Uşağa mənəvi dəyərlər aşılamaq lazımdır

 

Əhməd Qəşəmoğlu: “Fiziki mənəvi stress şəklində məktəbə gələn uşaqlarla psixoloji baxımdan məşğul olmağa ehtiyac var

 

Uşaqların fiziki mənəvi inkişafında əsas rol oynayan amillərdə biri, demək olar ki, ən əsası məktəblərdir. Onların sağlam ruhda böyüməsi, gələcəyə inamlı olması, mənəvi fiziki cəhətdən inkişaf etməsi, onlara milli-mənəvi dəyərlərin  təbliğ olunması ən ümdə məsələlərdəndir. Bu işdə bütün sinif müəllimləri uşaqlara diqqət qayğı ilə yanaşmalı, onlarda vətənpərvərlik hisslərini formalaşdırmağı bacarmalıdır.

 

Mövzu ilə bağlıÜç nöqtə”yə danışan Sosioloq Əhməd Qəşəmoğlu məktəblərin uşaqların mənəvi fiziki inkişafında mühüm rol oynadığını nəzərə çatdıraraq deyir ki, ötən ilin noyabr ayında Azərbaycan Dövlət Pedaqoji Universitetində hazırladığı Milli Təhsil Konsepsiyasını təqdim edib. Bu konsepsiyada təhsillə bağlı demək olar ki, bir çox vacib məsələlər öz əksini tapıb: “Düşünürəm ki, indiki vaxtda orta məktəblərdə təhsil sistemi yenidən qurulmalıdır. bununla bağlı xarici ölkələrin çox gözəl təcrübələri var. Hazırladığım təhsil konsepsiyasında həmin xarici təhsil sistemini öyrənmişdim”.

 

Ə.Qəşəmoğlu hazırda təhsil sistemində diqqəti üç əsas məsələyə yönəltməli olduğumuzu qeyd etdi: Bunlardan birincisi, məktəblərdə təhsil alan uşaqlarımızın fiziki cəhətdən sağlam olmasıdır. İkinci məsələ isə, onların daxili aləmlərinin, mənəvi cəhtədən zənginləşməsidir. Üçüncüsü isə, uşaqlarda öz əməyinə, dərslərinə, fəaliyyətinə yaradıcı bir münasibətin formalaşmasıdır. Bu üç meyar olanda ölkədə tərəqqi olur. təhsil tərəqqiyə xidmət etməlidir”.

 

Sosiolqun fikrincə, məktəblərdə uşaqların fiziki sağlamlığı istiqamətində aparılan işlər o qədər ürəkaçan deyil burda ciddi, sistemli getmir: “Sovet dövründə məktəblərdə bədən tərbiyəsi dərsləri indikinə nisbətən daha məzmunlu keçirdi. Lakin indi o vaxtkı kimi bədən tərbiyə dərsləri yoxdur. Biz eyni zamanda məktəblərin yeməkxanalarında uşaqların yaşı üçün mühüm onların sağlam olması üçün lazım olan qidalara da diqqət vermirik. Məktəblərdə satılan qidaların demək olar ki, əksəriyyəti kommersiya məqsədinə xidmət edir. Burda uşaqlara qayğıdan söhbət gedə bilməz onların fiziki sağlamlıqlarının qayğısına qalmırlar. Təəssüf ki, evdə valideynlər bu məsələlərə diqqət yetirmirlər. ailələrimizin 80 faizində problemlər mövcuddur. Evlənənlərin 25-27 faizi boşanır təbii ki bundan iki dəfə artığı isə səhərdən-axşama kimi bir-biri ilə dalaşır, bütün günü mbahisəli vəziyyətdədirlər. Cəmi 20 faiz normal ailədən orda böyüyən uşaqlardan söhbət gedə bilər. ailələrin belə problemli olması uşaqların həm mənəvi fiziki inkişafına, həm psixologiyasına zərbə vurur. fiziki mənəvi stress şəklində məktəbə gələn uşaqlarla psixoloji baxımdan məşğul olmağa ehtiyac var. Lakin təəssüf ki, məktəblərdə bu istiqamətdə yoxdur. Uşaqların evdə yaşadıqları bu problemlərlə bağlı məktəblərdə hər hansı profilaktik bərbaedici tədbirlər görülmür. Yəni məktəblərdə bu sahədə boşluqlar var. Uşaqlarımızın yeniyetmələrimizin sağlamlığına diqqət hələlik arzuolunan dərəcədə deyil”.

 

Uşaqların mənəvi fiziki inkişafında müəllimlərin rolunun daha vacib olduğunu vurğulayan Ə.Qəşəmoğlu bildirdi ki, məktəbdəki müəllimlər uşaqlara qayğı yanaşma baxımından müxtəlif qruplara bölünə bilərlər: “50 il bundan əvvəlki Azərbaycan müəlliməsi ilə indiki müəllimlər eyni deyil. Mərhəmət hissi olan müəllimlərimiz uşaqlarda milli maraqları formalaşdırmağa çalışırlar. Amma bu hamısında yoxdur. Bəziləri bu məsələlərə başdansovdu yanaşırlar. Hətta bir sıra məktəblərdə müəllimlərin uşaqlardan maddi maraq güddüklərinin şahidi oluruq. Bu zaman da həm uşaqlara mənəvi zərbə dəyir, həm müəllimin fikri, diqqəti öz maraqlarına yönəlir. beləliklə nəticə olaraq uşaqların fiziki mənəvi cəhətdən sağlamlaşmasına maneə yaranır”.

 

Ə.Qəşəmoğlu bildirir ki, uşaqların məktəblərdə fiziki mənəvi inkişafının formalaşmasında əsas görülməli işlərdən biri onlarda vətənpərvərlik hisslərinin düzgün şəkildə formalaşdırılmasıdır: “Çünki hazırda qloballaşmanın sürətlə getdiyi, gənclərimizin xarici informasiya şəbəkələrinin təsirinə məruz qaldığı   dünyada mürəkkəb proseslərin baş verdiyi bir vaxtda ölkəmizdə əhali, xüsusilə uşaqlar gənclər arasında vətənpərvərlik hisslərinin yüksək olmasına çalışmaq lazımdır. Təbii ki burda da əsas məktəblərin dərs keçən müəllimlərin üzərinə düşür. Vətənpərvərlik hissi yüksək olanda insan öz əməyinə diqqət yetirir. Vətən üçün yaxşı mütəxəssis olmağın vacibliyini anlayır. Ona görə qloballaşma sürətləndikcə, özümüzü müdafiə necə deyərlər immunitet möhkəmləndirilməsi üçün vətənpərvərliyi daha da gücləndirməliyik.

 

Təəssüf ki, bu gün ölkədə maarifləndirmə ilə bağlı da problemlər var. Uşaqların maarifləndirilməsi elmi əsaslara uyğun şəkildə aparılmalıdır. Uşaqların psixolgiyasına xüsusi diqqət yetirilməlidir. Çünki hər uşağın informasiya qəbul etmə xüsusiyyəti fərqli olur. Bu baxımdan çalışmaq lazımdır ki, görülən bütün işlər elmi əsaslara söykənsin. Bunun üçün ümumi ortaq əsasnamə hazırlanmalı məktəblərə təlimat verilməlidir. Təəssüf ki, bu istiqamətdə işlər hələ lazımı səviyyədə deyil”.

 

Uşaqlarla davranış qaydalarında danışan Ə.Qəşəmoğlu deyir ki, indiki cəmiyyət get-gedə elə mürəkkəbləşir ki, uşağaolmazsözünü belə demək mümkünsüz olub: Gərək valideyn çalışıb uşağını buna inandırsın. Əgər uşağın problemi onun mühitindədirsə onu inandıraraq mühitini dəyişmək olar. Əgər uşaq bütün günü məhlədədirsə, yaxud məktəbdə valideynin istəmədiyi bir uşaqla yoldaşlıq edirsə onaArtıq yoldaşlarınla oynamayacaqsan” -  kimi ifadələr səsləndirmək düzgün deyil.  Mühitini dəyişməyin yolları var. Bunu valideyn uşağa deməsən, onun qabiliyyətinə uyğun bir yerə aparmaqla edə bilər.  beləliklə uşaq özünə həmfikir olan uşaqlarla daha yaxın olacaq. Uşağa mənəvi dəyərləri daha çox aşılamağa çalışmalıyıq. Yəni o insan mənəviyyatla bağlı məsələlərdə daha çox təmasda olsun bu dəyərlər onun həyatında daha çox rol oynasın. Bu işdə təbii ki məktəbin məktəb müəllimlərinin üzərinə böyük düşür”.

 

Sosioloqun fikrincə, uşaqların həyatında mühüm rol oynayan məsələlərdən biri onların sabaha inamının olmasıdır: “Məktəb müəllimləri valideynlər uşaqlarını gələcəklə bağlı planlar qurmalarına, böyük adam olmalarını düşündürəcək məqsədləri qarşılarına qoymağa şərait yaratmalıdırlar. Bu istiqamətdə uşağa fikirlər aşılamaq, böyük şəxsiyyətlər haqqında danışmaq olar. Yaxud mənəviyyatla bağlı yaxşı söhbətlər etmək olar. Bəzən məktəb müəllimləri valideynlər deyir ki, filan uşaq çətin tərbiyə olunur. Amma belə deyil. Ümumiyyətlə, çətin tərbiyə olunan uşaq yoxdur, düzgün tərbiyə olunmayan uşaqlar var. Biz ona görə çətin tərbiyə olunan uşaqlar deyirik ki, özümüz o metodları bilmirik. Biz metodları yaxşı bilməyəndə çətinlik çəkirik. Uşaqlarla onların dili ilə danışmağa çalışmaq onların potensialını lazımi istiqamətə yönəltmək onların mənəvi, psixoloji cəhətdən inkişaf etməsi üçün əlimizdən gələni əsirgəməməliyik”.

 

Qeyd edək ki, gələcək nəslin sağlam formalaşması istiqamətində hərtərəfli addımların atılması vacibdir. Uşaq gənclərin fiziki mənəvi inkişafında mühüm amillərdən biri məhz onların həyata psixoloji cəhətdən sağlam, hazırlıqlı olmasıdır. Hamımıza məlumdur ki, uşaqların fiziki mənəvi inkişafında məktəblər əhəmiyyətli rola malikdir. dövlətimiz tərəfindən təhsil sahəsində uşaqların inkişafı üçün bir çox işlər həyata keçirilir. Ötən il AzərbaycandaTəhsil haqqındaQanuna edilən dəyişikliklər uşaqların sağlam ruhda böyümələri mənəvi cəhətdən daha düzgün inkişafına şərait yaradır.

 

Könül Oruc

Üç nöqtə.- 2019.- 28 sentyabr.- S.10