Xalq artisti Firəngiz
Əlizadənin “İntizar”
operası nümayiş
olunub
20 Yanvar - Ümumxalq
Hüzn Gününə
həsr edilmiş tədbirlərdən biri də Akademik Opera və Balet
Teatrının səhnəsində
nümayiş edilən
Xalq artisti Firəngiz Əlizadənin
“İntizar” operası
olub.
AZƏRTAC xəbər verir ki, 11 il
bundan əvvəl yazılmış əsər
özündə Azərbaycan
xalqının fikir və arzularını, vətənpərvərliyini və
qələbəyə olan
inamını tərənnüm
edir. Operanın libretto müəllifi, akademik Nərgiz Paşayevadır.
Əsərdə əvvəlcə xoşbəxt
ailəni görürük.
Bütün hisslər
və niyyətlər
Arif ilə Mələyin qarşıdakı
toyuna yönəlib. Lakin Vətənimizin başı üzərini alan qara buludlar
bu sadə və gözəl insanların ümid və arzularını həyata keçirməyə
imkan vermir. Şəhərlər və
kəndlər, çiçəkləyən
bağçalar, ailə
yuvaları dağıdılıb.
Hər şey xaosa və tənhalaşmaya
məruz qalıb. Nişan mərasimində
“Qarabağ şikəstəsi”ni
ifa etməsiylə yadımızda qalan ailənin kiçik övladı – gələcək
Xilaskardan başqa bütün üzvləri
həlak olur.
Operanın musiqisi
ilk notlardan özünün dramatikliyi,
lirik melodiyanın gözəlliyi, möhtəşəm
xor səhnələri,
orkestrin ustalığı
ilə insanı ələ alır. Səhnədə baş verən
faciəli hadisələri
İnarə Babayeva (zərif Mələk), Fərid Əliyev (Coşğun Arif), Əkrəm Poladov (alicənab Seyid kişi), Qərinə Kərimova (ailənin anası, sədaqətli və qayğıkeş Əsli) bütünlüklə
dərindən hiss edərək öz opera obrazlarını yaradıblar. İlham Nəcəfovun ifasında
Gəlmə və Fəhmi Əhmədlinin ifasında İtkin mənfi obrazları da təsir bağışlayırdı.
Yaralı kəndçinin
rolunu bütün illər ərzində Tural Ağasıyev dəyişməz və gözəl ifa edir.
Tərkibində yeni, gənc ifaçıların olmasına
baxmayaraq, teatrın xoru (xormeyster - Sevil Hacıyeva) da özünü yaxşı nümayiş
etdirib. Müasir operanın bütün bu mürəkkəb və çoxtərkibli “orqanizmi”ni coşqunluq və yüksək peşəkarlıqla teatrın
musiqi rəhbəri və baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edirdi. Səhnə əsərinin quruluşçu
rejissoru, Əməkdar
incəsənət xadimi
Hafiz Quliyev idi.
F.Əlizadənin “İntizar” operası
yazıldığı 2007-ci ildən bir neçə dəfə dəyişdirilib: opera, həmçinin konsert ifası formasında (dirijor – Xalq artisti Fəxrəddin Kərimov), Heydər Əliyev Sarayının səhnəsində tanınmış
opera rejissoru, Rusiyanın Xalq artisti Dmitri Bertmanın rəngarəng
əfsanəvi təqdimatında da nümayiş
etdirilib. Son versiya əsasında film-opera akademik Nərgiz Paşayevanın
rəhbərliyi ilə
Heydər Əliyev Fondunun layihəsi əsasında yaradılıb.
Azadlıqsevər Azərbaycan
xalqının faciəli
və unudulmayan tarixi səhifələrinə
həsr edilən “İntizar” operasının
bu müxtəlif interpretasiyaları bir daha əsərin hələ də tükənməyən yaradıcı
potensialını nümayiş
etdirir
Üç
nöqtə.- 2019.- 22 yanvar.- S.12