Kəssə hər kim tökülən qan izini...

 

 

Dünya nizamındakı gərginlikdən doğan hadisələrlə zəngin XX əsrin əvvəlləri həm də türk millətinin sınağa çəkildiyi illər idi. Türk dünyasının nəhəng simalarından olan İsmayıl bəy Qaspıralınınİşdə bir, fikirdə bir, əməldə bir”, Əli bəy HüseynzadəninTürkləşmək, islamlaşmaq, müasirləşməkçağırışları öz bəhrəsini tədricən versə , görüləsi işlər hələ çox idi. Belə bir dövrdə, eləcə Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonrakı illərdə yazıb-yaratmış Hüseyn Cavid milli şüurumuzun oyanmasında mühüm rol oynayıb.

 

AZƏRTAC xəbər verir ki, bu gün dahi şair, yazıçı, dramaturq Hüseyn Cavidin anadan olmasından 137 il ötür.

 

Hüseyn Abdulla oğlu Rasizadə 1882-ci il oktyabrın 24-də Naxçıvan şəhərində dünyaya göz açıb. Musiqini, muğamatı yaxşı bilən, məlahətli səsi ilə tanınan atasının qəzələ vurğunluğu gələcəyin söz ustadı Hüseynə keçib. O, əvvəlcə mollaxana, sonra Naxçıvan rus-tatar məktəbində (Məhəmməd Tağı SidqininMəktəbi-tərbiyə”sində), TəbrizinTalibiyyəmədrəsəsində, İstanbul Universitetində təhsil alıb. İstanbuldan yazdığı məktubundaƏsir olduğum bir şey varsa, o da həqiqət məhəbbətdirfikri Hüseyn Cavidin düşüncələrindən xəbər verir. Bu həqiqət məhəbbətin mənasını isə onun vətənini, millətini azad xoşbəxt görmək arzusu təşkil edirdi.

 

İstanbuldan qayıdan Hüseyn Cavid Naxçıvanda, Bakıda, Gəncədə, Tiflisdə müəllimlik edib, habelə bədii yaradıcılıqla məşğul olub. İlk kitabları olanAnaKeçmiş günlərTiflisdə çıxıb. 1918-ci ilin mart hadisələrindən sonra Təbrizə gedən şairin Şeyx Məhəmməd XiyabanininTəcəddüdqəzetində şeiri dərc edilib. Naxçıvana qayıdan Hüseyn Cavid Mişkinaz xanımla evlənib.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Hüseyn Cavidin Abdulla Şaiqlə birgə yazdığıƏdəbiyyat dərsləriortaq türk ədəbiyyat tədrisinin yaradılması istiqamətində atılan ilk addımlardandır.

 

Sovet hakimiyyətinin ilk illərində tale ustad sənətkarı sanki sınağa çəkirdi. Qardaşını, qızını itirir. Xanımı cərrahiyyə əməliyyatı olunur. Ehtiyac ucbatından şəxsi kitabxanasındakı kitabları, dolabındakı paltarları satır... Ədəbi tənqid isə bu dövrü 40 yaşlı Hüseyn Cavidin yaradıcılığındaməfkurəvi tərəddüd böhranadlandırıb. Halbuki o, bu illərdəPeyğəmbərTopal Teymurəsərlərini yazıb.

 

1937-ci il iyunun 4-ü ondan sonrakı hadisələr dahi sənətkarın ideya-məfkurə istiqamətini zərrə qədər dəyişə bilməyib.

 

Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış Hüseyn Cavid mənzum faciələri tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradıb. Onun yaradıcılığı Şərqin estetik fikir tarixi dünya romantizm ənənələri ilə sıx bağlıdır. Dahi sənətkarın zəngin irsinəKeçmiş günlər”, “Bahar şəbnəmlərişeirlər silsiləsi, “Azər”, “Kor neyzənpoemaları, “Ana”, “Maral”, “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Uçurum”, “Afət”, “Peyğəmbər, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamıdramları, ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları daxildir. “Atilla” (Gözəl Eyida), “Çingiz”, “İblisin ilhamı”, “Telli saz”, “Şəhla”, “Koroğluadlı əsərləri isə müsadirə olunub.

 

Mənim Tanrım gözəllikdir, sevgidir”, - deyən Hüseyn Cavid dramaturq olmazdan öncə romantik şair, sevgi gözəllik aşiqi kimi tanınıb. Onun poeziyasında dərin həyat fəlsəfəsi, sağlam məntiq, insan kamalına möhkəm inam öz əksini tapıb.

 

Azərbaycan ədəbiyyatına ümumtürk məfkurəsi gətirən böyük sənətkarDəniz tamaşası” (1912) şeirində qoca türkün dili ilə millətin döyüş ruhunun qorunmasının vacibliyindən söz açıb. Dil din birliyinin qorunub saxlanması probleminiHərb fəlakətşeirində qələmə alaraqİttihad! İştə ən böyük idealyazıb.

 

Ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran şairin:

 

Kəssə hər kim tökülən qan izini,

 

Qurtaran dahi odur yer üzünü -

 

kəlmələri bu gün aktualdır. Bu misralar zamanın gərdişini dərindən duyan dahi sənətkarın münaqişə, müharibə digər qanlı olayların hələ uzun illər düşüncələrə hakim kəsiləcəyini şair qəlbi ilə hiss etdiyinin nişanəsidir.

 

Hüseyn Cavid 1938-ci ildə həbs olunaraqəks-inqilabi əlaqələr saxlamaq”, “bir sıra müsavatçılarla müsavatçı söhbətlər aparmaq”, “öz ətrafında millətçi düşüncələrlə köklənmiş cavan şairləri toplayıb müsavatçı ruhda təkmilləşdirməkkimi ittihamlarla günahlandırılıb. 9 iyun 1939-cu ildə şair 8 il islah əmək düşərgəsinə məhkum edilib. O, 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunda dünyasını dəyişib.

 

Ölümündən sonra Hüseyn Cavidə 1956-cı il martın 6-da bəraət verilsə , ona ehtiyatla yanaşılıb. Dahi sənətkara siyasi bəraəti ümummilli lider Heydər Əliyev qazandırıb. Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyinə hazırlıq gåtdiyi dövrdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə onun nəşinin Sibirdən Azərbaycana gətirilməsi qüdrətli söz ustasına böyük sevgi ehtiramın təzahürü idi. Ulu Öndərin bu qətiyyətli addımı ilə təkcə dahi sənətkarın ruhu deyil, onu sevən milyonlarla insanın qəlbi rahatlıq tapdı.

 

Ulu Öndərin Hüseyn Cavidlə bağlı əvəzsiz tarixi xidmətlərini bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir. Dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən böyük sənətkarımızın əsərləri latın qrafikasında çap olunub, anadan olmasının 125, 130 135 illiyi dövlət səviyyəsində keçirilib.

 

Azərbaycan mədəniyyətinin gündən-günə inkişaf etdiyinin, dünyada tanındığının qəbul olunduğunun şahidi kimi qürurla deyə bilərik ki, Hüseyn Cavidin vaxtilə məfkurə davasını insanların beyninə, milli zehniyyətinə aşılamaq məqsədilə qələmə aldığı

 

Turana qılıncdan daha kəskin, ulu qüvvət,

 

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət! -

 

arzuları da bu gün gerçəkləşib..

 

Üç nöqtə.- 2019.- 26 oktyabr.- S.12