“Estrada müğənnisi
deyilsən ki, cins şalvar geyinib mahnı oxuyasan”
Gülyaz Məmmədova:
“Muğam mənim canımdır”
“Dediniz ki,
yaradıcılıq qabiliyyəti
dayanırmı? Dayanmır.
Yaratmaq üçün
dopdoluyam. Yaşayıb
daha çox ifa etmək, tələbələrimə dərs
öyrətmək istəyirəm”.
Ucnoqta.az saytının qonağı
Respublikanın xalq artisti Gülyaz xanım Məmmədovadır.
- Uşaqlıq illərinizdən başlayaq…
- Uşaqlıq illərim çox gözəl keçib. Həyatmın ən şirin, ən qayğılı illəridir
o vaxtlar. Şəkidə
dünyaya göz açmışam, elə
orada da təhsil almışam. Unudulmaz illərdir.
- Necə uşaq
olmusunuz?
- Mən çox
sakit bir uşaq olmuşam. Gülyanaq xanım isə əksinə. O, çox çılğın
və şıltaq bir qız olub.
Təsəvvür edin,
qırmızı tut ağacından meyvəni dərib dodağına, yanağına suyunu çəkirdi və deyirdi ki, mən
müğənni olacağam.
Mən isə elə olmamışam. Tamamilə başqa-başqa
uşaqlar olmuşuq.
- Nə zaman
qərar verdiniz ki, xanəndə olacağam?
- Uşaqlıqdan musiqiyə marağım olub. Ailəmizdə həmişə xalq musiqilərinə qulaq asıldığından ruhum
milli musiqilərimizə
çox yaxın olub. Elə mən də qərar vermişəm ki, xanəndə olum. Səs çalarlarım muğam
sənətinə uyğun
olduğundan xanəndəlik
üzrə təhsil almışam. Bu sənəti çox sevirəm.
- Muğamdan söz düşmüşkən
muğam sizin üçün nə deməkdir?
- Deyəcəm, inanmayacaqsınız. Muğam
mənim üçün
hər şeydir. Muğam mənim canımdır, qanımdır.
Muğamla nəfəs
alıram, sanki. Muğam mənim həyatımdır. Baxın,
məni xalq artisti edən, insanlara tanıdan elə muğam olub. Muğam sayəsində mən bu gün ölkəmizi
təmsil edirəm.
- Bir az
da ailənizdən danışaq. Çoxları
deyir ki, sənət şəxsi həyatı, ailəni qurban verməyə vadar edir, hər
ikisini eyni anda tarazlaşdırmaq çətin məsələ
olur. Bəs sizdə vəziyyət necədir?
- Əlbəttə, çətin deyil. Başqalarını deyə
bilmərəm, amma mənim nə sənətim ailəmə,
nə də ailəm sənətimə
maneəçilik törətməyib.
O ki, deyirlər, ailəm sənətə görə dağıldı,
bu fikri qəbul edə bilmirəm. Əgər ailə dağılırsa,
dağılacaq. Deməli,
o ailəni davam etdirmək qismətində
yox imiş. Ailənin ailə kimi qalması, ailə münasibətlərinin
davam etməsi onun üzvlərindən asılıdır. Sənətin
bura heç bir dəxli yoxdur. Şükür ki, bu gün,
məndə hər ikisi qaydasındadır.
- Oğlunuz hazırda
nə ilə məşğuldur?
- Övladım Mədəniyyət və
İncəsənət Universitetinin
tar ifaçılığı
ixtisasını bitirib.
Sənətə sevgisi
çoxdur. Düzdür,
tarda ifa etmir, klassik gitara ilə mahnılar oxuyur. Yəni, hazırda müğənni kimi fəaliyyət göstərir.
Estrada müğənnisidir.
- Bir az
da 30 oktyabr tarixində baş tutacaq konsertinizdən danışaq...
- Konsert Heydər Əliyev adına
Sarayda baş tutacaq. Adı “İki qəlbin
nəğməsi”dir. Konserti
sırf muğam üzərində qurmamışıq,
çünki insanların
bəziləri muğamları
dinləmək istəyir,
bəziləri isə
xalq və bəstəkar mahnılarını.
Buna görə də repertuara xalq musiqiləri, bəstəkar mahnıları
da əlavə etmişik
ki, hər kəs zövq alsın.
- Konsert ideyasını hansısa təşkilatçı
irəli sürüb,
yoxsa özünüz?
- Xeyr, özümüz irəli sürmüşük.
Həmişə Gülyanaqla
deyirdik ki, Heydər Əliyev adına Sarayda
bir konsert verək. Amma qismət olmurdu.
İtkilər olurdu, nəsə
baş verirdi, qalırdı. Bunu da alın
yazısı ilə bağlayıram. Deməli, konsert
məhz bu ay keçirilməli imiş.
Konsertin adına
gəlincə, bir gün Alim müəllim
Nəbioğluna zəng
etdim ki, bizə ad deyin.
Anidən söylədi ki,
“İki qəlbin nəğməsi”. Bəyəndim, çox bəyəndim.
Gülyanağa da dedim, o da çox bəyəndi.
- Sarayda konsert vermək üçün
nə qədər vəsait lazımdır?
- Əlbəttə, çox
miqdarda vəsait lazımdır. Bunun dekoru var, ansamblı var, reklamı var, sarayın icarə haqqı var. Bunların hamısı maddiyyat tələb edir. Biz heç bir sponsor dəstəyi ilə konsert etmirik, yalnız öz gücümüzə bu konserti təşkil edirik.
- Çox nadir hallarda müsahibə verirsiniz. Elə bil mətbuatdan qaçırsınız.
- Bəli, çox az hallarda
müsahibə verirəm.
Çünki, dediyim fikri
ya təhrif edirlər, ya da başqa cür çatdırırlar. Xalq artistinin,
ümumən incəsənət
nümayəndəsinin üzərindən
reytinq qazanmaq istəyən bəzi saytlar var. Bu düzgün deyil. Sənət nümayəndəsinə dəyər vermək, onu qiymətləndirmək
lazımdır. Bəzən
dediyin fikrə elə başlıq verirlər, adam
peşman olur. Biz sənətçilər fikrimizi jurnalistlərə
deyirik, onu xalqa hansı formada çatdırmaq onların peşə etikasına aiddir. Yaxşı olar ki, bir
çox məqamlara diqqət yetirsinlər.
- Nə əcəb bizə müsahibə verməyə razılaşdınız?
- Çünki, qəzetin Xoşqədəm xanım
kimi bir rəhbəri var. Düşündüm
ki, işçiləri
də onun tək dürüst, düzgün olacaq. Komandanızı tanıdıqdan sonra
gördüm ki, elə düz fikirləşmişəm. Sizlər reytinq arxasınca qaçmırsınız. Yəni redaksiyanız üçün
başlıca məqsəd
sənətə dəyər
verməkdir. Bu isə mənə xoşdur. Sizin kimi jurnalistləri
görəndə adamın
ürəyi açılır,
üzü gülür.
- Muğam ifaçısı
olan qadınların bəlli geyim tərzi var-uzun ətək və qapalı geyim. Amma son vaxtlar gənc muğam ifaçılarının
geyim tərzində dəyişiklik var. Bunu necə qiymətləndirirsiniz?
- Düz deyirsiniz. Gənc ifaçıların müəyyən
bir qismi şalvarda efirə çıxırlar və
muğam oxuyurlar.
Belə olmaz. Bu muğama
hörmətsizlikdir. Muğam sənəti
gözəl və ona uyğun geyim tələb edir. Sən estrada müğənnisi
deyilsən ki, cins şalvar geyinib mahnı oxuyasan, sən xanəndəsən. Muğamı oxuyan bu sənətin
ağırlığını da dərk etməli və ona uyğun
da geyim nümayiş etdirməlidir. Amma təəssüf
ki, gənclərin bir qismi bunu
anlamır. İnşaAllah ki, bu müsahibədən
sonra geyimlərinə
diqqət yetirərlər.
- Yaradıcılıq qabiliyyəti
dayanırmı? Ümumiyyətlə özünüzə demisinizmi
ki, bəsdir?
- Xeyr deməmişəm. Əksinə,
yaratmaq üçün
dopdoluyam. Yaşayıb daha çox ifa etmək, tələbələrimə dərs
öyrətmək istəyirəm.
Sənətimdə “Leyli”yə bəsdir,
demişəm. Düzdür,
səhnədə yaş
yoxdur, orada səs və obraz öz sözünü
deyir, amma düşündüm ki,
“Leyli”ni gənclərə təhvil
verim artıq. Dediniz ki, yaradıcılıq qabiliyyəti dayanırmı?
Dayanmır. Günü bu gün belə
mahnıları ifa etməyə can atıram.
Yeter ki, repertuarımda mahnılar bol olsun.
- “Kaş bunu etməyəydim” cümləsini
çoxmu istifadə edirsiniz?
- Baxır, harada. İnsan bir səhv edəndə
deyir ki, kaş bunu etməyəydim.
Səhv hər kəsə məxsusdur. Səhvsiz insan
yoxdur. Ümumən mən özümə
tənqidi yanaşan insanam. Bu sənətimdə
də özünü
göstərir. Hansısa
mahnını nə qədər yaxşı oxuyuramsa da, oxuyum, yenə də deyirəm ki, kaş bir az da yaxşı oxuyardım. Bəzən elə anlar
olur ki, hansısa bir bəndi oxuyuram, deyirəm, kaş oxumayaydım.
- Kimsə sevmirsə, o yaşamır, sadəcə
nəfəs alır. Bu fikirlə razısınız?
- Razıyam. Sevginin növləri çoxdur.
İnsan
mütləq ki, onlardan biri ilə
yaşamalıdır. Deyirlər ki, dünyanı məhəbbət xilas edəcək. Düz deyirlər.
İnsanın qəlbində, nə
qədər sevgi, təmiz hisslər olsa, bir o qədər
də ətrafa işıq saçar.
Arzu edirəm ki, insanlarımız sevsinlər,
sevilsinlər.
- Gülyaz xanım, bu an ürəynizdən hansı ifa keçər ki, onu bizə oxuyasınız?
- Sevgidən söz düşmüşkən Gülyanaq
xanımın “Elə
belə yaşadım”
adlı mahnısını
ifa edim:
Öz əlimlə möhür vurdum ağladım,
Sevgi adlı məbədini bağladım,
Ürəyimdə bu sevgini saxladım,
Ömrü verdim əsən yelə yaşadım.
Bu mahnı çox
fərqli bir ifadır. Mahnıda sevgi münasibətləri
sonlansa da, insanın içindəki sevgi ölmür və orada ifaçı deyir ki, bax
mən bu ömrü o sevgi içində yaşadım.
- Elə sizin də içinizdə olan o sevgi heç
bir zaman ölməsin. Ölməsin ki, gözəl-gözəl
mahnılar səsinizdə
ifa olunsun. Dəvətimizi qəbul etdiyiniz
üçün çox
sağolun.
- Mən də başda Xoşqədəm
xanım olmaqla “Üç nöqtə” qəzetinin bütün əməkdaşlarına təşəkkür
edirəm.
Rövşən Tahir
Üç nöqtə.-
2019.- 29 oktyabr.- S.12