Ədviyyatlar immun sistemini

gücləndirən vasitələrdən biridir

 

Ədviyyatlar bitkilərin təzə, qurudulmuş üyüdülmüş müəyyən hissəsidir. Əslində ədviyyat bitkiləri ədviyyat ətirli otlar olmaqla 2 qrupa ayrılır. Yeməklərin ətrini dadını daha da artırmaq üçün təzə ya qurudulmuş halda şüyüd, reyhan, tərxun, nanə, cəfəri, keşniş, kəvər, turşəng, kərəviz, kəklikotu digər ətirli otlardan istifadə edilir.

Ədviyyatlar isə qida məhsullarının ləzzətini artırır. Azərbaycan mətbəxində geniş istifadə edilən əsas ədviyyatlara mixək, darçın, qara istiot, zəfəran, sumaq, sarıkök, zəncəfil, cirə, razyana digərləri daxildir. Hər bir ədviyyat faydalı xüsusiyyətlərinə görə digərindən fərqlidir. Tərkibində olan efir yağları, üzvi turşular, qlükozidlər bir çox vitaminlər iştahanı artırır, maddələr mübadiləsini sürətləndirir, həzm sistemini normaya salır qidanın yaxşı mənimsənilməsini təmin edir.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasının mütəxəssisləri Şeyda Məhərrəmova, Günel Ağacanova Nərmin İsgəndərlininƏdviyyatlar immun sistemini gücləndirən vasitələrdən biridiradlı elmi məqaləsində deyilir.

Ətirli faydalı maddələr bitkilərin müxtəlif hissələrində toplanır. Bitkinin toxumundan (xardal, cövüz), meyvəsindən (qara qırmızı istiot, hil, cirə, razyana), çiçəyindən (zəfəran, mixək), yarpağından (dəfnə yarpağı müxtəlif ətirli bitkilərin yarpaqları), qabığından (darçın), kökündən (zəncəfil, sarıkök) alınan ədviyyatlar mövcuddur.

Emalından asılı olaraq ədviyyatlar təzə ya qurudulub üyüdülmüş halda istifadə edilir. Azərbaycan mətbəxində geniş istifadə edilən ədviyyat növləri adətən toz halında, homogen tərkibdə olan orijinal xoşətirli qalıcı iyə, dada malikdir. Onların hər biri digərindən seçilən xüsusiyyətinə orqanoleptik keyfiyyət göstəricisinə (xarici görünüşü, forması, tamlığı, təmizliyi, ətri dadı) görə asanlıqla ayrılır.

Keyfiyyətli ədviyyat növünü saxta məhsuldan ayırmaq üçün bir neçə məqama diqqət yetirilməlidir. Ədviyyatları tamlığı qorunduqda, yəni doğranmamış, üyüdülməmiş halda saxtalaşdırmaq demək olar ki, mümkün deyil. Məhsulun saxta olub-olmadığını yoxlamaq üçün müxtəlif üsulları həyata keçirmək olar. Əgər kərpic ovuntusu qatılmış sumaq ya qırmızı istiotu suya töksək, əzilmiş kərpic çöküntü yaradacaq, ədviyyat isə suyun üzərində qalacaq.

Keyfiyyətini qiymətləndirmək üçün ədviyyatların orqanoleptik xüsusiyyətinə diqqət yetirmək vacibdir. Qara istiotun keyfiyyətinin təyinində orqanoleptik xüsusiyyətləri - xarici görünüşü, rəngi, ətri dadı əsas göstəricidir. Qeyd edək ki, qara istiot bitkinin yetişməmiş meyvələrindən əldə edilir. Təbii istiotun rəngi heterogendir, boz, açıq qəhvəyi, yüngül yaşımtıl tonda hissəcikdən ibarətdir. Buna görə üyüdülmüş qara istiotun dənəcikləri heç vaxt bir-birinə oxşayan qara rəngdə olmur. Üyüdülmüş qara istiotun rənginin tündlüyü tərkibinə daha çox qarışıq (qarabaşaq qabığı, xardal cecəsi, un, nişasta, üyüdülmüş düyü, keşniş s.) əlavə edildiyinin göstəricisidir. Bu da onu xarakterik acılığından, dadından ətrindən məhrum edir. Qədim ədviyyatlar¬dan olan xardalın da kəskin dadı var. Xardal iştahaçandır, həmçinin ət xörəklərində konservlərdə dadverici kimi geniş istifadə edilir. Təbii xardalın rəngi solğun sarıdan zeytuni sarıya qədər dəyişir. Sumaq 2-3 metr hündürlüyə malik olan kol bitkisidir. Meyvələri yetişdikdən sonra toplanıb qurudulur, əzilərək toz halına salınır. Milli yeməklərin, salatların hazırlan¬masın¬da turş dadı ilə sevilərək geniş istifadə olunan ədviyyatdır. Sumağın dadına rənginə görə keyfiyyətsiz olub-olmadığını müəyyən etmək mümkündür. Saxta sumaq qatqılara görə turş yox, acı dadır. Həmçinin təbiidən fərqli olaraq, saxta sumağın rəngi ələ çıxır. Darçın üyüdülmüş (toz) qurudulmuş çubuqlar halında istifadə olunur. Hər iki halda kassiya (səna) ilə oxşar olduğu üçün qarışıq salınır. Lakin kassiyanın ətri darçına nisbətən çox zəifdir. Bundan başqa, üyüdülmüş məhsulun üzərinə cüzi miqdarda yod əlavə etməklə darçın olub-olmadığını müəyyənləşdirmək mümkündür. Əgər göy rəng yaranarsa, məhsul kassiyadır. Çubuq halda olan darçın ikitərəfli spiral kimi burulur, həmçinin daha zərif incədir. Kassiya çubuqları isə daha qalın kobud olmaqla yanaşı, bir istiqamətdə spiral şəklində burulur. Keyfiyyətli sarıkökü spesifik qoxusu rəngi ilə ayırd etmək mümkündür. Qurudulub üyüdülmüş sarıkök sarı-narıncı rəngə malik olur. Təbii sarıkök suda həll olunanda, suyun üzərində heç bir təbəqə əmələ gəlməməlidir. Əgər suda həll etdikdən sonra suyun üzərində nazik təbəqə əmələ gəlirsə, bu məhsul saxtadır.

Ədviyyat alarkən istehlakçılar onların qablaşdırılmasına, etiketindəki məlumatlara, saxlanma şəraitinə xüsusilə diqqət etməlidirlər. Etiketdə məhsul haqqında zəruri məlumatlar - istehsalçının adı ünvanı, malın adı, istehsal tarixi, xalis çəkisi, tərkibi, istehlak xassələri, saxlanma müddəti s. mütləq əks olunmalıdır. Ədviyyatların quru, sərin, təmiz yaxşı havalandırılan yerdə saxlanması şərtdir. Bu tip məhsullar daşınarkən, saxlanarkən sanitar-gigiyenik qaydalara, mal qonşuluğu prinsipinə ciddi riayət edilməlidir. Ədviyyat növləri rəflərdə kimyəvi maddələrin, kəskin qoxulu mal məhsulların yanında saxlanılmamalıdır.

Ədviyyatlar yeməklərə, şirniyyatlara, içkilərə qoxu, ləzzət dadverici olaraq deyil, müalicəvi xüsusiyyətlərinə görə geniş istifadə edilir. Ədviyyatların antioksidant immun sistemini gücləndirmək xüsusiyyəti var. Onların hər biri ayrı-ayrılıqda orqanizmin sağlamlığında mühüm rol oynayır. Çili, qara istiotun tərkibində kapsoisin, piperin allisin olduğuna görə burun-udlaq ağıza daxil olmuş viruslar zərərli mikroorqanizmlərlə mübarizdə effektiv təsirə malikdir . Qara istiotun tərkibindəki zəngin mineral maddələr vitaminlər immun sistemini gücləndirir, soyuqdəyməyə qarşı qoruyucu maneə yaradır. Həmçinin qara istiot orqanizmdə yağların parçalanmasını sürətləndirərək maddələr mübadiləsini yaxşılaşdırır, qanın laxtalanmasını tənzimləyir, xroniki yorğunluq əlamətlərini aradan qaldırmağa kömək edir. Təzə sarımsaq güclü antibakterial virusəleyhinə vasitə olmaqla yanaşı, qanda xolesterinin miqdarını normallaşdırır, orqanizmdə maddələr mübadiləsini tənzimləyir. Sarımsaq orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırmaq üçün olduqca faydalıdır. Qara zirə isə qısa zamanda müxtəlif infeksion xəstəliklərin qarşısını alan təbii immunomodulyatordur. İmmun sistemin fəaliyyətini gücləndirməkdə sarıkökün mühüm rolu var. Sarıkök nəinki orqanizmi toksin şlaklardan təmizləyir, həm təbii antibiotik kimi iltihabı prosesləri dayandırmağa kömək edir. Zəngin tərkibə malik xardal antiseptik, antimikrob, göbələkəleyhinə, iltihabəleyhinə təsirə malikdir. Mədə-bağırsaq sistemi üçün, soyuqdəymə zamanı, oynaq xəstəliklərində olduqca faydalıdır. Həmçinin xardal beyində qan dövranını stimullaşdırır, yaddaşı zəkanı gücləndirir. Darçının da bir çox xeyirli xüsusiyyətləri var. Darçın müxtəlif xəstəliklərə qarşı antiseptik, antimikrob antiparazit vasitə kimi istifadə olunur. Həmçinin bədənin ümumi tonusunu artırır immun sistemini gücləndirir.

Ədviyyatların normadan artıq istifadəsi orqanizm üçün zərərlidir. Tərkibində yüksək təsir qabiliyyətinə malik olan alkaloidlər qlükozidlər xüsusən uşaqların bir çox xəstəlikdən əziyyət çəkənlərin orqanizmində fəsadlar yarada bilər. Bundan başqa, ədviyyat növlərini bütöv halda saxlayıb, lazım olduğu zamanda üyüdüb istifadə etmək daha xeyirlidir. Ədviyyatları evdə hermetik qablarda isti, rütubət gün işığından uzaq yerlərdə saxlamaq tövsiyə olunur. Bu tip məhsullar isti rütubətə məruz qaldıqda ətrini, ləzzətini daha tez itirir. Xüsusən sobanın yaxınlığında saxlamaq məsləhət görülmür. Çünki normadan artıq temperatur nəticəsində ədviyyatların tərkibində olan efir yağları itirilir. Unutmayın ki, istehsal müddətindən saxlanma şəraitindən asılı olaraq ədviyyatların istifadə müddəti bir il hesab edilir.

 

Şeyda Məhərrəmova

Günel Ağacanova

Nərmin İsgəndərli

 

Üç nöqtə.- 2020.- 19 noyabr.- S.14.