Konstitusiya hər kəsə tibbi yardım almaq hüququ verir
Azərbaycan Konstitusiyanın 41-ci maddəsində birbaşa göstərilir ki, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ var. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür. Sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.
Az
kons 31997-ci ildən qüvvədə olan “Əhalinin
sağlamlığının qorunması haqqında” qanunun
3-cü maddəsində əhalinin
sağlamlığının qorunması sahəsində
dövlətin vəzifələri daha konkret sadalanıb. Buraya
sağlamlığın qorunması sahəsində dövlət
proqramlarının hazırlanması və həyata
keçirilməsi, səhiyyə sisteminin
təşkili qaydalarının və fəaliyyətinin, məcburi
sığorta üzrə sığorta məbləğinin və
sığorta haqqının ödənilməsi
qaydasının müəyyənləşdirilməsi,
dövlət səhiyyə sisteminin maliyyələşdirilməsi,
əhalinin xüsusi qrupları üçün tibbi, sosial yardım göstərilməsinə təminat
verilməsi, ailənin, valideynlərin və uşaqların
mühafizəsi daxildir.
Qanunun 10-cu maddəsində isə vətəndaşlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının qorunması hüququnun olduğu göstərilir. Qanuna görə Azərbaycan vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur. Yalnız bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla pullu ixtisaslaşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Bu qanunun 59-cu maddəsi isə sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə tibb və əczaçılıq işçilərinin məsuliyyətini müəyyən edir. Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Azərbaycanda ildə
təxminən 1200-1300 uşağın ürək cərrahiyəsinə
ehtiyacı olur
Səhiyyə Naziliyinin
2018-ci üzrə illik hesabatında
göstərilir ki, 2011-ci ilin
martından başlayaraq Elmi
Cərrahiyyə Mərkəzində açıq ürək əməliyyatlarının
icrasına başlanılıb. 2014-cü ildə isə hətta
birgünlük körpə üzərində
də açıq ürək əməliyyatı
aparılıb.
Səhiyyə
Nazirliyindən verilən məlumata görə, 2018-ci ildə
uşaqların 90 faizdən çoxu müayinələrə
cəlb olunub. Tibbi müayinədən keçirilən
uşaqların 5,5 faizi sağlamlıq vəziyyətinə
görə dispanser qeydiyyata
götürülüb, 1,2 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub. İl ərzində dövlət hesabına
998 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub ki,
onlardan 246-sı uşaqlardır. Xəstələrə
1686 angioqrafiya müayinəsi
aparılıb. Onlardan 633 nəfərə
angioplastika əməliyyatı icra olunub.
Akademik
Mustafa bəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin
Uşaq Ürək Cərrahiyyəsi şöbəsinin
müdiri Elnur Həsənov deyir ki, Mərkəzinin pasientləri
3 günlük uşaqlardan 15 yaşına qədər olan
uşaqlardır: “Ölkəmizdə hər il təxminən
1250 uşaq ürək qüsuru ilə doğulur. Uşaqlarda anadangəlmə ürək qüsurunun əsas səbəbi isə
hazırlıqsız hamiləlik və qohum
evliliyidir. Mərkəzdə il ərzində 500-dək uşaq
üzərində açıq və qapalı ürək əməliyyatı
aparılır. Amma bu
elə də böyük rəqəm deyil. Azərbaycanda ildə təxminən
1200-1300 uşağın ürək cərrahiyəsinə
ehtiyacı olur. Bu isə
o deməkdir, hər il
təxminən 700-800 uşaq keçir növbəti ilə. Demək
artıq sonrakı il xəstələrin
sayı 2000-2500 olacaq. Amma
hər bir halda mərkəzə
müraciət edən bütün uşaqlar müayinə olunaraq
diaqnoz qoyulur. Sonra Səhiyyə Naziliyində yaradılan müvafiq komissiyada xəstələrin
sənədləri nəzərdən keçirilir
və əməliyyat zəruriliyi müəyyənləşdirilir.
Amma ümumilikdə hər bir müraciət edən xəstə növbəyə
götürülür. Elə ürək
qüsuru var ki, onların əməliyyatı təcili deyil. Həmin xəstələr növbəyə
götürülür və müəyyən
edilən zamanda əməliyyat olunur. Hansısa uşaqda
isə əməliyyat zəruriliyi varsa, dərhal
əməliyyat olur”.
Azərbaycan
Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının
kardioloqu Qalib İmanov isə mediaya açıqlamasında
bildirir ki, son illər ürək-damar xəstəlikləri
dünyanın əksər ölkələrində
artmaqdadır: “Rəsmi statistikaya görə, ürək xəstəliklərindən
ölənlərin sayı şiş xəstəliklərindən
dünyasını dəyişənlərlə müqayisədə
iki-üç dəfə çoxdur. Azərbaycanda,
xüsusən cənub bölgələrində anadangəlmə
ürək xəstəlikləri ilə doğulan
uşaqların sayı daha çoxdur. Bu da həmin bölgələrdə qohum evliliyinin daha çox olmasından
irəli gəlir. Xəstəlik nə qədər tez aşkarlansa və
müalicə alsa, müalicə də bir o qədər effektiv olur”.
Vəkil Aqil Layıcov isə diqqəti dövlətin vətəndaş qarşısında pozitiv öhdəliklərinə yönəldir: “Dövlətin əsas öhdəliklərindən biri vətəndaşların sağlamlığını qorumaq və keyfiyyətli tibbi xidmət ala bilmək imkanlarını təmin etməkdir. Bu ilk növbədə Azərbaycan Konstitusiyanın 41-ci maddəsinin tələbidir. Dövlətin vətəndaş qarşısında pozitiv öhdəliyi var ki, onun ərazisində yaşayan bütün insanları keyfiyyətli tibbi xidmətlə təmin etsin. Dövlətin iqtisadi və sosial gücü yetərli olmasa da, bunu etməlidir. Hətta ölkədə hansısa zəruri tibbi xidmət üçün şərait yoxdursa, ehtiyacı olan şəxs belə xidmətin olduğu ölkəyə göndərilməlidir. Əməliyyat zərurət meyarına görə tənzimlənməli olduğundan növbəlilik deyilən məsələ vətəndaşı gözlətmək üçün bir versiyadır. Bununla bağlı hər hansı normativ akt yoxdur. Əgər daxili təlimat da varsa, bunu Səhiyyə Nazirliyinin saytında yerləşdirmək lazımdır. Növbədə neçə xəstənin olması isə dövləti məsuliyyətdən azad etmir. Sabah xəstənin başına hansısa iş gələrsə, dövlətin növbədə neçə xəstə var idi arqumenti keçərli olmayacaq”.
İcbari Tibbi
Sığorta tətbiq olunan rayonlarda anadangəlmə ürək qüsuru olan 27 uşaq əməliyyat olunub
Əksər ekspertlər problemdən
çıxış yolunu 1999-cu ildə Milli Məclis tərəfindən qəbul edilən
və 2007-ci ildə əlavə və dəyişikliklər
edilən “İcbari tibbi
sığorta haqqında” qanunun işləməsində
görür. Ölkə Prezidentinin
sərəncamı ilə artıq Dövlət İcbari Tibbi Sığorta
Agentliyi də yaradılıb.
Dövlət başçısının müvafiq sərəncamları ilə İcbari tibbi sığortanın Respublika ərazisində tətbiqi ilə bağlı yeni maliyyələşdirmə və ödəniş mexanizmlərinin yaradılması, səhiyyə müəssisələrinin həmin mexanizmlər çərçivəsində fəaliyyətinə hazırlıq işlərinin aparılması nazirliyin xüsusi diqqət mərkəzində olub. Belə ki, “Azərbaycan Respublikasında Səhiyyə sisteminin inkişafına dair 2019-2025-ci illər üçün strategiya” hazırlanıb. İcbari tibbi sığortaya keçidlə əlaqədar Səhiyyə nazirliyi tərəfindən görülməsi tələb olunan prioritet istiqamətlər müəyyənləşdirilib, il ərzində çarpayı fondunun, eyni zamanda ştatların optimallaşdırılması, tibbi xidmətlərin regionlaşdırılması, elektron reseptlərə keçidin sürətləndirilməsi ilə bağlı addımlar atılıb.
Artıq
2 ilə yaxındır Mingəçevir, Yevlax və
Ağdaş rayonlarında icbari tibbi sığorta tətbiq
olunur. İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyinin sədri Zaur Əliyevin sözlərinə görə,
pilot layihə müddətində Mingəçevir
şəhəri, Yevlax və Ağdaş rayonlarında anadangəlmə
ürək qüsuru
olan 27 uşağın əməliyyat
olunması təmin edilib.
Pünhan Əfəndiyev
Üç nöqtə.- 2020.- 4
fevral.- S.11.