Festivallar kinonun inkişafı üçün önəmlidir

 

Fehruz Şamiyev: “Məqsədimiz azərbaycanlı gənc rejissorların işlərinin müsabiqəsini keçirmək, onların arasında bir əlaqə yaratmaq idi

 

Festivalların kinonun inkişafı üçün önəmli olduğunu bildirir. Deyir ki, festivallarda daha çox müəllif filmləri nümayiş olunur: “Yəni rejissorun hansısa mesajı var, o cəmiyyətə ya öz tamaşaçısına nəyisə çatdırmaq istəyir. Burada kommersiya məqsədi arxa plana keçir. Bu tip filmlər heç böyük maliyyə hesabına çəkilmir. Bakı Qısa Filmlər Festivalının da siyasəti istedadlı gənclərin öz işlərini nümayiş etdirmələri üçün onlara şərait yaratmaqdır”.

 

Qeyd edək ki, 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalı 6-9 noyabr tarixlərində 4 gün müddətində keçiriləcək. Festivalda şərtlərə uyğun olaraq 35 yaşa qədər olan rejissorların 35 dəqiqəyə qədər olan bədii, sənədli animasiya filmləri yarışacaq. Bundan başqa bu il yerli proqramda nominasiyalara müəyyən əlavələr etmişik.

 

Üç nöqtəqəzetinin qonağı Bakı Film İnstitutunun rəhbəri, rejissor Fehruz Şamiyevdir.

 

- 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının başlamasına sayılı günlər qalıb. Hazırlıqlar yerdədir?

- Hazırda festivalın proqramında hazırlıq işləri başa çatmaqdadır. Bu il filmlərin sayı çox olduğundan seçim mərhələmiz bir az ağır oldu. Yüzlərlə filmi izləmək, müzakirə aparmaq elə asan olmadı. Filmlərin qəbulu 20 sentyabrda başa çatsa da biz filmlərin sayının çox olduğunu nəzərə alıb on gün əvvəldən onları izləməyə başlamışdıq. Bildiyiniz kimi festivalda iki əsas proqram var - beynəlxalq yerli müsabiqə proqramları. Beynəlxalq müsabiqədə iştirak edəcək xarici mütəxəssislərin kimliyi artıq məlumdur. Bu festivalda çox maraqlı peşəkar jüri heyəti olacaq. Bildirmək istəyirəm ki, 10- cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalı 6-9 noyabr tarixlərində 4 gün müddətində keçiriləcək. Festivalda şərtlərə uyğun olaraq 35 yaşa qədər olan rejissorların 35 dəqiqəyə qədər olan bədii, sənədli animasiya filmləri yarışacaq. Bundan başqa bu il yerli proqramda nominasiyalara müəyyən əlavələr etmişik.

 

- Bu dəfəki festivalın ötən dəfəkindən fərqi nədir?

- Bilirsiniz ki ötən illərdə festivalımız START adı ilə keçirilirdi. Bu ildən etibarən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı adı ilə fəaliyyət göstərəcək. Düşünürəm ki, bu addım festivalın dünyada daha çox tanınmasına kömək edir. Bu iki ayda artıq bunun şahidi olduq. Ötən illərdə festivala 600-700 film təqdim olunurdusa, bu il festivala 3500-ə yaxın film təqdim olunub. Bu həm Bakı adının beynəlxalq miqyasda tanınması ilə bağlıdır. Festivalın 10 illiyidir deyə bununla bağlı bəzi planlarımız var. “Cinedoc Tbilisi” Beynəlxalq festivalı ilə birlikdə festival çərçivəsində film nümayişlərinin təşkili regionlarda kiçik festivalların keçirilməsi ilə bağlı təlimlər olacaq. Avropadan dəvət olunan bir neçə mütəxəssis 5 gün ərzində burda festival çərçivəsində treninqlər keçirəcək.

 

Builki festivalın yeniliklərindən biri Ən yaxşı sosial çarxnominasiyasıdır. Sosial çarxlar da qısa film sayılır. Buna görə festival daxilində onların müsabiqəsini keçirmək bu istiqamətdə işləyən işləmiş gənclərə bir növ stimul olacaq.

 

- Mükafat olaraq iştirakçılara təqdim ediləcək?

- Hələ festivalın adında dəyişiklik etmədən öncə biz qaliblərə QIZIL NAR mükafatını təqdim edirdik. Niyə məhz nar sualı verə bilərsiniz....Biz festivalın mükafat qismində təqdim olunmasını müzakirə edərkən, çoxlu sayda təkliflər ortada vardı. Sonda festivalın beynəlxalq olduğunu nəzərə alıb NAR simvolu üstündə dayandıq. Nar beynəlxalq aləmdə Azərbaycan simvolu kimi təqdim olunur. Bu baxımdan da Azərbaycanın Beynəlxalq Film Festivalında narın mükafat kimi təqdim olunması məncə məntiqlidir.

 

- Bu tip festivallar kinomuza qazandırır?

- Festivallar kinonun inkişafı üçün önəmlidir. Festivallarda daha çox müəllif filmləri nümayiş olunur. Yəni rejissorun hansısa mesajı var, o cəmiyyətə ya öz tamaşaçısına nəyisə çatdırmaq istəyir. Burada kommersiya məqsədi arxa plana keçir. Bu tip filmlər heç böyük maliyyə hesabına çəkilmir. Bakı Qısa Filmlər Festivalının da siyasəti istedadlı gənclərin öz işlərini nümayiş etdirmələri üçün onlara şərait yaratmaqdır. Festival həm təcrübə mübadiləsidir. Beynəlxalq festivalda Azərbaycan filminin nümayişi ya mükafat alması həm ölkəmizin müsbət imicinin formalaşmasına kömək edir. Burada təkcə rejissor qazanmır. Azərbaycan haqqında fikir formalaşır. Bu yaxınlarda şahmatçımız Teymur Rəcəbov dünya şahmat kubokunu ölkəmizə gətirdi. Bu təkcə Rəcəbovun yox, həm ölkəmizin dünyadakı imicinə xidmət edir. Bir neçə il öncəNabatfilmi dünyanın ən böyük festivallarından olan Venesiya bienalisində iştirak etmişdi. Azərbaycan kinosu üçün çox ciddi hadisə sayılmalıdır. Eləcə Elmar İmanovun Rotterdam Film festivalında FİPRESSi mükafatını qazanmasını vurğulamaq olar. Festivallar təkcə istehsala təkan vermir, həm zövqlərimizin formalaşmasına kömək edir.

 

- Bu layihəni etməkdə məqsədiniz idi bu məqsədə nail olmusunuzmu?

- Məqsədimiz azərbaycanlı gənc rejissorların işlərinin müsabiqəsini keçirmək, onların arasında bir əlaqə yaratmaq idi. Bundan başqa festival təkcə nümayiş məkanı deyil. Nümayiş olunan hər bir filmdən, hər bir müzakirədən nəsə öyrənmək olur. Bu baxımdan da biz xarici gəncləri ölkəmizə dəvət etməklə yerli rejissorlarla onların canlı ünsiyyətini, müzakirəsini təşkil etmiş oluruq. Bu, kinoda çox vacib amildir. Təsəvvür edin ki, dünyanın ən məşhur festivallarında iştirak edən rejissorlarla üzbəüz söhbət edirsiniz, ona istənilən sualı vermək imkanınız var. Bunlar çox böyük imkanlardır bu imkanı gənc rejissorlarımıza yaratmaqdan komanda olaraq qürur duyuruq. Sualınızla bağlı bir məsələni diqqətə çatdırmaq istəyirəm. Kann, Venesiya festivallarında iştirak edən filmlər bizim festivala da göndərilirsə deməli, məqsədimizə nail olmuşuq. Bakı Beynəlxalq Qısa Filmlər Festivalı dediyim kimi dünyanın ən böyük festivallarında iştirak edən gənc rejissorların görüş məkanına çevrilib.

 

- Bu yaxınlarda Amerika Avropa turuna səfərə çıxmışdınız. Səfərinizin məqsədini bilmək olarmı?

- Okeanın o tayına səfər Amerika kino sənayesi ilə tanışlıqla bağlı idi. Orada müxtəlif kinematoqrafçılarla, yayım şirkətləri, festival nümayəndələri ilə görüşdük. Səfəri ümumilikdə yüksək qiymətləndirərdim. Universal, Paramount kimi şirkətlərin çəkiliş pavilyonlarında olmaq, oradakı imkanlarla tanış olmaq maraqlı idi. Bundan başqa Amerikanın film sənayesindəki böyük şirkətlərin dünya kino sənayesini necə öz əllərində saxladıqlarını onların öz dilindən eşitmək bu istiqamətdə müzakirələr aparmaq maraqlı idi. Bir məsələni vurğulayım ki, müəyyən məsələlərdə bizdə kiçik ortaya şirkətlərin imkanları oradakı şirkətlərlə müqayisədə daha yaxşıdır. Amerikada çox məsələlər böyük şirkətlərin əlində cəmlənib. Bu da kiçik orta şirkətlərin fəaliyyətinə mane olur. Üstəlik müəllif kinosu baxımından da maliyyə imkanları Avropa ilə müqayisədə Amerikada daha azdır. Bu baxımdan hesab edirəm ki, Azərbaycan kinosu istiqamət etibarı ilə daha çox Avropa kino ənənələrini üstün tutmalıdır.

 

Könül Oruc

Üç nöqtə.- 2019.- 15 oktyabr.- S.12