Faciə özünə vurğunluqla başlayır”- Mənsum İbrahimov

 

Xalq artisti Mənsum İbrahimov: “Sənətkar arzu ilə yaşayır

 

O, həyatını muğama bağlasa, da aktyorluq sənəti taleyindən yan ötmədi. Hamı tərəfindən Məcnun kimi sevildi. Sevdi, ailə başçısı, ata oldu. Öz rolları, ifa tərzi ilə yaddaşlarda qalan Xalq artisti Mənsum İbrahimovÜç nöqtəqəzetinin qonağıdır.

 

-Mənsum bəy, başlayaq elə uşaqlıq illərinizdən...

- 1960-cı il oktyabrın 1-də Ağdam rayonununda sadə bir ailədə anadan olmuşam. Atam aqranom idi. Hər zaman atamı özümə nümunə götürmüşəm. Ailədə 9 uşaq olmuşuq. Kəndimiz Xan qızı Natavanın saldırdığı İmamqulubəyli kəndidir. O hər tərəfdən meşə ilə əhatə olunub. Bu kənddə Sultanbud təpəsi var. Uşaqlığım o təpənin üzərində keçib. Meşədə kəndin camaatı ilə quzu otararkən səs-səsə verib mahnılar oxuyurduq. Sənətə gəlməyimdə uşaqlıq illərimin çox böyük rolu var. İlk çıxışlarım kimi məktəbdəki tədbirlərdə iştirakımı göstərə bilərəm. Bilirsiniz, kənddə böyüyən uşaqların həyatı zəngin olur. Onlar fiziki işlə çox məşğul olurlar. Mənim özüm hər işi etmişəm.

 

-Görünür, muğam sənətinə olan sevginiz sizi daha böyük addımlar atmağa sövq etdi...

-Elədir ki, var. Hərbi xidmətdən qayıtdıqdan sonra bu sahədə təhsil almağın vacibliyini dərk etdim. Elə buna görə Bakıya gələrək Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna sənəd verdim. 1987-ci ildə bu texnikumun muğam şöbəsini bitirdikdən bir il sonra Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin "Mədəni Maarif" fakültəsinə daxil oldum. Hələ texnikumda oxuyarkən Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə I dərəcəli diploma layiq görülmüşdüm. Şövkət xanım bu müsabiqədə münsif idi. Onunla tanışlığım buradan başladı. Şövkət xanımın məsləhəti ilə məni Azərbaycan Dövlət Akademik Opera Balet Teatrına dəvət etdilər. İlk rolum isəLeyli Məcnunəsərindəki Zeyd obrazı olub.

 

-Zeyd obrazından Məcnun obrazınadək uzun bir yol keçdiniz. Sonda isə Məcnun kimi tamaşaçıların qarşısına çıxdınız. Universiteti yenicə bitirmiş gənc üçün Məcnunu oynamaq çoxmu ağır oldu?

-Suala cavab verməzdən öncə qeyd edim ki, yaxşı aktyorluğa kiçik rollardan başlamışam. Çünki, bu rollar məni aktyor kimi yetişdirib. 1993-də isə ilk dəfə Məcnun kimi səhnəyə çıxmışam. İlk tərəf müqabilim Gülyaz Məmmədova olub. Nəzərə alsaq ki, Mənsum İbrahimova qədər böyük sənətkarlarımız bu obrazı yaratmışdı, deməli, Məcnunu canlandırmaq məndən ikiqat məsuliyyət tələb edirdi. Yaxşı xatırlayıram, düz 8 ay bu rol üzərində çalışmışam. Baxmayaraq ki, fiziki psixoloji cəhətdən hazırlıqlı idim, amma bir şeyi düşünürdüm ki, görəsən tamaşaçı məni qəbul edəcək ya yox?

 

-Mənsum bəyinMəcnun”u digərMəcnun”lardan ilə fərqlənir?

-O vaxt hazırlaşanda Füzulişünas alimlərlə məsləhətləşirdim. Biri var ruhi dəli, biri var eşq dəlisi. Məcnun nəyin dəlisidir? Bunu özüm üçün aydınlaşdırdım. Öz dəsti-xəttim ilə Məcnunu yaratmağa çalışdım. İnsan təbii olanda qəbul olunur. Mən necə varamsa, Məcnunu da elə yaratdım.

 

-“Opera Balet Teatrını öz sözlərinizlə ifadə edindesələr, necə təsvir edərsiniz?

-“Mənim ikinci evimanlayışı onun haqqında olan fikirlərimin ümumiləşmiş ifadəsidir. Artıq neçə ildir ki, orada çalışıram. Bu teatr mənim üçün doğmadır.

 

-İfaçıların bir çoxu deyir ki, incəsənət ömrü əldən alır. Hətta onlar valideynlərinə vaxt ayıra bilmədiklərini etiraf edirlər. Bu barədə sizin fikirləriniz nədən ibarətdir ?

-Valideynlərim Ağdamın bizdə olan hissəsində yaşayıblar, orada da vəfat ediblər. İmkan daxilində çalışırdım ki, onlarla tez-tez görüşüm. Gedə bilməyəndə isə telefonla danışırdıq. Onlar Bakıya öyrəşmədiyi üçün burada çox qala bilmirdilər. Mənim işlərim isə yalnız tamaşalarla məhdudlaşmırdı. Səfərlər müsabiqələrdə iştirakla bağlı olaraq biz bir-birimizdən bir az aralı idik. Sənətkarın ailəsi fədəkar olmalıdır. Daha doğrusu, yaxşı bir ortaya qoymaq üçün bu fədakarlığı etməyə məcbursan.

 

-Yaxşı fikir söylədiniz: “Sənətkarın ailəsi fədakar olmalıdır”. Bəs sizin ailədə necədir? Xanımınız da sənət adamıdır? Ümumiyyətlə, ailəniz haqqında söyləyə bilərsiniz ?

-Həyat yoldaşım coğrafiya müəllimidir. Uşaqlığımız birlikdə keçib. Eyni məktəbdə təhsil almışıq. Sənətimə böyük hörmət bəsləyir. Üç qız, bir oğlan övladım var, hamısının gözəl səsi var. Amma onları musiqiyə həvəsləndirməmişəm. Uşaq valideynə görə sənətə gəlirsə, yarımçıq qalacaq. İki övladım BDU-nu qırmızı diplomla bitirib. Biri diplomatdır, digəri dövlət işində çalışır. O biri qızım isə Tibb Universitetinin məzunudur, hazırda həkim kimi fəaliyyət göstərir. Oğlum balacadır. On altı yaşı var, universitetə hazırlaşır.

 

-Sizi tamaşaçılara sevdirən qədər sənətinizdirsə, bir o qədər şəxsiyyətinizdir, müsbət keyfiyyətlərinizdir. Bunun üçün demək ki, insan kamilliyə gedən yolda düzgün addımlamalıdır...

-Tamamilə, doğru deyirsiniz. Hər bir insan özünə tənqidi yanaşmalıdır. Hamının içində ikincimənvar. İnsan özünə hesabat verə bilirsə, deməli, az səhv edəcəkdir.  Faciə özünə vurğunluqla başlayır.

 

-Dövr inkişaf edir. Amma siz mentallığa bağlı insansınız.  Zəmanə insanı olmaq çətindir?

-“İnsan olmaqdeyilən bir məfhum var. Zamanın, dövrün mənim üçün əhəmiyyəti yoxdur. Texnologiya s. bunlar öz yerində. Təbii ki, yeniliyi sevən insanam. Amma, ümumi götürdükdə 30 il əvvəlki insanam.

 

-Uğurlu yaradıcı yol, xoşbəxt ailə... İnsan  həyatda hər şeyə nail ola bilər, amma arzular tükənmir. Mənsum İbrahimov nədən nisgilli qalıb?

-Ən böyük nisgilim Qarabağ, dünyaya gəldiyim torpaqdır. Qarabağda doğulan insan üçün ora başqa nisgildir. Ən böyük arzum torpaqlarımızın tezliklə geri qaytarılmasıdır.

 

-Gəlib sona çatdıq. Bu məqamda mənə bir sual maraqlıdır, Mənsum İbrahimov ömrünün hansı fəslini yaşayır?

-Sənətkar hər zaman arzu ilə yaşayır. Daxilimizdə gənclik təravəti var. Baş qarışır, bir görürsən ki, ömür gedib. Amma hələ çox yolum var. Sualınıza cavab olaraq deyə bilərəm ki, Mənsum İbrahimov ömrünün bahar fəslini yaşayır.

 

-Allahdan arzularınızın çin olmasını diləyirəm. Vaxt ayırdığınız üçün minnətdaram.

-Mənə xoş oldu. Sizə, komandanıza uğular arzulayıram. Sizə sərf etdiyim bu dəqiqələr ömrümdə xoş anlar oldu.

 

Rövşən Tahir

Üç nöqtə . - 2020 . - 14 iyul – S.12.