Ölümü ilə barışmayıb öz külündən doğulan səməndər quşu

 

Səbinə Məmmədova: “Yenidən başlamaq üçün ölməliyəm

 

Tənha qalanda özüm oluram. Mənim əgər hansısa insanla bir problemim varsa belə, yenə tənha qalıb özümü günahlandırıram. Təklik yaxşıdır, o zaman düşünürəm, müəyyən qərarlar verirəm, nəticələr çıxarıram”. “Üç nöqtəqəzetinin qonağı Gənc Tamaşaçılar Teatrının istedadlı aktrisası Səbinə Məmmədovadır.

 

-Həyatın döyüşlərində çox məğlub olmusunuz ?

-Maraqlı sualdır. Mən hələ gəncəm, həyatın döyüşləri ilə bir o qədər üz-üzə qalmamışam. Düzdür, nələrsə olub ki, uduzmuşam, amma sonradan əldə etdiyim hansısa bir uğurum o məğlubiyyəti kölgədə qoyub. Suala cavabım isə, xeyr, çox da uduzmamışam.

 

-Gecələri sevən insan, sizcə, niyə həm səhərlərin açılmağını gözləyir ?

-Hər gecənin bir sabahı var. Gecələri sevən insan növbəti gecənin gəlməsi üçün səhərlərin açılmağını gözləyir. Gecələri mən sevirəm, ondan ötrü ki, bütün günü yaşadıqlarımı təklikdə analiz edə bilirəm.

 

-Yaşamadığınız, lakin insanların yaşadıqları müxtəlif həyatları canlandırmaq çətindir ?

-Bilirsiniz, elə bir rol, obraz mümkün deyil ki, aktyorun özünün həyatından hansısa bir ştrix olmasın onda. Elə sizin sevdiyinizMən öləndə ağlamatamaşasından deyim. Demirəm ki, “Leyla”nın həyatını yaşamışam, amma o tamaşada bir cümlə deyirəm, ölümü ilə barışmayıb öz külündən doğulan səməndər quşu. Bu mənim həyat devizimdir. O səməndər quşu Səbinədir. Bəli, mən hər gün ölürəm yenidən dirilirəm. Mənim bir barmağım yanıb, bu barmaq xeyli müddətdir ki, sağalmaq üçün mübarizə aparır. İlan qabığını dəyişməsə, yaşaya bilməz. Nitşenin fəlsəfəsidir bu. Ölürük ki, dirilək. Mən yenidən başlamaq üçün ölməliyəm, özümü öldürməliyəm.

 

-Deməli, çox ölüb-dirilirsiniz...

-Bəli, çox olur. Deyim ki, hər gün ölürəm, bu yalan olar. Elə gün olur, gün ərzində bir neçə dəfə ölüb dirilirəm, elə gün isə olur ki, heç ölmürəm. Bunu da əlavə edim ki, yatanda da ölürəm. Ümumiyyətlə, yuxu yarı ölüm halıdır, ölürük dirilirik. Amma dirilməyə bilərik. Sabah olmaya da bilər.

 

-Hansısa rolu canlandıranda heç daxili dünyanız didilib-parçalanır ?

-Belə obrazlar var. “Leyli MəcnuntamaşasındaLeyliobrazım var ki, həqiqətən, o, məni məhv eləyir, öldürür. Sonra yenə dirilirəm. Dirilirəm ki, başqa bir rolu canlandırım. “Cəhənnəm məktublarıtamaşasında da, həmçinin. Bir tamaşa var, “Arzu Murad”. Orada da “Arzuölür sonra yenidən dirilir. Çətindir. Sizə deyim ki, indiyə qədər bir dəfə texniki ağlamamışam, rolu hiss edib göz yaşlarımı axıtmışam.

 

-Tamaşaya hazırlıq prosesində obrazı tamaşaçıya təqdim etdiyiniz gündəki kimi duyursunuz ?

-Bu sualı aktyor sənətinin dili ilə izah edim. Çexovun belə bir ifadəsi var: “aktiv gözlənti”. Əgər sən bir rolu məşq edəndə o “aktiv gözləntisəni bürüyürsə, deməli, o rol alınacaq. Elə bilin ki, zərrə-zərrə nəyisə ərsəyə gətirirsən. Yəni nəyi deyirəm, çalışıram, obrazı mükəmməl canlandırım, onun üçün məşqlərə ciddi yanaşıram. Amma bir şey var. Hər tamaşa bir-birindən fərqləndiyi kimi, hər məşq bir-birindən ya tamaşanın təqdimat günündən fərqlənir. Bir , görürsən, məşq zamanı elə gözəl bir şey edirsən ki, deyirsən, kaş bu təqdimatda da belə ola, lakin olmur. Düzdür, tamaşaçı səndən zövq alır, ancaq sən özündən razı qalmırsan.

 

-Oynadığınız bir rolu yenidən canlandırırsınız. O zaman həmin rolun təkmilləşməsi baş verir ? Məsələn, “Mən öləndə ağlama”nınLeyla”sında ?

-İlk olaraq onu deyim ki, ayın 10-nu bu tamaşa ilə Türkiyədə beynəlxalq festivala qatılacağıq. Allahın izni ilə 9-cu dəfəLeyla”nı canlandıracam. İndi sualınıza cavab verim. Bəli, rolun təkmilləşməsi baş verir. Sizə bir şey deyim ki, tamaşa tamaşaçı ilə bişir. Axırıncı, yəni 8-ci dəfə bu obrazı canlandıranda hiss edirdim ki, tamaşaçılar qorxurlar məndən. Mən tamaşaçıya tərəf gedirdim, onlar məndən çəkinirdilər. Elə bilirdilər ki, həqiqətən ruhi xəstəyəm. Bu bütün rollarımda belədir. Ona görə deyə bilərəm ki, hansısa rolu dəfələrlə canlandıranda o rol bir az da təkmilləşir. Amma bunun üçün iki şey vacibdir, birincisi, məsuliyyət, ikincisi, diqqət. Bunlar oldusa, rol daha da uğurlu olacaq.

 

-Dediniz ki, tənha qalırsınız...

-Bəli, çünki tənha qalanda mən özüm oluram. Mənim əgər hansısa insanla bir problemim varsa belə, yenə tənha qalıb özümü günahlandırıram. Təklik yaxşıdır, o zaman düşünürəm, müəyyən qərarlar verirəm, nəticələr çıxarıram.

 

-“Mən”inizlə tez-tez vuruşursunuz ?

-O qədər vuruşuram, sayı bəlli deyil. “Mən”imdən söz düşmüşkən deyim, mən o insanlarla rahat ola bilirəm ki, mənim sevdiyimmən”i üzə çıxara bilirlər ya bunun üçün cəhd göstərirlər.

 

-Doğulmayan Səbinələr çoxdur ?

-Bəlkə, sevəcəyim birisi olsa, ondan ortaya çıxacaq, bəlkə, gələcəkdə övladım dünyaya gələrsə, ondan doğulacaq, “fədakar anahissləri formalaşacaq məndə, bunu deyə bilmərəm, amma bir şeyi bilirəm ki, mənə elə gəlir ki, bəli, doğulmayan Səbinələr çoxdur.

 

-Dərdinizi heç kimə deməyin, çünki...

-Bilinmir, o dərdin oduna kim bir az da kömür atacaq, kim yox. Dərdlərimi kiməsə demirəm, ondan ötrü ki, kimisə yükləmək istəmirəm. Düzdür, böyük bir dərdim yoxdur, Allah verməsin . O zaman dərdim olar ki, valideynlərimin sağlamlığı yerində olmaz. Allah bu dərdi mənə verməsin.

 

-Sevgi əzablı bir şeydir. Bəs biz niyə sevirik ?

-Sevgi gözəl bir şeydir. Bəlkə biz xalq olaraq çox emosianalıq deyə, sevgiyə soyuqqanlı yanaşa bilmirik, hisslərimizi daha çox biruzə veririk buraya əzab da daxildir. Mən bir şeyi bilirəm, sevgi bambaşqa bir şeydir.

 

-Qadın olmaq çətindir ya kişi ?

-Mənim üçün kişi olmaq daha çətindir kişilik missiyası daha məsuliyyətlidir. Allah belə birinci Adəmi yaradıb, yəni kişi qadından bir neçə saniyə öncə dünyaya gəlib. İstənilən halda, mənə görə, kişi qadından daha üstündür.

 

-Bu gün nəyi etiraf etmək sizə ağır olar ?

-“Sevmisənmi ?” sualına cavabı etiraf edə bilmərəm. Ağırdır mənə. zamansa düşünmüşəm ki, mən sevmişəm, ancaq indi baxıram ki, xeyr, heç sevməmişəm.

 

-Arzu gəminizin mayakı haradadır ?

-Teatr (xüsusi intonasiya vurğu ilə deyir). Mən heç bir zaman teatr qala-qala şəxsi həyatımla bağlı nəyisə düşünməmişəm. Əksinə həmişə nələrisə qurban vermişəm. Mən bütün arzularımı teatrda gerçəkləşdirirəm orada xoşbəxt oluram.

 

-Qurbanlara görə peşimansınız ?

-Qətiyyən deyiləm. Əldə etdiyim uğurlara baxanda sevinirəm, yaxşı ki, qurban vermişəm. O qurbanların sayəsində mən bu gün müsahibə verirəm. 2 ay qaranlıq otaqdaMən öləndə ağlamatamaşasını məşq elədim, siz gəldiniz, tamaşaya baxdınız, obrazı bəyəndiniz məni müsahibəyə dəvət etdiniz. Baxın, əgər mən boş-boş gəzsəydim, siz məni görəcəkdiniz, sizin müsahibiniz olacaqdım.

 

-Uçuruma doğru getdiyiniz anda geri qayıda bilirsiniz ?

-Uçurumu heç sevmirəm. Çalışıram ki, getməyim . Amma olub, o zaman isə geri qayıtmışam. Uçurumdan geri qayıdan da belə özümü günahkar sayıram, kimlərisə yox ki, məni ona doğru apardı. Bax o zaman da özümü danlayıram.

 

-Təsadüf ya zərurət ?

-Mənə görə, hər bir təsadüf zərurətdən doğur. Heç bir şey təsadüfi deyil. Kiməsə yol verməyin belə təsadüfi deyil. Ona görə zərurət deyirəm.

 

-Səbinə xanım, sonuncu sualı verim. Hazırda hansısa seriala çəkilirsiniz ?

-ARB Tv-də yayımlananAtılmışlarserialına çəkilirəm. Serila yayda təklif almışam. İstedadlı rejissor Elvin Rüstəmzadənin ekran işidir.

 

Rövşən Tahir

 

Üç nöqtə.-2020.-  4 fevral.- S.12