“Dəli yığıncağı” tamaşası
Tbilisidə maraqla qarşılanıb
Gəncə
Dövlət Dram Teatrı oktyabrın 24-də Tbilisinin
A.S.Qriboyedov adına Rus Dram Teatrında böyük ədib, Azərbaycan
dramaturgiyasının görkəmli nümayəndəsi Cəlil
Məmmədquluzadənin “Dəli yığıncağı”
tragikomediyası əsasında hazırladığı
eyniadlı tamaşa ilə çıxış edib.
AZƏRTAC xəbər
verir ki, səhnə əsəri tamaşaçılara böyük
ədibin 150 illik yubileyi ilə əlaqədar Gürcüstanda
keçirilən silsilə
tədbirlər çərçivəsində
Azərbaycanın Mədəniyyət
Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi,
Gürcüstan Ağsaqqallar
Şurasının təşkilatçılığı
ilə təqdim olunub.
Tamaşanın nümayişindən əvvəl çıxış
edən Ağsaqqallar Şurasının sədri
İsak Novruzov C.Məmmədquluzadə yaradıcılığı
ilə bağlı fikirlərini bölüşüb,
səhnə əsərinin
Gürcüstanda nümayişini
böyük hadisə
kimi qiymətləndirib.
Teatrın baş
rejissoru İradə Gözəlova tamaşanın
əsas süjet xətti barədə danışıb.
Bildirilib ki,
birhissəli “Dəli yığıncağı” tamaşasının
quruluşçusu Gəncə
Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova, quruluşçu
rəssamı Elnur Axundov, musiqi tərtibatçısı Tünzalə
Mustafayevadır.
Əsasən 1920-ci illərdə qələmə
alınan səhnə
əsərində o dövrün
insanlarının cahilliyindən
bəhs olunur.
Tamaşada əsas
rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər İlham Hüseynov, Elxan Yunis, Ramiz Vəliyev,
aktyorlar Salam İsmayılov, Sevda Orucova, Vasif İsmayılov və digərləri ifa edib.
Aktyorların məharətli çıxışı
səhnə əsərini
baxımlı edib, tamaşa maraqla qarşılanıb.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycanın
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları,
Ağsaqqallar Şurasının
üzvləri, paytaxt Tbilisi ilə yanaşı, Rustavi, Marneuli və Qardabani rayonlarından gəlmiş ziyalılar, tələbələr və
gənclər də tamaşaya baxanlar sırasında olub.
Tamaşa başa
çatdıqdan sonra
səfir Dursun Həsənov, ağsaqqallar
şurasının sədri
İsak Novruzov və başqaları aktyorlarla görüşüb,
onlara yaradıcılıq
uğurları arzulayıblar.
Üç nöqtə.-
2019.- 26 oktyabr.- S.12