“Artıq həyata qarşı sərtəm”

 

Rüfət Nəzər: “Zaman irəli gedir, biz insanlar dəyişmişik”

 

İnsanam, mənim də hisslərim varbu hisslər məni tez aldada bilər. Həmin hisslər dostluqdur, sevgidir, etibarlılıqdır və s. Mən həmişə insanlarda sadəlik və səmimilik axtarmışam. Bu dəqiqə hər şeydən gözü tox insanam, amma bir şeyə acam-insanlarda sadəlik və səmimiliyə”. “Üç nöqtə” qəzetinin qonağı “Fəxri Mədəniyyət İşçisiaktyor Rüfət Nəzərdir.

-Kimisə tanımaq üçün insan gərək ilk növbədə özünü tanısın. Rüfət Nəzər özünü necə tanıyır və tanıda bilər ?

-Bu mənim statusumdan götürülüb, özüm yazmışam. Özümü hələ də tanımağa çalışıram. Bu o demək deyil ki, mən hələ də özümü tam tanımıramsa, özümə hörmət eləmirəm. Bu iki anlayış tamam fərqli ifadələrdir. Mən çox tələbkar insanam. İlk növbədə özümə qarşı, sonra başqalarına qarşı. Bunu da əlavə edim, özümə rəva bilmədiyimi başqasına da rəva bilmərəm.

-Ağ fonda qara rəngli “nida” işarəsi. Nida işarəsi hansı məqamlarda sizinlə olur ?

-Əgərfacebooksəhifəmdən bəhs edirsinizsə, o, Cənab PrezidentinQarabağ Azərbaycandır nida işarəsifikrinə münasibətim idi ki, həmin vaxtlarda şəkli yerləşdirmişdim. Qalan halda isənidaişarəsi o zaman mənimlə olur ki, nəsə yüksək səviyyədə öz təsdiqini tapanda.

-Profilinizdə bir nəyi sezdim, qara rənglərinin kombinasiyasını. Niyə məhz bu iki rəng ?

-Mənim profilimdə, bəlkə , çox adam görmür, Çin təbii fəlsəfəsinin əsas anlayışları-“İn Yan” öz əksini tapıb. Harmoniyanın gerbidir bu. “İn Yan” rəngli olmur, ağ-qara olur. Baxmayaraq bu iki rəngin harmoniyasıdır profilimdə, amma həyatımda rəng daha çox üstünlük təşkil edir.

-Sizcə, hər kəsi sevək ?

-Xeyr, mənim statusumlarımdan biri belədir, mən 100 dollar deyiləm ki, hamı məni sevsin. Baxın, insanlar bir-birindən fərqlənirlər. Fərqli olduqları təqdirdə isə onlar bir-biri ilə uyğunlaşmaya bilirlər. Bu da normaldır ki, kimsə kimisə sevməsin.

-Bəs sizi sevməsələr, baş verər ?

-İlk olaraq özümdə günah axtararam, mən etdim ki, insanlar məni sevmədilər ? Araşdırmaya başlayaram, görəsən, baş verdi axı ? Çalışaram, bu suallara cavab tapım nələrisə düzəldim.

-Pisləri bağışladıqca yaxşılara ziyan vermiş oluruq. Bu fikirlə razısınız ?

-Belə bir deyim var, əgər bir insan hansısa bir səhvi edibsə, mütləq deyil ki, o ikinci dəfə o səhvi edəcək. Əgər o, ikinci dəfə eyni səhvi edibsə, üçüncü, dördüncü dəfə bunu təkrar edəcək. Mən bu prinsiplə yaşayıram. İnsanı bir dəfə bağışlayıram, amma ikinci dəfə nəsə mənə qarşı edəndə ondan elə uzaqlaşıram ki, heç xəbəri belə olmur.

-Xırda məqamlara tez reaksiya verirsiniz ?

-Həm çox tez. Mən, ümumiyyətlə, xırdaçıl insanam, hər balaca şeyə fikir verənəm. Amma xırda da var, xırda. Məsələn, hər balaca bir şey mənim xətrimə dəyməz, amma, gərək, o xırda bir şeydə həqiqət olsun. Özündə real həqiqəti əks etdirsin ki, deyilən hansısa subyektiv fikir mənim qəlbimə dəyməsin.

-İnsanların qəlbinə dəymirəm ondan ötrü ki...

-Təəssüf edirəm ki, bu cümləni tamamlaya bilməyəcəm. İnsanların qəlbinə özüm bilmədən dəyirəm. Bəzənsə bilərəkdən dəyirəm. Misal üçün kiminsə balaca barmağında uzun dırnaq var. Sual verirəm ki, niyə saxlamısınız ? Deyir, üçünsə. Söyləyirəm ki, yaxşı görsənmir, kəs, at. Mülayim tərzdə deyirəm. Növbəti dəfə o insan həmin dırnaqla dişini təmizləyirsə, çəkinmədən birbaşa deyirəm ki, irgənclikdir, dırnağını kəs.

-Aldandığınız məqamlar çox olub ?

-O qədər. Mən insanam, mənim hisslərim var bu hisslər məni tez aldada bilər. Həmin hisslər dostluqdur, sevgidir, etibarlılıqdır s. Mən həmişə insanlarda sadəlik səmimilik axtarmışam. Bu dəqiqə hər şeydən gözü tox insanam, amma bir şeyə acam-insanlarda sadəlik səmimiliyə. Bəzən deyirlər ki, zaman dəyişib. Xeyr, zaman dəyişməyib, o, sadəcə irəli gedir biz insanlar dəyişmişik. Çexovun gözəl bir fikri var: “İnsanlar, çalışın daxilinizdəki adamı qoruyun”.

-İmtina etmək böyük bir güc istəyir. O böyük gücü üçün hansı halda sərf edərsiniz ?

-Gəlin bu suala cavabı belə verim. İnsanın qəlbində hərə müəyyən bir yerdə qərarlaşıb. Əgər o insan sənin qəlbində dərin yerdədirsə, ondan imtina etmək çətin olar. Mənə kimsə yalan danışarsa, ondan imtina edərəm. Amma bu yalan da hansı yalandandır, bax onu müəyyən etmək lazımdır. Deyirlər ki, bəzən kiminsə həyatını qurtarmaq üçün yalan danışmağa da məcbur olursan. Bu tipli yalanlarda kimdənsə imtina etmərəm. Qalan istənilən halda mənə yalan danışan kəsi silə bilərəm.

-İnsanlara etibar edirsiniz ?

-Bəli, edirəm. Məsələn, mən sənə zamanla etibar edə bilərəm. Lakin səndən əvvəl kimisə 5 dəfə sınayıb inanırdımsa, səni 10 dəfə sınayacam. Çünki 5 dəfə sınadığımdan zərbə almışam axı. Artıq düşünürəm ki, sınaqların sayını bir az artırmalıyam. Səndən zərbə alsam, digərini 15 dəfə sınayacam bu hər dəfə 5 dəfə artaraq irəli gedir.

-Həyat sizi bərkidir ?

-Əlbəttə, bərkidir. Mən bu dəqiqə bir dağam məni yoldan keçən bir adam incidə bilməz. Artıq həssas deyiləm, çox möhkəmlənmişəm. Düzdür, içimdə kövrək məqamlar da var, amma bütövlükdə artıq mən həyata qarşı sərtəm.

-Bizim taleyimiz qəribədir, yoxsa hərə öz payına düşəni yaşayır ?

-Biz öz payımıza düşəni yaşayırıq. Amma öz payımdan razı deyiləm. Hansısa bir insan bir əli yağda, bir əli balda olmayan ailədən çıxa bilər. Məsələn, bizdən asılı deyil ki, valideynlərimiz imkanlı olmayıb biz xaricdə oxumamışıq. Lakin böyüdükdən sonra nələrisə edib-etməmək artıq öz üzərimizə düşür. Sən get, özünü qayadan at, denən, payım idi, bununla da razı deyiləm.

-Sirlərinizi paylaşırsınız ya daha çox sizinlə paylaşırlar ?

-Nəticə etibarilə mənimlə paylaşırlar. 20 faiz mən paylaşıram, 80 faiz mənimlə bölüşürlər. Faiz nisbəti niyə belədir, söyləyim. 20 faiz mənim qarşımda, 80 faiz isə mən kiminsə qarşısında özümü doğrultmuşam. Sirlərimi daha çox ailəmə, yaxınlarıma danışıram. Amma həyatımda elə bir şey olub ki, bir dəfə tanımadığım insana da danışmışam. Gürcüstanda olub. Maraqlıdır ki, sirrimi danışdıqdan sonra o kəslə nömrələrimizi götürdük, bir-birimizdən sosial şəbəkə hesablarımızı soruşduq.

-Yerlə göy arasında qaldığınız məqamlar çox olub ?

-Bəli. Həm işlə əlaqədar, həm də həyatımla bağlı çox məqamlar olub. Bəzi şeyləri deyəcəm, bəzilərini isə deyə bilməyəcəm. Məsələn, bizim biz proyektimiz var idi “Bakcell”lə bağlı. Çox istəyərdim, o davam eləsin. O vaxt biz 4 nəfər idik və bizlərdən biri istər “productiona qarşı, istərsə də “Bakcell”ə qarşı haqsızlıq etdi. Proyektdə ya dördümüzistirak etməli idik, ya da heç birimiz. Bir nəfərə görə heç birimiz iştirak edə bilmədi və proyekt dayandı. Bax həmin vaxt mən yerlə göy arasında idim. Göydə deyildim, ona görə ki, proyekt dayanırdı, yerdə deyildim, ondan ötrü ki, imkanım yaxşı idi. Ortada qalmışdım.

-Hansısa bir yazıçı sizə desə ki, həyatınızı yazmaq istəyirəm, nə deyərsiniz ?

-İnanmaram ki, hansısa bir yazıçı mənim həyatımdan yazsın. Əgər belə bir kəs olarsa da, mən o yazıçı ilə dostluq etməliyəm ki, məni bir az tanısın və ağzımdan çıxan hər kəliməni rahatca başa düşə bilsin.

-Bəs o yazıçı mən olmaq istəsəm ?

-Böyük məmnuniyyətlə “hə” deyirəm. Sonda belə sualların veriləcəyini gözləmirdim, mənim üçün sürpriz oldu. Bilmirəm, zarafat edirsiniz, ya ciddisiniz ?

-Tam səmimiyəm...

-O zaman mən də razıyam.

 

Rövşən Tahir

                             

Üç nöqtə.- 2020.- 8 fevral.- S.12.