Teatr dövrün tələblərinə cavab verməlidir”

 

Nicat Kazımov: “Teatr zamanı qabaqlamalıdır”

 

Teatrda həddən artıq istedadlı gənclər var. Doğrudan da, çox bacarıqlı aktyorlarımız, aktrisalarımız var. Onlardan bir neçəsinin adını da deyə bilərəm. Anar Seyfullayev, Anar Səfiyev, Ramil Məmmədov, Vahid Orucoğlu, Araz Pirimov, Müşviq Əliyev, Nurlan Süleymanlı, Mirsənan Kazımlı, Səbinə Məmmədova, Zümrüd Məmmədova və digərləri, həqiqətən, potensiallı gənclərdir. Bu insanlar işləməyə həvəsli gənclərdir. Şəxsən mən teatrın gənc aktyorlarından və aktrisalarından razıyam”. “Üç nöqtə” qəzetinin qonağı Respublikanın Əməkdar artisti Nicat Kazımovdur.

 

-Teatırın adının-"Gənc Tamaşaçılar Teatrı" ifadəsinin gözləntisi işinizi sərhədləmir?

-Gənc Tamaşaçılar Teatrları keçmiş SSRİ-də yaranıb və sosialist ölkələrində populyar olub. İndi MDB ölkələrində daha çox fəaliyyət göstərir. Lakin bütün dünyada uşaq və gənclər üçün teatrlar mövcuddur. “Gənc Tamaşaçılar Teatrı” ifadəsi heç cür yaradıcılığımın qarşısını ala bilməz. Heç vaxt ad bizim işimizə mane olmur. Bu teatrda biz uşaqlarla yanaşı gənclər üçün tamaşalar hazırlayırıq. Uşaq tamaşaları gündüz saatlarında oynanılır. Hər həftənin altıncı və bazar günləri isə daha böyük insanlara hesablanan tamaşalar nümayiş olunur. Ona görə deyirəm ki, bu teatr yaradıcılığımın qarşısını heç cürə ala bilmir.

Tamaşalarıma nəzər salsaq, nə qədər zəngin məzmunlu olduğunu görərik. Gənc Tamaşaçılar Teatrında istənilən mövzuda, istənilən janrda tamaşalar hazırlamaq mümkündür. 2002-ci ildə bu teatrda pantomim tamaşa qurmuşam ki, hamıya çox yaxşı tanış olanAna Qaz” tamaşasından söhbət gedir. O vaxtlar “Gənc tamaşaçının ensklopediyası” adlı kitabda bu teatr haqqında belə bir cümlə yazılmışdı: “Sirk, pantomima, rəqs, mahnı, dram, komediya, baletin sintezi”. Yəni bildiyimiz janrların hamısını Gənc Tamaşaçılar teatrında etmək mümkündür.

-Dramaturgiya çətin sahədi, burada seçilən mövzular maraqlı olmalıdır. Təkcə oxucu üçün yox, eyni zamanda kütləvi baxış üçün maraqlı olmalıdır. Gənc dramaturqlara müraciət edirsinizmi?

-Mən çağdaş Azərbaycan dramaturgiyasına müraciət eləmirəm, daha doğrusu eləməmişəm. Əgər hansısa maraqlı bir əsər olsa, o barədə düşünərəm. Düzdür, çox müraciətlər olur, oxuyuram, elə müəlliflərin əsərləri var ki, çox maraqlıdır. Amma əsər teatr üçün deyil. Baxın, ayrı-ayrı obrazların dilindən nələrisə vermək dram əsəri yazmaq deyil. Bernard Şounun bir cümləsi var. Deyir, teatra əsər yazmaq üçün ən azından 10-15 il onun tozunu udmalısan. Çox təəssüf olsun ki, bu gün teatr üçün yazan gənc dramaturqların teatrdan xəbəri yoxdur. Teatr üçün yazmaqdan ötrü onun mətbəxini bilmək lazımdır. İdeya baxımından maraqlı ola bilər, amma belə əsərlərin səhnə həllini tapmaq çox çətindir. Odur ki, teatra əsər yazılarkən teatrı bilmək lazımdır. Mən demirəm ki, gənc dramaturqlar yaza bilmirlər. Onların əsərlərində maraqlı məqamlara rast gəlmək olur, lakin teatra uyğun deyil.

-Çağdaş Azərbaycan dramaturgiyasından nələri gözləyirsiniz?

-Gözləyirəm ki, nə vaxtsa bizimdramaturqlar teatr üçün əsər yazacaqlar. Bir az öncə dediyim fikirlərə yenidən qayıtmaq istəmirəm. Əsəri obrazlara bölməklə bitmir. Əsər teatr üçün maraqlı olmalıdır. Baxırsan ki, əsər yalnız oxumaq üçündür. Baxın, teatr həm də göz üçündür, ona baxılır, yalnız eşidilmir. Bunları nəzərə almaq lazımdır. İnşaAllahzamansa elə bir dramaturq olar.

-Teatr fəaliyyət göstərdiyi zaman kəsiyində gedən prosesləri nümayiş etməyə borcludurmu? Borcludursa, bizim teatrlar bu günü onu sərgiləyə bilirmi?

-Teatr maraqlı olmaq üçün aydın məsələdir ki, dövrün tələblərinə cavab verməlidir. Hətta deyərdim ki, teatr zamanı qabaqlamalıdır. Teatr bədiidir, burada insanlar istirahət etməyə gəlirlər. Bu istirahətin içində tamaşaçılar maariflənməlidirlər, müəyyən mesajları almalıdırlar. Bunların hər biri istirahətin içində baş verməlidir. Klassik əsərlərin özündə belə müasir baxış olmalıdır. Bu çox vacibdir. Müasir baxış elə dövrün ismarıclarını vermək deməkdir. Bu kimi məsələlər rejissorun istedadı, bacarığından asılıdır.

-Teatrın gənc yaradıcı heyəti sizi qane edirmi?

-Teatrda həddən artıq istedadlı gənclər var. Doğrudan da, çox bacarıqlı aktyorlarımız, aktrisalarımız var. Onlardan bir neçəsinin adını da deyə bilərəm. Anar Seyfullayev, Anar Səfiyev, Ramil Məmmədov, Vahid Orucoğlu, Araz Pirimov, Müşviq Əliyev, Nurlan Süleymanlı, Mirsənan Kazımlı, Səbinə Məmmədova, Zümrüd Məmmədova digərləri, həqiqətən, potensiallı gənclərdir. Bu insanlar işləməyə həvəsli gənclərdir. Şəxsən mən teatrın gənc aktyorlarından aktrisalarından razıyam. Düzdür, aktyorun daha da püxtələşməsi üçün zaman, çalışqanlıq lazımdır. İnşaAllah ki, zamanla onlar da dediyim səviyyədə püxtələşərlər.

-Yaradıcı adamların içində həmişə tükənmək qorxusu olur. Belə narahatlığınız varmı?

-Tükənirsənsə, sən unudulursan, tükənirsənsə, deməli, lazım deyilsən. Bunların hər biri qorxulu məqamlardır. Tükənməmək üçün insan öz üzərində işləməli, daha çox mütaliə etməlidir. Qorxu hissi hamı kimi məndə var. Amma bir şeyi bilirəm ki, hazırda mənə ehtiyac var. İnşaAllah heç bir zaman özümü lazımsız insan kimi hiss etmərəm.

-Sənət taleyinizdə hansı tamaşanı daha çox qiymətləndirirsiniz. Daha doğrusu, peşəkarlıq tərəfdən daha mükəmməl saydığınız hansı tamaşadır?

-Mənim dövlət xətti ilə hazırladığım tamaşaları nəzərə almasaq, qırxdan çox quruluş verdiyim tamaşalarım var. Onların hər biri mənim üçün əzizdir. O tamaşalarda həm nələrisə öyrətmişəm, həm özüm öyrənmişəm. Peşəkarlıq tərəfindən danışsaq, sevdiyim bir neçə tamaşanın adını söyləyə bilərəm. Bu siyahıda Gənc Tamaşaçılar Teatrında səhnələşdirdiyim “Ana qaz”, “Pəri Cadu”, “Leyli Məcnun”, “Tanrıya 14 məktub”, Akademik Milli Dram Teatrının səhnəsində hazırladığımKabuslar”, “Zorən Şorgöz”, “Kölgəkimi tamaşalar yer alır. Bunların arasından isə mənim üçün ən öndəTanrıya 14 məktubdayanır. Ki, tamaşa müasir teatrın bütün tələblərinə cavab verir.

-Bu gün tamaşaçı ya potensial tamaşaçı ilə teatr arasında əlaqə qurmaqda təbliğat vasitələrinə ehtiyac varmı, yoxsa tamaşaçılar onsuz da teartı sevirlər?

-Təbliğata hər zaman ehtiyac var. Düzdür, hər bir teatrın, sənət adamının öz tamaşaçısı var, amma yenə təbliğat lazımdır. Şükürlər olsun, hazırladığım tamaşalarda hər zaman tamaşaçı olur. Buna görə onlara minnətdaram. Çox sağolsunlar, maraq göstərirlər, gəlirlər, baxırlar. Təbliğata niyə deyirəm, ehtiyac var, cavablayım. Baxın, elə tamaşaçılar var ki, hansı teatrda hansı tamaşanın getdiyindən xəbərsizdir. Düzdür, müxtəlif saytlarda aylıq repertuar öz əksini tapır. Lakin hamı da saytlara baxmır axı. Çox istəyərdim ki, şəhərdə olan reklam lövhələrindən bir neçəsində teatrlarda olan tamaşalara dair məlumatlar öz əksini tapsın. Televiziyalarda da, həmçinin, normal reklamları getsin. Tamaşaçıya tamaşa haqqında dolğun məlumat verən reklamları nəzərdə tuturam.

-Repertuar seçimində hansı prinsiplərdən çıxış edirsiz?

-Mənim üşün əsas meyar əsərin məni cəlb etməsidir. Mənim üçün vacibdir ki, əsəri oxuyanda ona müxtəlif rakurslardan baxa bilim. Bu əsər məni maraqlandırırmı, onun barəsində nəsə deyə bilərəmmi? Hansı mesajları göndərə bilərəm? Bunlar mənim üçün vacib olan birinci şərtdir. İkincisi isə tamaşaçının zövqü ilə mənim istəyimin üst-üstə düşməsidir. Hərdən elə əsər olur ki, çox bəyənirəm, amma düşünürəm ki, bu əsər tamaşaya qoyulsa, tamaşaçı ona baxmayacaq. Çalışıram, balansı qoruyum. Tamaşanın son məşqlərində artıq zalda oturub ona tamaşaçı gözü ilə baxıram.

-Çox vaxt "aktyor məktəbi”, "rejissor məktəbikimi ifadələr işlədirik. Sizcə, "məktəbnədir? Azərbaycan teatrında "məktəbolubmu?

-Azərbaycan teatrında məktəbi olan böyük sənətkarlarımız olub. Elə Tofiq müəllim Kazımovu götürə bilərik, bu vaxta qədər olan sənətkarların böyük əksəriyyəti o məktəbin yetirmələridir. Allah Tofiq müəllimə rəhmət eləsin. Daha sonra Vaqif müəllim İbrahimoğlu böyük məktəb olub. Allah ona da rəhmət eləsin. Azərbaycan teatrına çox böyük töhvələr verib. Müəllimim Bəxtiyar Xanızadə böyük məktəbdir. Bəxtiyar müəllimin tələbələrinin hər biri ustadına layiq olmağa çalışır. Bir çox sənətkarların adını çəkə bilərəm bu suala cavab olaraq.

-Nicat Kazımov necə, “məktəb”ə çevrilə bilibmi?

-Bilmirəm. Özüm haqqımda “məktəbəm” deməyim düzgün olmaz. 1996-cı ildən bu günə qədər Gənc Tamaşaçılar Teatrına gələn aktyorların 95 faizi ilk olaraq mənim tamaşalarımla səhnəyə çıxıblar. O aktyorlar seviliblərsə də, mənim tamaşalarımla seviliblər. Hazırda mənə “müəllim” deyənlər çoxdur. Düzdür, Mədəniyyət və İncəsənət Universitetində, Bakı Musiqi Akademiyasında dərs deyirəm, tələbələr yetişdirirəm, amma özümə “məktəb” deməyim düzgün çıxmaz. Mən o zaman “məktəb” olaram ki, tələbələrim də bəlli bir zirvədə olar.

-Deyirlər, “təhsil sənətin meyarlarını yaradır”. Azərbaycanda teatr təhsili lazımi meyarları yarada bilirmi?

-Teatr təhsilindən bir o qədər razı deyiləm. Düşünürəm ki, daha da mükəmməl ola bilər. Onsuz Universiteti bitirib teatra gələn aktyorlar üçün müəyyən bir zaman lazım olur, adaptasiya getsin ki, düşdükləri teatrın tələbləri ilə ayaqlaşa bilsinlər. Fikrimcə, aktyor teatra peşəkar gəlməlidir. Amma təəssüflər olsun ki, Universiteti yenicə bitirmiş aktyorlara peşəkar demək olmur. İncəsənət sferasında təhsil sistemində bəzi dəyişiklər etməyə ehtiyac var. Mənə görə, “aktyorluqrejissorluqixtisaslarına qəbul olanlar ayrılıqda təhsil almamalıdırlar, onlar axırıncı ilə qədər birlikdə təhsil alıb, yalnız axırıncı il ixtisaslaşmalıdırlar. Bir ixtisasyönümlü dərslər daha çox üstünlük təşkil etməlidir.

 

Rövşən Tahir

 

Üç nöqtə.- 2020.- 11 iyun.- S.12.