Uşaqların mənəvi inkişafında muzeylərin rolu

 

 

Ülvinə Fərzəliyeva: “Muzeylərin gələcək nəsillərin milli-mənəvi inkişafına, onların ənənələr əsasında tərbiyəsinə ciddi təsiri danılmazdır”

Xəyalə Rəis: “Muzeylər ora gələn gənclərin mənəvi inkişafında, onların özünü dərk etməsi, dünyagörüşünün formalaşmasında əvəzsiz rol oynayır

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır. Milli dəyərlərimizi, milli ənənələrimizi, tariximizi bilməyən gənc vətənpərvər ola bilməz”. Ulu öndərin bu tövsiyəsinin həyata keçirilməsində müasir dövrdə bəşəri inkişafın hərəkətverici vasitələri içərisində mühüm əhəmiyyət kəsb edən muzeylərin üzərinə böyük vəzifələr düşür. 1969-cu ilə qədər Azərbaycanda cəmi 29 muzey fəaliyyət göstərirdisə, ümummilli liderimizin hakimiyyəti illərində ölkəmizdə 111 müxtəlif profilli muzey yaradılmışdır. Müasir dövrdə ölkə prezidenti İlham Əliyev bu işi layiqincə davam etdirir. bütün bunların nəticəsidir ki, hazırda ölkədə 200-dən artıq muzey fəaliyyət göstərir. Bu muzeylərdə maddi-mədəni irsimiz, tariximiz öz əksini tapır muzeylər vasitəsilə gələcək nəsillərə ötürülür.

 

Mövzu ilə bağlıÜç nöqtə”yə açıqlama verən Azərbaycan Milli Xalça Muzeyinin mətbuat katibi Ülvinə Fərzəliyeva bildirdi ki, uşaqların mənəvi inkişafında muzeylər əhəmiyyətli rola malikdir: “Muzeylər xalqın milli xüsusiyyətlərini, tarixini təcəssüm etdirən, zəngin irsini qoruyan onun təbliğində mühüm rolu olan mədəniyyət ocaqlarıdır. Bu baxımdan ölkəmizdə fəaliyyət göstərən müxtəlif profilli  muzeylərin gələcək nəsillərin milli-mənəvi inkişafına, onların ənənələr əsasında tərbiyəsinə ciddi təsiri danılmazdır.

Uşaqlar keçmişimizi, mədəniyyətimizi, adətlərimizi, milli dəyərlərimizi s. ancaq kitablardan deyil, həm ötən əsrlərin müxtəlif hadisələrindən xəbər verən eksponatlardan öyrənirlər. Muzeylərdə qorunan milli sərvətimiz onların dünyagörüşünün formalaşmasında da əhəmiyyətli təsirə malikdir. O cümlədən, Azərbaycan Milli Xalça Muzeyində qorunub saxlanılan xalça dekorativ-tətbiqi sənət nümunələri ilə tanışlıq imkanı böyüyən nəsildə xalqımızın mənəvi aləmi, yaşam fəlsəfəsi, çoxəsrlik ənənəsi, həyat tərzi, dini inancları s. ilə bağlı təsəvvür yaradır. təbii ki, bütün bunlar onların mənəvi inkişafına müsbət mənada təsirsiz ötüşmür”.

 

Ü.Fərzəliyevanın sözlərinə görə, xalça sənəti ilə tanışlıq uşaqlara estetik zövq aşılayır: “Onlara xalçaların sadəcə ev üçün bəzək əşyası deyil, özündə bir-birini əvəzləyən tarixi dövrü, mentaliteti əks etdirən, çoxsaylı bədii məziyyətlərə malik sənət əsəri, milli sərvət olduğunu öyrədir. Xalqımızın əsrlərlə yaşatdığı inkişafına nail olduğu bu sənətin gərgin əmək, peşəkarlıq, səbr, sevgi tələb etdiyini, bir neçə mühüm yaradıcılıq fəaliyyətini birləşdirdiyini öyrədir. Xalçaların üzərindəki ornamentlərin bütün elementlərinin müəyyən məna kəsb etdiyini, özünəməxsus vizual dil olduğunu, onlarda ölkəmizin tarixinin yaşadığını öyrədir. Azərbaycan xalça sənətini dünya mədəni irsinin tərkib hissəsi kimi qorumağın özlərindən sonra gələn nəslə ötürməyin qədər böyük önəm daşıdığını öyrədir...”.

 

Müsahibim müasir dövrdə uşaqların muzeylərə maraq göstərməsi məsələsinə toxundu: “Mübaliğəsiz deyə bilərik ki, uşaqlar Azərbaycan Milli Xalça Muzeyinə çox böyük maraqla gəlirlər. Çünki onlar burada darıxmırlar. Muzeyin Uşaq şöbəsində kiçik, orta böyük yaş qrupuna uyğun yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi üzrə öyrədici proqramlar həyata keçirilir”.

 

Milli Xalça Muzeyi uşaqlarda muzeyə maraq yaratmaq davamlı olaraq işlər görür. Ü.Fərzəliyeva deyir ki, bunun üçün orta məktəblərlə çox sıx əməkdaşlıq əlaqələri qurulub, Milli Xalça Muzeyi məktəblilərlə dost olub: “Ancaq əlaqələrin qurulması hələ hər şey demək deyil. Çünki uşaqlar rəngarəngliyi, fərqliliyi, yeniliyi, əyləncəni s. sevirlər. Bütün bunları nəzərə alaraq, muzeyimizdə onların arzularına, maraqlarına uyğun mühit imkanlar yaradılıb. Uşaqlar burada muzeyin ekspozisiyası ilə tanış olurlar, istəklərindən asılı olaraq, dekorativ-tətbiqi sənət üzrə bir günlük ya aylıq ustad dərslərə qatılırlar. Xalça toxumağı, tikmə sənətini, rəsm çəkməyi, dekorativ oyuncaqlar, yumşaq kuklalar düzəltməyi öyrənirlər, musiqili-əyləncəli tamaşalar hazırlayırlar s. Ekskursiya zamanı xalçalarımızın tarixi, hər birinin ümumi kompozisiyası, ayrı-ayrı ornamentlərin anlamları s. barədə məlumatların verilməsi, eyni zamanda uşaqların xalçatoxuma dərslərində iştirakı onlarda təkcə muzeyimizə deyil, bu qədim sənət sahəsinə böyük maraq sevgi yaradır”.

 

Muzeyin mətbuat katibi bildirir ki, Azərbaycan Milli Xalça Muzeyində uşaqlar üçün tədbirlər, festivallar da təşkil olunur, yeni layihələr həyata keçirilir: “Yeri gəlmişkən qeyd edək ki, Uşaq şöbəsinin 10 illik yubileyi münasibətilə dekabrın 7-8-i tarixlərində möhtəşəm bir festival keçiriləcək. Xalça diyarına səyahətFestivalı çərçivəsində uşaqları rəqslər, rəsm xalçaçılıq üzrə əl işlərindən ibarət sərgi, Azərbaycandakı səfirliklərin iştirakı ilə uşaqların təqdimatında müxtəlif ölkələrin milli geyimlərinin nümayişi, ustad dərslər, kukla teatrı, nağıl saatı, viktorina, face art, karnaval, Bumblebee Transformers şou, kitab təqdimatı, hədiyyələr s., bir sözlə unudulmaz günlər gözləyir. Bütün bunları nəzərə alaraq vurğulayaq ki, Milli Xalça Muzeyi uşaqları heç vaxt diqqətdən kənarda qoymur, onların maraqlarını nəzərə alır”.

 

Uşaqların muzeylərə getməsində məktəblərlə yanaşı, valideynlər maraqlı olmalıdır. Ü.Fərzəliyeva deyir ki, Xalça Muzeyinə uşaqlar həm məktəblərdən kollektiv şəkildə, həm valideynləri ilə fərdi qaydada gəlirlər. Ekspozisiya ilə tanışlığı çıxsaq, təkcə ustad dərslərinə il ərzində min nəfərdən artıq uşaq qatılır. Təbii ki, bir məkan uşaqlar üçün cəlbedicidirsə, valideyn övladını ora aparmaqda maraqlı olur. Bizim təcrübəmiz bunu göstərir”.

 

Mədəniyyətşünas Xəyalə Rəis isə bizimlə söhbətində bildirdi ki, ümumiyyətlə, uşaqların muzeylərə kütləvi şəkildə cəlb edilməsi olduqca vacibdir: “Muzeylər ora gələn gənclərin mənəvi inkişafında, onların özünü dərk etməsi, dünyagörüşünün formalaşmasında əvəzsiz rol oynayır”.

 

X.Rəis hesab edir ki, bu gün muzeylərə marağın az olması bizi ciddi narahat etməlidir. “Hazırda uşaqlar muzeylərə elə ciddi maraq göstərmirlər. Bunun da səbəblərindən biri muzeylərə girişin uşaqlar üçün ödənişli olmasıdır. Düzdür, bəzi tarixi şəxsiyyətlərin, ədiblərin, bəstəkarların ev muzeyinə giriş məktəblilər üçün pullu deyil. Ancaq paytaxtda fəaliyyət göstərən digər muzeylərə giriş ödənişlidir. Azyaşlı məktəblilərin muzeylərə cəlb edilməsi üçün muzeylər məktəblər birgə maraqlı layihələr həyata keçirməlidirlər. Muzeylər heç olmasa həftənin 1-2 gününü azyaşlı məktəblilər üçün pulsuz elan etməlidirlər. Belə olan halda hesab edirəm ki, muzeylər heç itirməz, əksinə, qazanarlar. Çünki uşaqlar bizim gələcəyimizdir”.

 

Müsahibim nəzərə çatdırır ki, sovet dövründə 6-12 yaşarası uşaqlar mədəniyyət ocaqlarına, xüsusən muzeylərə pulsuz daxil olurdular: “Bu gün bu məsələ aktualdır. Fikrimcə, muzeylər məktəblər arasında müqavilələr bağlanmalı, bu müqaviləyə əsasən, azyaşlı şagirdlərin muzeylərə ödənişsiz girişi təmin olunmalıdır.  Əgər tariximizi, mədəniyyətimizi uşaqlarımıza sevdirmək istəyiriksə, mütləq bu addım atılmalıdır”.

 

Muzeylər keçmişimizi bu günə daşıyan, qoruyan, öyrənən nümayiş etdirən maddi-mənəvi dəyərlər xəzinəsidir. Muzeylər eyni zamanda elm, maarif müəssisəsi olmaqla qədim keçmişimizlə bu günümüz arasında körpü rolunu oynayır. Buna görə uşaqlarımızın mənəvi inkişafı dünyagörüşünün formalaşması üçün onların muzeylərə aparılması olduqca vacib məsələdir.

 

Könül Oruc

Üş nöqtə.- 2019.- 16 noyabr.- S.10