Amerikanın Azərbaycan sevdası
ilə yaşayan yəhudi şairi
Köhnə kişilərə xas olan əzəməti, onda da gördüm.
O qədər mehriban,
istiqanlı idi ki, bircə dəfə də olsun sözünü kəsməyə qüdrətim
çatmadı. Ağsaqqal
düşüncəsi, ağayana
kəlmələri ilə
məni məftun etmişdi. Səsinin ahəngi sanki bir həzin musiqi kimi ruhumu
sehirləmişdi. Bütün
gəncliyini dağ kəndlərində keçirdiyindən
dağ saflığı
hələ də onu tərk etməmişdi.
O qədər doğma
görünürdü ki,
elə bil onu çoxdan, lap çoxdan tanıyırdım…
Haqqında söhbət
açdığım Raşbil
Şamayev milliyətcə
dağ yəhudisi olsa da, Azərbaycanımızın
təbliği yolunda xeyli əziyyətə qatlaşıb, zəhmət
çəkib...
O, 1935-ci ildə
Quba rayonunda, Qırmızı qəsəbədə
dünyaya gəlib.
1953-cü ildə orta
məktəbi başa
vurduqdan sonra Azərbaycan Xarici Dillər İnstitutuna qəbul olunub. 1957-ci ildə oranı bitirərək az müddət Dəvəçidə
müəllim işləyib.
Sonra üç ilə yaxın əsgəri xidmətdə
olub. Vətənə
dönəndən sonra,
əvvəlcə Dəvəçi,
sonradan isə Quba rayonlarında çalışıb. Müəllimlikdən dərs hissə müdiri vəzifəsinədək
yüksəlib. 1975-ci ildə
Azərbaycan Maarif Nazirliyi müəllimlik fəaliyyətini nəzərə
alaraq, ona “Qabaqcil Maarif Xadımı” fəxri adını verib. 2009-cu ildən "Azərbaycan Yazıçılar Birliyinin
fəxri üzvü"
adına və diplomuna layiq görülüb…1995-ci
ildən ABŞ-ın
Nyu York ştatının Bruklin şəhərində yaşayır.
O, burada fəaliyyət
göstərən "Qafqaz
Yahudiləri Cəmiyyəti"nin
ağsaqqallar şurasının
sədridir…
Amerikaya gəlməzdən
öncə Nizami Gəncəvinin, Ömər
Xəyyamın, Səməd
Vurğunun, Bəxtiyar
Vahabzadənin şeir
və poemalarından ibarət, öz doğma dilində kitab nəşr etdirib. Dövri mətbuatda tez-tez
şeirləri ilə
oxucularının görüşünə
gəlib. Ümumiyyətlə,
dörd kitabı işıq üzü görüb- "Yeni bəhrələr gətirdi",
"Həyat nağıldır",
"Hər ağacdan
bir budaq" və "Səndən uzaq yaşasam da"...
Əlimə sonuncu şeirlər kitabı düşmüşdü.
Bu kitab Azərbaycan sevgisi, vətən həsrəti
ilə yazılmış
əsərlərdən ibarətdir.
Adam bu şeirləri
oxuduqca, özünə
də doğma olan, bu həsrəti
qəlbində yaşadan
şairi bağrına
basmaq istəyir…
Vətən həsrəti bir
an belə onu rahat buraxmayıb.
Təmsil olunduğu təşkilatın
xətti ilə Nyu Yorkda Azərbaycan
naminə xeyli işlər görüb.
Rəsmi
və milli bayramlarımızda Tomris Azərinin rəhbərlik
etdiyi "Azərbaycan
Amerika Cəmiyyəti"
ilə birlikdə müxtəlif tədbirlər
həyata keçirib.
Sonuncu tədbirləri
31 dekabr Dünya Azərbaycanlılarıın Həmrəyliyi
gününə həsr
olunub…
2003-cü
ildə təsis olunan "Noviy Rubej" (www.newfront.us) adlı
qəzetdə rus, yəhudi, Azərbaycan, ingilis dillərində yazıları ilə Azərbaycanı tərənnüm
edir…
…Ömür-gün yoldaşı
Brilliant xanımla birlikdə
beş övlad
böyüdüblər. Övladlarından biri 2015-ci ildə, 52 yaşında vəfat edib. Bir qızı, bir
oğlu onunla eyni şəhərdə yaşayır. Oğlu metroda
mexanik, qızı isə şirkətlərin
birində mühasib vəzifəsində çalışır.
Ondan ayrılarkən mətbuat
üçün ailəvi
şəkilini istədim.
Üzr istəyib dedi ki, oğlu
dünyasını dəyişəndən
sonra ailəvi şəkillərinin heç
birini üzə çıxarmır…
Bəli, uzaq Amerikanın Nyu York ştatında ömrünün 84-cü ilini
yaşayan bir ağsaqqal şair var. Gedəndə özüylə
apardığı Azərbaycan
sevgisini hələ də ürəyində yaşadır. Ona möhkəm can sağlığı,
ağrı-acısız günlər
arzulayıb, "Səndən
uzaq yaşasam da" şeirindən bir bəndi sizinıə bölüşərək söhbətimi
yekunlaşdırıram:
Azərbaycan torpağının səxavətli
balasısan,
Könülləri şadlandıran övladların
anasısan,
Ürəyimin guşəsində həmişəlik
qalasısan,
Sizdən
uzaq yaşasam da düşünürəm sizi
hər an,
Gözəl Bakı- məhəbbətim
Azərbaycan, Azərbaycan!
Elman Eldaroğlu
Üç
nöqtə.- 2019.- 29 yanvar.- S.4.