Bakıda ilk
dəfə İtaliya-Azərbaycan
Beynəlxalq Film Festivalı keçiriləcək
Yanvarın 25-dən etibarən Bakı ilk dəfə İtaliya-Azərbaycan Beynəlxalq
Film Festivalına ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, festival
Mədəniyyət Nazirliyi,
film istehsalı şirkətləri olan “İmago Group”, “United Cultures” və “Sandro Teti Editore”nin birgə dəstəyi ilə reallaşacaq. Festival İtaliya və Azərbaycan kino sənayesinin keçmişi, bu gününü və gələcəyini təbliğ
etmək məqsədi
daşıyır.
İtaliyanın Azərbaycandakı səfirliyi,
Nizami Kino Mərkəzi və “The Landmark” tərəfindən
dəstəklənən festival
hər iki ölkənin bir sıra elmi mərkəzləri ilə
əməkdaşlıq çərçivəsində
təşkil olunacaq. Yanvarın 30-dək davam edəcək festival çərçivəsində seçilmiş 15 müasir
film nümayiş olunacaq. Təqdim olunan nominasiyaların qalibləri xüsusi hazırlanmış “Zoroaster
award” ilə mükafatlandırılacaq.
“La Piovra” serialında canlandırdığı Tano
Cariddi obrazı ilə keçmiş sovet regionunda məşhur olan aktyor və rejissor Remo Girone
mükafatlandırma mərasiminə
rəhbərlik edəcək,
italyan ssenari müəllifi və rejissoru Claudio Rossi Massimi isə
festivalın bədii rəhbəri kimi çıxış edəcək..
Üç
nöqtə.- 2019.- 22 yanvar.- S.12.