Bu, sevinc
yaşları idi...
“Azərbaycan filmi Amerika kimi bir
ölkədə geniş maraq doğurmuşdu…”
Aktyor
bu filmə çəkiləndən sonra küçəyə
çıxa bilmirdi - SSRİ-nin ən çox gəlir gətirən
10 filmindən biri
Bu il Azərbaycan kino tarixində maraqlı işlərindən biri olan “7 oğul istərəm” filminin 49 yaşı olur. 49 ildir ki, bir film sevilərək baxılır, onu ərsəyə gətirən ictimai quruluş, idiologiya iflasa uğramış olsa da belə sənət əsəri kimi qəbul olunur, baxılır, sevilir. İndi də bəzi epizodları dillər əzbəridir.
Hamam hamam
içində
Xəlbir
saman içində,
Dəvə
dəlləklik eylər
Köhnə
hamam içində.
İsmayıl
Osmanlının film boyu müxtəlif məkanlarda gözlənilmədən
peyda olub bu misraları oxuması filmə xüsusi rəng qatması
ilə bahəm həm də obraza nifrət aşılayır.
Aktyor da gözəl yaradıb. Yeri gəlmişkən, İsmayıl
Osmanlı bu filmə çəkiləndən sonra Bakı küçələrinə
çıxa bilmirmiş. Bir dəfə aktyoru küçədə
Kələntər dayı bilib döyməyə də qalxıblarmış,
Allah istəyib ki, ətrafda kinonu həyatdan ayıra bilən ayıq
adamlar da olub.
“Çal
aşıq, çal, komsomolun canı it canıymış”,
“Yanıq Kərəmi çal ağa, bəy
havasıdır”, “Tələsmə gizir”, “Hanı
peykanlıda kişi?”, “Yoxsa əzrayıl gəlib bu kəndi
torbasına yığıb aparıb”, “Allah sizə rəhmət
eləsin ölülər”, “Sən mütrüflük edəndə,
mən əlimə silah alıb döyüşürdüm”,
saydıqca bitməyən sitatlar gətirmək olar “7 oğul
istərəm” filmindən. Hər birinin də dərin və
çoxçalarlı mənaları var.
Komsomol
tarixini bəy balası çəkə bilməz
Senari o
vaxt filmi çəkəcək rejissorla birgə, onunla
razılaşdırılıb yazılıbmış. Filmi
çəkmək isə Kamil Rüstəmbəyova həvalə
olunubmuş. Bəli, “Axırıncı aşırım”
filminin rejissoru Kamil Rüstəmbəyova. Fikir verəndə
aydın sezmək olur ki, bu iki film arasında qəribə bir
“qohumluq” var. Estetika, ruh qohumluğu. Senari tam hazır olub,
rollar belə bölüşdürülüb, bu vaxt Mərkəzi
Komitədən göstəriş gəlib ki, filmi Tofiq
Tağızadə çəkməlidir. Sovet idiologiyasına
görə komsomol tarixindən olan bir filmi bəy balası
çəkə bilməz. Təbii ki, Kamil Rüstəmbəyov
o filmə elə çalarlar qata bilərdi ki, bu mövcud
idiologiyaya sərf etməzdi. Hərçənd, bu gün də
aktual olardı. Necə ki, “Axırıncı
aşırım” filmində bunu edib.
O vaxt
kinostudiyaya rəhbərlik edən və filmi Kamil Rüstəmbəyovun
uğurlu çəkəcəyinə inanan Adil İsgəndərov
heç nə edə bilmir. Yalnız “Axırıncı
aşırım”ı çəkmək söhbəti ortaya gələndə
onu Kamil Rüstəmbəyova həvalə edib üstündə
durmaqla yanğısını çıxarır. Odur ki, bu
iki film fərqli rejissorların adına da olsa nə iləsə
dəsti-xətt bənzərliyi var.
Tofiq
Tağızadə həmkarının seçiminə
hörmətlə yanaşmaqla yalnız Humay və Cəlal
obrazlarına seçilən aktyorları dəyişir. Cəlal
obrazına Əliabbas Qədirovu deyil Ənvər Həsənovu
çəkir. Humay isə Zemfira İsmayılova olur, ona qədər
tanınmayan başqa bir aktrisa sınaqdan keçirilibmiş.
Sarı Şəmistan 7 aktyora
xalça bağışlayıb
Film 1970 -
ci ildə çəkilib, Azərbaycanda Sovet hakimiyyətinin
qurulmasının 50 illiyinə ithaf olunub.
Ssenarini
Yusif Səmədoğlu Səməd Vurğunun “Komsomol
poeması” əsasında qələbə alıb.
Səməd
Vurğun özü müəllim işlədiyi illərdə
komsomol sıralarında xidmətləri olub. “Məndən
tez-tez soruşurlar xoşbəxtsinizmi? Cavab verirəm – Hə!
Çünki gəncliyim Lenin komsomolu sıralarında
qanlı-qadalı müharibələrdə
keçmişdir.” (S.Vurğun)
Gəray
bəy, Şəkər bəy, Bəxtiyar konkret tarixi şəxsiyyətlərdir.
Sarı Şəmistanla sonralar çəkiliş qrupunun
görüşü də olub. Onlar yalnız film ekranlara
çıxandan sonra məlum olub. Bütün bölgələri,
əyalətləri gəzən filmlə birgə oralarda
görüşlərdə olan aktyorlar qarşılarına
çıxıb özünü təqdim edən personajların
qarşısında karıxıb qalırmışlar. Belə
görüşlərdən birində sağ-salamat Sarı
Şəmistan 7 oğulun hərəsinə bir xalça da
bağışlayıb.
Bir
neçə epizodda çəkiliş vaxtı dəyişiklik
olunub. Məsələn, Bəxtiyar Humayı döyən səhnədə
mübahisə düşüb. Sonda belə qərara gəlinir
ki, bolşevik silahdaşını itirdiyi üçün
gözünə heç nə görünmür,
qızı döyür, amma o biri bolşevikdə milli hisslər
baş qaldırır, kişinin qadını döyməsinə
yol vermir. Burda hadisənin biri o birini tamamlayır.
Qəbristanlıqda
“gədələri də yığışdır” ifadəsi
bəy balası Cəlalı qıcıqlandırır və
əmisinə silah çəkir.
Çəkilişlər
Abşeronda, Şağanda, Mərdəkanda, Buzovnada, Fatmayidə,
Qobustanda və kinostudiyanın pavilyonunda aparılıb.
Xəyyam Mirzəzadə Amerikada
göz yaşlarına boğulub
Filmə
çəkilən 7 aktyor bu film sayəsində 7 əzəli
əbədi qardaş olublar. İndi də rəhmətə
gedənlərin də ailəsinin xeyir-şərinə
sağ qalanlar yarıyır.
Bu gün
onlardan üçü sağdır – Əbdül Mahmudov,
Rafik Əzimov və Ənvər Həsənov.
Rafik
Əzimov deyir: “Yeddi oğul istərəm” filmi SSRİ
bankına ən çox valyuta gətirən 10 filmlər cərgəsində
idi: “Bir maraqlı faktı da deyim ki, filmin bəstəkarı
Xəyyam Mirzəzadə Amerikada Brodveydə gəzintiyə
çıxıbmış. Birdən şəhərin bir
küçəsində geniş bir reklama rast gəlir. Həmin
reklam ingilis dilində yazılsa da, şəkillərdə 7
oğulun məğrur görünüşü baxana gəl-gəl
deyirmiş”. Həmin reklama çox diqqətlə baxan Xəyyam
Mirzəzadənin gözündən biixtiyar yaş axmağa
başlayır. Bu, sevinc yaşları idi ki, Azərbaycan filmi
Amerika kimi bir ölkədə geniş maraq doğurmuşdu…”
Filmin
finalı da son anda dəyişdirilib. Gəray bəy məğlub
olub intihar etməzdən əvvəl kəndə od vurub onu
yandırır. Başqa bir versiyaya görə kəndi əslində
bolşeviklər od vurub yandırıblar, Gəray bəyi ələ
keçirmək üçün. Finalda bütün kənd
od tutub yanması səhnəsi dəyişdirilir, kənddə
heç bir faciə yoxdur, yalnız Gəray bəy intihar edir.
“Get
Sarı Şəmistana de ki, Gəray bəyi qanına qəltan
etdim”.
7
oğuldan sağ qalan üçü
Ənvər
Həsənovun xatirələrindən: “Mənim
üçün ən çətin səhnə Cəlalın
ölüm səhnəsi olub. Səhnə həm fiziki, həm
də mənəvi cəhətdən ağır idi. Cəlal
dağa, dərəyə çıõır, qayalıqları keçir,
neçə yerdən qaçır,
atılıb-düşür və həmin vəziyyətdə
dayanır, Gəray bəyin qarşısında.
Başlayır monoloqunu deməyə. Bu kadr Qobustanda çəkilirdi.
Cəlala dörd güllə dəyir və hər güllə
dəyən səhnə ayrıca lentə alınırdı.
Həmin kadr isə 3-4 dubl çəkilirdi. Aõırıncı gülləni
Gəray bəy vurur. Həmin gülləylə də Cəlal
yerə yıõılaraq
ölür. Mən yerə yıõılan vaõt çəkiliş qrupundan qəribə
səs eşidildi. "Stop" deyildikdən sonra hamı mənim
başıma yığışdı və asta-asta
başımı qaldırdı. Demə, yıõıldığım yerdən
azca kənarda sivri ağızlı daş varmış.
Əgər bir az da kənara yıõılsaydım, daş gicgahıma
bata bilərdi. Úəlalın
ölüm səhnəsi az qala mənim ölümümə
səbəb olacaqdı. Çəkilişdən əvvəl
səhnə təmizlənmişdi. Ancaq o kiçik daş nəzərdən
qaçmışdı. O çəkilişdən sonra bir həftə
işə çıõmadım. Bu səhnələr heç vaõt yaddan çıõmaz".
Ənvər
Həsənov Qobustanda aparılan çəkilişlər
zamanı baş vermiş gülməli bir hadisəni õatırlayır. Uzun müddətlik
və ağır çəkilişlərdən sonra aktyorlar
istirahət etmək üçün kölgə aõtarışına
çıõırlar.
Birdən əllərində torba və uzun çubuqlar olan
iki kişinin gəldiyini görüb onların ilan tutan
olduğunu anlayırlar. Həmin kişilərə yaõınlaşıb ilanlar barədə
söhbət etməyə başlayırlar. Hamının diqqəti
ilanlara yönələn anda Elçin Məmmədov
yavaşca yaõınlaşıb
Hamlet Õanızadənin
(filmdə Gizir rolunu ifa edir) ayağından elə tutur ki, guya
onu ilan çalır. Bu zaman Hamlet Õanızadənin rəngi
ağarır və ürəyi zəif olduğundan huşunu
itirir. Aləm dəyir bir-birinə. Tofiq Tağızadə gəlib
ilan tutanları qovur. Hamlet Õanızadəni 15-20 dəqiqədən sonra özünə
gətirirlər. Ayılandan sonra Hamlet Õanızadə qisas almaq
üçün Elçini aõtarmağa başlayır. Elçin Məmmədov isə
bunu əvvəldən bildiyi üçün qaçıb
gizlənmişdi. Aõırda
"qoy gəlsin, filmimizi çəkib qurtaraq, isti vurub
başımıza" deyə Õanızadəyə müraciət
edirlər. Nəhayət, çətinliklə də olsa
aktyorları birtəhər barışdırmağa müvəffəq
olurlar.
Bəxtiyarın
pilləkəndə oturub siqaret çəkmə səhnəsi
3 dubl çəkilib. Həmin çəkilişi
xatırlayan Uzun Qasım – Əbdül Mahmudov deyir ki, şəxsən
özü bu səhnəni səbirsizliklə gözləyirdi:
“Mən də pilləkənin altında oturub maraqla Həsən
Məmmədova baxırdım. Onun bu səhnəni necə
yaradacağı mənə çox maraqlı idi.
Gözünün içini, plastikasını görmək
istəyirdim. Əslində mənə elə gəldi ki, o,
heç nə etmədi. Çünki adət etdiyimiz pafosu,
ah-ufları görəcəyimi düşünürdüm.
Plyonka aşkarlanandan sonra bu epizoda baxanda dəhşətə
gəldik. Bu səhnəni Həsən Məmmədov o qədər
gözəl yaratmışdı ki. Qəribə nisgilli, kədərli
baxışları vardı. Mənim fikrimcə, o epizod
olmasaydı, film də yaxşı alınmazdı
Sonda
filmin bütün yaradıcı heyətini
bütünlüklə təqdim etməyi lazım bildim.
Əsərin
Müəllifi : Səməd Vurğun
Ssenari
Müəllifi : Yusif Səmədoğlu
Quruluşçu
Rejissor : Tofiq Tağızadə
Quruluşçu
Operator : Rasim İsmayılov
Quruluşçu
Rəssam : Nadir Zeynalov
Bəstəkar
: Xəyyam Mirzəzadə
Səs
Operatoru : Vladimir Savin
Rejissor :
T. Məmmədov
Geyim Rəssamı
: Mais Ağabəyov
Qrim Rəssamı
: V. Bereznyakov, Elbrus Vahidov
Quraşdırılmış
Səhnələrin Operatoru : Rasim İsmayılov
Quraşdırılmış
Səhnələrin Rəssamı : Mirzə Rəfiyev
Montaj edən
: Tamara Nərimanbəyova
Redaktor :
İntiqam Qasımzadə
Rejissor
Assistenti : Mirzəbala Məlikov, M. Məmmədov
Operator
Assistenti : Rafiq Kərimov, Ziya Babayev(Z. Babayev kimi)
Rəssam
Assistenti : T. Abdullazadə, N. Viçina
Çalır
: Kinematoqrafiya Dövlət Simfonik Orkestri
Dirijor :
D. Ştilman
Filmin
Direktoru : Davud Zöhrabov
İşıqçı
: A. Məmmədzadə (titrlərdə yoxdur)
Rejissor
Köməkçisi : Almaz Mustafayeva (titrlərdə yoxdur)
-Bəxtiyar
Ənvər
Həsənov-Cəlal
Elçin
Məmmədov-Mirpaşa
Əbdül
Mahmudov-Qasım
Şahmar
Ələkbərov-Qəzənfər
Rafiq
Əzimov-Şahsuvar
Ələsgər
İbrahimov-Zalımoğlu
Həsənağa
Turabov-Gəray bəy
İsmayıl
Osmanlı-Kələntər
Zemfira
İsmayılova-Humay
Hamlet
Xanızadə-Gizir
Fərhad
İsrafilov-Qəqəni
Məmmədrza
Şeyxzamanov-Kərəm
Məhluqə
Sadıqova-Əri ölən qadın
Ramilə Qurbanlı
Üç nöqtə.- 2020.- 10
sentyabr.- S.12.