“Uşaqlıq illərimi unutmaq
istəyərdim”
Orxan Babazadə: “Pisləri
bağışlamaq lazımdır”
“O hadisədən
sonra başa düşdüm ki, pul insan üçün
çox vacibdir. Həmin
məktəbdən uzaqlaşıb işlə məşğul
oldum. Zamanla uğurlar əldə etdim,
Orxan bəy oldu, daha sonra isə müəllim.
Düz deyirlər, həyat bumeranqdır.
İllər keçdi, həmin xanım
qarşıma çıxdı və mən içimdən
keçənləri ona dedim.
Bu gün o xanıma təşəkkür edirəm ki, mənə zamanında elə sözlər
dedi, həmin sözlər isə mənim
irəli addımlamağıma təkan oldu”.
“Üç nöqtə” qəzetinin
qonağı müğənni Orxan Babazadədir.
-Həyatınızı
kimsiz və nəsiz təsəvvür edə
bilmirsiniz?
-Ailəmsiz mümkün deyil, ailə mənim üçün ən önəmlidir. Nə dostumu, nə tanışımı, nə də həyatımda olan xanımı ailəmlə müqayisə etmərəm. Ailəm mənim hər şeyimdir.
-Bir neçə cümlə ilə
özünüzü xarakterizə edə
bilərsiniz?
-Kənardan özündən razı kimi görünüb, amma əsla elə olmayan bir insanam. Bəzi insanlar məni əsəbi biri
kimi də qəbul edir,
lakin əsəbi də deyiləm, çox sakit bir insanam. Hamı kimi mənim də özəlliklərim var, bunu kənardan daha yaxşı sezərlər. Bir şeyi bilirəm, Orxan Babazadə mehriban, insanlarla səmimi olan bir kəsdir. Kinli insan
deyiləm, qətiyyən
deyiləm. Arxamca çoxlu
pisliklər edən insanı belə bağışlaya bilirəm.
Həm də rahatlıqla. İnsanlara ona görə kin saxlamıram ki, bilirəm, bu həyat fanidir, həyatı tutub qalmayacam, bir gün o biri dünyaya köçəcəm.
-Düşünmürsünüz
ki, pisləri bağışladıqca biz yaxşılara
zərbə vururuq?
-Mənə görə, pisləri bağışlamaq
lazımdır ki, onlar yaxşılıq nədir, onu bilsinlər. Pisdən pisə də
fərq var. Biz insanıq,
pis də bizimdir, yaxşı da bizimdir. Kimisi yaxşı tərəflərini
üzə çıxarır,
kimisi isə pis. Çalışmalıyıq ki, hər kəsə yaxşılıq
edək.
-Yıxıldıqdan
sonra tez ayağa qalxmağı bacarırsınız?
-Açığı etiraf
edim ki, mən depressiya, stressin nə demək olduğunu heç vaxt bilməmişəm. O mənada
ki, onları yaşamamışam. Hər zaman
demişəm, gülmüşəm.
Pozitiv olmağımın səbəbi
həyatı daha çox sevməyimdir.
Həyatı hədsiz çox
sevirəm. Həyatda yaşamağım
üçün səbəblər
var, bax onlar məni xoşbəxt edir.
-Dünyada ən güclü hiss nədir?
-Sevgi hissi. Sevgi elə
bir şeydir ki, onu yaşayanda
xoşbəxt olursan.
Düzdür, sevən zaman
müəyyən incəliklər
insanı incidir, amma ayrılıq zamanı insanın canı daha çox ağrıyır.
Həyatımda çox xanımlar
olub, onlardan ayrılanda o qədər də pis olmamışam.
Başa düşmüşəm ki,
hər bir şeyin sonu olduğu kimi bunun da sonu
imiş.
-Sevilən müğənni olmağın
çətinlikləri?
-Düzdür, çox insan deyir, sevilirsən,
amma mən heç bir zaman özümü “sevilən müğənniyəm”
deyib kənara çəkməmişəm. Elə bir
çətinlik yoxdur,
əksinə rahatlıq
var. İnsanlar mənə
qarşı səmimidir,
mehribandırlar. Populyarlıq çətinlik yaratmır
mənə, həyatımı
sadə bir tərzdə davam etdirirəm. Lakin bunu
da deyim, bəzi anlarda populyarlığın çətin
tərəfləri də
olur, onlar da hər kəsə
bəllidir.
-Orxanın qəlbinin qapısını
nə ilə döymək lazımdır?
-Xanımlara qarşı bir az zəifliyim var. Hansısa bir xanım gəlib, məndən istədiyi kimi istifadə edə bilər. Ətrafımda olan dostlarım
dəfələrlə deyir
ki, çox safsan. Qəlbimin qapısını açmaq çox asandır, çətin bir şey deyil.
-Nəyi unutmaq istəyirsiniz?
-Uşaqlıq illərimi unutmaq istəyərdim. Çətin və əziyyətli
olub. Bir tək uşaqlıq
illərimdən başqa
yaşadığım hər
bir şey ürəyimcə olub.
Orta məktəbdən 3-4 km uzaqda
qalırdıq, qış
vaxtdı palçığa
bata-bata məktəbə
gedirdim. Orta məktəbdə
oxuyanda bir qız sevirdim. Günlərin bir günü
məktəbdə həmin
qız gördü ki, ayağımda palçıq, üstü-başım
pis gündədir.
Mənə sual verdi ki,
niyə maşınla
gəlmirsən? Dedim, maşınım
yoxdur. Qız cavabında dedi ki, biz münasibəti bitirməliyik. Məhz o hadisədən sonra başa düşdüm ki, pul insan üçün
çox vacibdir.
Həmin
məktəbdən uzaqlaşıb
işlə məşğul
oldum. Zamanla uğurlar əldə
etdim, Orxan bəy oldu, daha sonra isə
müəllim. Düz deyirlər,
həyat bumeranqdır.
İllər keçdi,
həmin xanım qarşıma çıxdı
və mən içimdən keçənləri
ona dedim. Bugün o xanıma təşəkkür edirəm
ki, mənə zamanında elə sözlər dedi, həmin sözlər isə mənim irəli addımlamağıma
təkan oldu.
-Allahla tez-tez danışırsınız?
-Hər axşam Allaha şükür edirəm. Allaha deyirəm ki,
bizi pis gözdən qoru. Allah bizə, nəyə
layiqiksə, onu da verir.
-Varmı, elə bir insan
ki, qarşısına
keçib “niyə?” sualını vermək istəyəsiniz?
-Düzünü deyim ki, bu sualı
vermək maraqlı deyil. Çünki hər şeyə fikir verən adam deyiləm.
Sadəcə öz həyatımı
yaşayıram. Bu yaxınlarda bir insana yaxşılıq etdim, ətrafımda olan insanlar deyirdi
ki, etmə. Sən ona edəcəksən, amma görəsən ki, o, sənə dəyər verməyəcək.
Deyirdim, ola
bilməz, amma sonra gördüm ki, yox, düz
deyirmişlər. Amma özlüyümdə
“niyə?” sualı ilə baş-başa qalmadım.
-Sizcə, Allahın sevilən bəndəsisiniz?
-Məncə, bəli, sevilən bəndələrindən
biriyəm. Hər bir insan Allahın sevilən bəndəsidir. Əgər Allah insana həyat veribsə, deməli, onu sevib verib.
Bu baxımdan özümü Allahın
sevilən bəndəsi
hesab edirəm. Digər tərəfdən isə
Allah mənə gözəl
ailə verib. Buna görə Allahıma
sonsuz təşəkkür
edirəm.
-Ağ, qara, yoxsa ağ-qara?
-Ağ-qara olsun. Fikrimcə, hər bir insanın həyatında ağ
və qara zolaqlar olur. İnsanın çətin günləri
olmalıdır ki, yaxşı günlərin
qədrini bilsin.
Həyatımızı pianonun ağ-qara
dillərinə bənzədirəm.
Zamanla o ağ
dillərə də toxunulur, qara dillərə də.
-İnsanlar
niyə qaranı pis, neqativ kimi
qəbul edirlər?
-Bir az öncə dedim, insanın həyatında qara günlər də olur. Yəqin ondan
irəli gəlir, bu rəng haqqında
insanlar pis düşünürlər. Sual mənalıdır, dərinliyinə
gedib cavab tapa bilmərəm, amma mənə elə gəlir, dediyimə görədir.
-Nəyi gizlətməyə çalışırsınız.
Belə bir şey varmı?
-İnanırsınız, heç nəyi. Nəyim varsa,
hər bir şeyim ortadadır.
Heç
nəyi heç kimdən gizlətmirəm.
Heç
elə bir xarakterə də sahib deyiləm. Hər zaman hər
bir şeyi göstərirəm. Niyə axı
gizlədim?
-Təzadlı fikirlərlə tez-tez baş-başa qalırsınız?
-Bəzən olur, təzadlı fikirlərlə
baş-başa qalıram.
Mənə elə gəlir,
hər bir insanın həyatında bu baş verir.
Mən də insan olduğum
üçün bu fikirlərlə qarşı-qarşıya
qalmağım normaldır.
-Həqiqəti nəyə qurban verərsiniz və hansı halda?
-Həqiqət insanlara etibar deməkdir. Etibar etməlisən ki, ona yalan da
danışmayasan. Həqiqətdən çox danışmaq olar. Həqiqəti yalnız ailəmə
qurban verərəm.
Qalan hallarda heç bir zaman həqiqətdən
imtina etmərəm.
Mən ümumən düzgün
insanam. Deyim ki, yalan danışmıram bu doğru olmaz. Arada kiçik, eyni zamanda xoş yalanlar danışıram.
Əslində, mən onları
heç yalanlar da hesab etmirəm.
-Üç mənfi cəhətinizi etiraf edə bilərsiniz?
-Üç deyil, çoxdur. Ən mənfi cəhətim
insanlara tez inanmağımdır. Bu mənim zəifliyimdir.
İnsanlara tez inanıb,
tez sevirəm. Mənfi cəhətlərimdən biri
də gec yuxudan durmağımdır.
Ən böyük arzum dövlət işində
çalışmaqdır ki,
7 tamamda yuxudan durum.
Həqiqətən, bunu istəyirəm.
-Yaşadığınız
illər sizə nəyi öyrətdi?
-Çox şeylər. Mən Bakıya köçəndə
hər şeydən uzaq idim. Uşaqlığım Qobustan qəsəbəsində
keçib. Bakıya gəldikdən
sonra tamamilə yad bir mühitlə
qarşılaşdım. Ətrafım dəyişdi və
həyat mənə çox şey öyrətdi.
-Musiqi sizin üçün nə deməkdir?
-Tam səmimi etiraf edəcəm, əvvəllər
musiqi mənim üçün hər şey idi. İndi efirlərdə
o qədər bayağı
mahnılar eşidirəm,
artıq deyirəm, musiqi hər şey deyil.
-Hansı mahnılar ruhunuzu oxşayır?
-Ən çox lirik mahnılar ruhumu oxşayır. İtalyan müğənnisi
Andrea Boçellinin mahnılarını
çox sevirəm.
Öz ifaçılarımızdan isə
Zamiq, Röya, Zülfiyyə xanımı
daha çox dinləyirəm.
Rövşən Tahir
İki sahil.- 2020.- 7 mart.- S.12.