Uşaqların mənəvi inkişafında
muzeylərin rolu
Günel Hacızadə:
“Hətta kitab oxumağı sevməyən
bir uşağın marağını kitab muzeyiylə tanış etməklə qazanmaq mümkündür”
Azərbaycan Respublikası 1991-ci ilin oktyabr ayında
öz müstəqilliyini
elan etdikdən sonra muzey işi
sahəsində siyasət
yeritməyə başladı.
Yeni muzeylərin yaradılması, muzey şəbəkəsinin yeni
tələblərə uyğunlaşdırılması,
mövcud ekspozisiyaların
müasir tələblər
baxımından təkmilləşdirilməsi, fondların
zənginləşdirilməsi üzrə iş yeni mərhələyə
qədəm qoydu. Azərbaycanda muzey tarixindən
danışarkən xüsusi
qeyd olunmalıdır ki, bu sahəyə
diqqət və qayğı ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətində
mühüm yer tutmuşdur. Öndərimizi
bir şəxsiyyət
kimi səciyyələndirən
cəhətlərdən biri
də onun elm və mədəniyyətə göstərdiyi qayğı
idi. Heydər Əliyev 1993-cu ildə hakimiyyətə qayıtdıqdan
sonra ağır iqtisadi çətinliklərə
baxmayaraq diqqət və qayğısını
muzeylərdən də
əskik etmədi. Azərbaycan höküməti
1994-cü ildə muzey
işçilərinin müşavirəsinin
tövsiyələrini nəzərə
almaqla “Respublikada muzey işinin vəziyyəti və onu yaxşılaşdırmaq
tədbirləri haqqında”
qərar qəbul etdi. Bu qərar
Azərbaycanda muzey işinin inkişafı üçün geniş imkanlar yaratdı və muzeylərə olan diqqət, qayğı daha da artdı. Ümummilli liderimizin davamçısı olan cənab İlham Əliyev də bu işi layiqincə
yerinə yetirir. Belə ki, prezident
İlham Əliyev tərəfindən bu sahədə lazımi tədbirlər görülür.
Mövcud ekspozisiyàlàr təkmilləşdirilir,
yeni ekspozisiyàlàr qurulur. Muzeylərin màddi-texniki bàzàsının
möhkəmləndirilməsi məqsədilə tədbirlər
görülür. Muzeylərin
beynəlxàlq əlàqələrinin dàhà dà genişləndirilməsi
istiqàmətində məqsədyönlü
işlər àpàrılır.
Dövlət başçısının “Azərbaycanda muzey işinin yaxşılaşdırılması
haqqında” 2007-ci il
6 mart tarixli Sərəncamı və
“Azərbaycanın regionlarında
fəaliyyət göstərən
muzeylərin müasir
standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair
xüsusi tədbirlər
planı”nın təsdiq
edilməsi haqqında”
2009-cu il 22 may tarixli Sərəncamı bu baxımdan mühüm əhəmiyyətə
malikdir.
Mövzu ilə bağlı
“Üç nöqtə”yə
açıqlama verən
psixoloq Günel Hacızadə bildirdi ki, bir ölkədə
muzeylərin yaradılmasının
tək səbəbi, həmin ölkənin tarixini turistlərlə tanış etmək deyil, həmin ölkənin gələcək
vətəndaşları, yəni
uşaqlar üçün
bir öyrədici vasitədir: “Uşaqları
muzeylərlə tanış
etmək, onların analiz bacarığının
inkişafı, vizual zəkasının inkişafı,
toxunulmaz əşyalara
qarşı xüsusi
diqqətin öyrədilməsi,
müəyyən mədəni
davranışların aşılanması
və bu kimi digər intellektuallığı formalaşdıran
ən əyləncəli
və sadə vasitələrdən
biridir. Gənc nəslin muzeylərimizdə
olması onların qədim və zəngin tariximiz və bu günümüz
haqqında dərin biliklərə, geniş dünyagörüşünə malik olmasına, milli dəyərlərə,
milli-mədəni və
tarixi irsimizə məhəbbət ruhunda formalaşmasına xidmət
edir”.
Uşaqların mənəvi inkişafında
muzeylərin danılmaz
rolunun olduğunu vurğulayan G.Hacızadə
nəzərə çatdırır
ki, gənclərin və uşaqların mənəvi inkişafını
təmin edən maarifləndirici informasiyalar
dərsliklərdə də
öz əksini tapmalıdır: “Bu proses orta məktəbdən,
uşaqların lap kiçik yaş dövründən başlamalıdır.
Valideynlərin bu prosesdə aktiv iştirakı məqsədilə
tədris ocaqları onları da maarifləndirməyə maraqlı
olmalıdır. Məqsəd
həm valideynlərin,
həm də müəllimlərin uşaqların
mənəvi inkişafında
aktiv iştirakını
təmin etməkdir. Bu baxımdan azyaşlıların məlumatlandırılması
ilə yanaşı, həm də onların müxtəlif tarixi abidələr, muzeylər və s. ziyarət etməsində onları valideyn və müəllimlər
müşayiət etməlidirlər.
Bu proses erkən yaş dövrlərində həyata
keçirilməzsə, sonrakı
dövrdə bu cür dəyərlərin
mənimsədilməsi daha
qəliz, bəzən
isə mümkünsüz
olacaq. Bu baxımdan həm tədris ocaqları, həm valideynlər uşaqların təhsillə
yanaşı, mənəvi
inkişafında maraqlı
olmalıdırlar”.
Psixoloqun sözlərinə
görə, kainatda, dünyada yaşanan hər bir saniyə,
yenidir və təkrarolunmaz bir andır. Bu zaman dilimləri bir bütün halına gəldiyi zaman, insan yeni
təcrübəyə yiyələnmiş
olur: “Bəs biz uşaqlara nələri öyrədirik?
İki vur ikinin, dördə bərabər olduğunu əzbərlətməyə çalışırıq.
Azərbaycanın tarixi
günlərinin təqvimini
əzbərlədirik. Daha
az yaşlı olanların isə diqqətini telefon, planşet və ya televizora yönləndirərək,
yemək yedirməyə
çalışırıq. Bəs sizcə bu nə qədər
doğrudur? Bu gün hansısa dərsdən beş qiyməti aldı deyə ona telefonda
oyun oynamağa icazə vermək, yoxsa yeni muzeyləri
kəşf etmək daha gözəl mükafat olardı? Bəzi valideynlərin heç sevmədiyim bir önyarğısı
vardır; “O muzey
sevməzki, işi gücü dağıtmaqdı”
ya da “Onu
muzeyə aparsam salamat heç nə qoymaz sıxıldığından”. Əslində bu fikirlər qəbul etməsələr də valideynlərin öz düşüncələridir. İlk fürsətdə uşaqların özünü
cəmiyyətdə doğru
ifadə edə bilmədiyini deyirlər. Bəs bu uşaqlar cəmiyyəti harada və nə vaxt görür? Bir uşaq təbii
ki, ilk dəfə
gördüyü mühiti
analiz edir. “O bunu sevməz” deyə düşünmək
yerinə, “O nəyi sevə bilər”- deyə kəşf etməyə çalışın.
Uşaq informasiyaları
təcrübədən keçirmədən
qəbul edirsə, deməli, bu məlumatlar bəsit bir əzbərdən başqa bir şey deyildir. Qısa bir müddət
sonra nəyinki dünya görüşünə
əlavə olunmaq, hətta unudulacaqdır. Dərslikdə Cəfər
Cabbarlının adını
görən uşağın
ağlına gələn
ilk şey, həmin adlı metrostansiyanın olduğudursa burada bir dünya görüşü xətası
vardır. Bu xəta isə qətiyyən uşaqların
özünə aid edilə bilməz. Cəfər Cabbarlının,
Hacı Zeynəlabdin Tağıyevin, Hüseyn Cavidin və digər bir çox dahi insanın ev muzeyini görmüş uşağın dünya görüşü isə
mütləq nə vaxtsa özünü göstərəcəkdir. Hətta
kitab oxumağı sevməyən bir uşağın marağını
kitab muzeyiylə tanış etməklə
qazanmaq mümkündür”.
Azərbaycan mədəniyyəti zəngin
və qədim tarixə malikdir. Bu qədim mədəniyyətimizin
gənc nəslə çatdırılmasına muzeylər
misilsiz rola malikdir. Muzeylər gənc nəslin, uşaqların mənəvi
inkişafına öz
əhəmiyyətli tövhəsini
verir. Min illər ərzində ölkəmizin ərazisində
dünyanın mədəniyyət
xəzinəsinə daxil
olmuş zəngin mədəni irs yaradılmışdır. Mədəniyyət
nümunəsi olan muzeylərin sayı ölkəmizdə olduqca çoxdur. Ölkəmizdə
muzeylərin sayı nə qədər çox olarsa, bu gənclərimizin öz maddi-mənəvi irsini daim xatırlamasında
mühüm rol oyanayar. Azərbaycanda 201 muzey fəaliyyət göstərir:
bunlardan 14-ü incəsənət,
7-i ədəbiyyat, 12-i tarix,
68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti,
43-ü ev, 52-i Heydər
Əliyev muzeyləridir.
Təəssüf ki, maddi-mənəvi
xəzinəmiz sayılan
neçə-neçə tarixi
abidəmiz, muzeylərimiz
ötən əsrin
90-cı illərində erməni
işğalçıları tərəfindən zəbt
edilərək ya qarətə, ya da dağıntıya məruz qalmışdır.
Məktəblərdə uşaqlarımıza
və gənclərimizə
həm də işğal altında olan muzeylər haqqında geniş məlumat verilməli, onları bu tarixlə tanış etmək lazımdır.
Bəli, bu
gün ölkəmizdə
muzeylərin fəaliyyətinin
canlandırılması, muzey
şəbəkələrinin genişləndirilməsi sahəsində
mühüm işlər
həyata keçirilir.
Bütün bu işlərin həyata keçirilməsi uşaqlarımızın
və gənclərimizin
mənəvi inkişafı
üçün mühüm
əhəmiyyət kəsb
edir. Bildiyimiz kimi, 18 May Beynəlxalq
Muzeylər Günüdür.
Bu tarix Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü
ilə 1977-ci ildə təsis olunmuşdur. Bu gün dünyanın
bir çox ölkələrində qeyd
edilir. Bu əlamətdar günün
keçirilməsində məqsəd
muzeylərin hər bir dövlət üçün mühüm
bir rol oynadığını
göstərməkdir. Muzeylərin
olması və qorunub saxlanılması ölkənin keçmişini
gələcək nəslə,
gənclərə çatdırılmasında
canlı örnəkdir.
Muzeylər gənclərimizin
və uşaqlarımızın
mənəvi inkişafında
mühüm rol oynayır. Beynəlxalq Muzeylər Günündə
insanlar muzeyləri gəzərək milli mədəniyyət və
tarix haqqındakı məlumatlarını daha
da zənginləşdirir.
Qədim əsərlər,
sənədlər bizə
keçmişdə yaşayan
insanların düşüncələri,
yaşayışları, qabiliyyətləri
haqqında məlumat verir və keçmişi
öyrənərək bu
günü anlamağımıza
kömək edir.
Könül Oruc
Üş nöqtə.-
2019.- 19 noyabr.- S.10