiyaya yönəldirəm. Sabah siz Azərbaycanın prezidenti olun, həmin dəqiqə
haqqınızda deyəcəklər ki, “bunun nənəsi
filankəs imiş” və yaxud başqa məsələ ortaya
qoyacaqlar. Beləliklə, cəmiyyətdə
parçalanma yaratmağa çalışırlar. Hər hansı bir problemlə bağlı ortaya
normal təkliflər və tənqid qoyulmur.
- Bu
günlərdə Müsavat Partiyasında bir neçə
siyasilərin, ziyalıların iştirakı ilə “dəyirmi
masa” keçirildi. Bu “masa” demokratik düşərgənin
toparlanması tələbini ortaya qoydu. Məqsədinə
çatdımı?
- Sizin qeyd etdiyiniz bu proses, cəmiyyətdən
gələn sifarişdir ki, bu gün hamı bir yerdə
olmalıdır. Biz də eşidəndə ki,
partiyalar bir araya gəlmək istəyirlər, buna müsbət
reaksiya verdik və bildirdik ki, hamı qoşulmalıdır.
Amma sonra məlum olanda ki, yalnız 4-5
partiyanı ora yığdılar, bu birləşmə yox,
parçalanma oldu. Beləcə dedilər
ki, “biz varıq, Azərbaycan siyasi kursunu biz müəyyənləşdiririk,
müxalifət də bizik, yerdə qalanları heç nədir”.
Ümumiyyətlə, insanlaın
keçmişinə baxmaq lazımdır. Sən,
dünən korrupsionersən, antidemokratsan, insanların
haqqını yeyirdin, bu gün gəlirsən ki, türmədə
yatmışam çıxmışam qəbul edin məni,
belə olmaz. Buradan belə
çıxdı ki, Əli İnsanovun pulu var və o qərbi
azərbaycanlıları bir araya gətirə biləcək.
Biz bununla nə siyasi proses yarada bilərik, nə də ki,
birlik. Necə ola bilər ki, bu dəyirmi
masaya bu günə qədər əziyyət çəkən
partiyaların rəhbərləri dəvət olunmadılar. Ona görə də hesab edirəm ki, Müsavat
birliyə deyil, parçalanmaya xidmət elədi. Nəticəsi də olmayacaq. Çox mənfi
effekt verdi. Cinayətə bərabər
bir işdir ki, sən insanların birlik istəyinin üzərindən
bu cür xətt çəkirsən.
“Baş müxalifət” olmaq
uğrunda mübarizə gedir”
- Akif bəy, AXCP-Milli Şuradan sonra
Müsavat Partiyası da icazəsiz aksiya keçirdi. Sizcə
bu aksiyalar cəmiyyətə nə verdi?
- Elə əsas məsələ də
budur: nə verdi. Doğurdanmı
insanlar bu aksiyalarda ayağa qalxdılar, tutaq ki, filan partiya
aksiya keçirdiyinə görə kütləvi şəkildə
ona üzvlər yazıldı? Bunlar
baş vedimi, yox. Bundan qabaq keçirilən
aksiyalar da icazəsiz keçdi. Xalq
ayağa qalxıb onları dəstəklədimi. Yəni, əgər bunlar yoxdursa, bir o məsələ
qalır ki, bu cür addım atan partiyalar yalnız özlərini
göstərmək istəyirlər. Demək
istəyirlər ki, “mən də çıxdım
küçəyə, mən də varam”. Azərbaycanda bizim partiyaların əksəriyyəti
hakimiyyətə gəmək uğrunda mübrizə
aparmır. “Baş müxalifət” olmaq
uğrunda mübarizə gedir. Müxalifət
müxalifətin içərisində samballı yer tutmaq
uğrunda mübarizə aparır. Azərbaycandakı
müxalifət özünü öldürsə, bir az qabağa getsə, deputat mandatı qazana
bilir.
Lakin bütün bunlarla yanaşı
hər bir partiya aksiya keçirə bilər. Amma hər bir
partiya aksiya keçirərkən düşünməlidir ki,
bu, dövlətin ümumi maraqlarına xidmət edəcək,
yoxsa yox. Hər kəs bunun məsuliyyətini
daşımalıdır.
T.Haqverdi
Üç nöqtə.- 2019.- 16
noyabr.- S.6