"Elmlə
yanaşı poeziya
da həmişə
onun yol-yoldaşı
idi"
Valeh Hacılar-70
Bəli,
o, mənim, eləcə
də A.P.Puşkin adına (sonralar
S.S.Orbeliani adına)
Tbilisi Dövlət Pedaqoji
Universitetinin Azərbaycan
şöbəsinidə təhsil
alan onlarla, yüzlərlə tələbənin
sevimlisi idi. Təkcə
biz tələbələrinmi?! Əlbəttə ki yox! Onun istər
elmi, istərsə də bədii əsərlərinin oxucuları
arasında da özünü
Valeh müəllimin tələbəsi hesab edən minlərlə gənc var... Axı, Valeh müəllimin
elmi-bədii yaradıcılığı
özü ayrıca bir məktəbdir.
Təəssüflər olsun
ki, Valeh müəllimin məktəbinin
tələbələri, müdavimləri
bundan sonra onunla canlı ünsiyyətdə ola bilməyəcəklər...
Yaşasaydı indi 60 illik yubileyini
qeyd edəcəydik. Təəssüflər
olsun ki, düz bir il əvvəl Azərbaycan təhsilinə,
ədəbiyyatına, poeziyasına
böyük və ağır bir itgi üz verdi.
Görkəmli ədəbiyyatşünas
alim, tanınmış
tədqiqatçı, bacarıqlı
təşkilatçı, istedadlı
şair-tərcüməçi, gözəl ailə başçısı, ictimai
xadim və xeyirxah insan, Valeh Hacılar uzun sürən xəstəlikdən sonra
59 yaşında aramızdan
getdi...
Valeh Əlipaşa oğlu Hacılar (Hacıyev)
1951-ci il aprelin 15-də qədim Borçalı qarapapaqlarının
ağır ellərindən
olan Bolus rayonunun Darvaz kəndində anadan olub.
1968-ci ildə Darvaz kənd orta məktəbini bitirib və elə həmin il
Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı
İnstitutunun rus-Azərbaycan
filologiyası fakültəsinə
daxil olub. 1973-cü ildə ali
təhsilini bitirib. Azərbaycan və Gürcüstan Yazıçılar
İttifaqlarının zəmanətləri
ilə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun (sonralar S.S.Orbeliani adına
Tbilisi Dövlət Pedaqoji
Universitetinin Azərbaycan
şöbəsindəki Azərbaycan
dili və ədəbiyyatı kafedrasına
işə göndərilib.
Bir müddət
burada müəllim kimi çalışıb. 1985-ci ildə "Azərbaycan dilində şeir qoşan gürcü aşıqları" mövzusunda
namizədlik dissertasiyası
müdafiə edib.
1985-ci ildə Azərbaycan dili və ədəbiyyatı
kafedrasının dosenti,
1993-cü ildə isə
professoru seçilib.
1989-cu ildən ömrünün sonuna kimi həmin kafedraya rəhbərlik edib. 2000-ci ildən
Gürcüstan Ədəbiyyatşünaslıq
Akademiyasının həqiqi
üzvü idi. Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin inkişafındakı
şəxsi xidmətlərinə
və səmərəli
elmi-pedaqoji fəaliyyətinə
görə 1998-ci ildə
Gürcüstan Prezidenti
tərəfindən "Şərəf"
orldeni ilə təltif edilib.
Öz elmi-bədii
yaradıcılığı, poetik sözü, həyatı müşahidəetmə
erudisiyası ilə fərqlənən qələm
sahiblərindən olan
V.Hacıların yaradıcılığı
iki cəhətdən
maraqlıdır.
O, həm bədii yaradıcılıqla, həm
də elmi tədqiqatla məşğul
olmuşdur. Elmlə yanaşı poeziya
da həmişə onun
yol-yoldaşı idi.
Bədii
yaradıcılığa 1967-ci ildən başlayan şair V.Hacıyevin şeirləri müxtəlif
mətbuat orqanlarında,
«Çeşmə», «Dan ulduzu»,
«Ağır elli Borçalı» ədəbi
məcmuələrində, «Bayraq və Günəş», «Bir sinədə iki ürək» almanaxlarında
işıq üzü
görmüşdür. Doğma yurda,
torpağa, insanlara bağlılıq, həyat
həqiqətlərindən doğan şair narahatlığı, milli-mənəvi
saflığa çağırış,
dil şirinliyi və axıcılıq şairin əsərlərini
səciyyələndirən əsas cəhətlərdəndir.
«Gözlərimə inanmadım
- qəribə hal,
Təbəssümün xəyalımda nə tez doldu?..
İllər boyu sirli qalan çətin misal
Bircə
anlıq təbəssümlə
həll olundu!».
Bircə
bənddən ibarət
olan bu şeir
haqqında görkəmli
alimimiz Əkrəm Cəfər «Çeşmə»
ədəbi məcmuəsindən
söhbət açarkən
yazmışdır:
«V.Hacıyevin «Təbəssüm»
şeirində qəribə
və mənalı bir ahəng var. Şeir bu ahənginə,
həm də yeni səslənən vəzninə və qafiyəsinə borcludur.
Bu qısaca şeir,
demək olar ki, uzun bir
əhvalatın məğzidir».
Bu sözləri Valehin
digər şeirlərinə
də adi etmək olar.
O, həmişə az
sözlə daha böyük fikirlər söyləməyə çalışıb.
«Ürəyimdə», «Qayıda
bilsək», «Danışma»,
«Pərvanə» və
s. şeirləri bu qəbildəndir.
V.Hacıyevin sevimli sənətkarımız
Aşıq Vəkilə
ithaf etdiyi «Şirindi» sərlövhəli
şeirindən açıq-aydın
görsənir ki, o, saz-söz vurğunu idi:
Sazdan ötrü darıxmışam,
qardaşım,
De, hardasan, yenə
sənin yerindi.
Ha səslədim - səsim sənə çatmadı,
Boylananda
qarlı dağlar göründü…
Şair
bu beş
bəndlik şeirdə
bir neçə mövzunu tərənnüm
etmişdir. Belə ki, əgər birinci bənddə saza, aşığa müraciət olunaraq, qarlı dağlar yada düşürsə,
ikinci bənddə təbiət gözəllikləri,
insan keyfiyyətləri
xatırlanır:
O dağlarda çiçək
zərif, qar gözəl,
O düzlərdə bağça
dolu bir gözəl,
Qardaş
şirin, dost vəfalı,
yar gözəl,
Məhəbbəti dəryalardan dərindi.
Tükənməzdi söhbətimiz,
sözümüz,
Görüşməsək, günahkarıq
özümüz,
Başkeçidin yolundadı gözümüz,
Düşünmə ki, dost arası sərindi.
- deyən şair
sonrakı bəndlərdə
yazır:
Kərəm hələ Ərzuruma
getməyib,
Aşıq Qərib Şahsənəmə
yetməyib,
Neçə dastan tamamlanıb
bitməyib,
Neçə muraz gözləyirik gör indi.
Zili bəmə, bəmi zilə yaraşır,
Dili sözə, sözü dilə yaraşır,
Vəkil
saza, saz Vəkilə yaraşır,
Hər ikisi Valeh üçün şirindi.
V.Hacıların bu səpkili şeirləri çoxdur. Xüsusilə
də «El havaları» silsiləsindən olan «Tellayı» çal,
Alı dayı», «Ağlama,
gəlin, ağlama» və s. şeirləri də maraqlı və oxunaqlıdır.
V.Hacıların 2000-ci ildə Tbilisidə nəşr olunmuş «Hərşənin ocağı»
adlı kitabına müxtəlif illərdə
yazdığı şeirlərindən
seçmələr və
eyniadlı poeması daxil edilmişdir. Şeirlər
«Qarapapaq elləri», «Ürəyi ağrıdan
gördükləridi», «Gözlərini
dolan gördüm, doldu mənim ürəyim də», «Çaylar haradan başlanır?» sərlövhəli
yarımbaşlıqlar altında
cəmlənmişdir.
Kitabın «Valeh həzin havasını çaldı
mənim ürəyimdə»
bölməsində istedadlı
şairlərimz Səadət
Butanın, Mədəd
Coşğunun və
Rafiq Hümmətin öz qələm dostları Valeh Hacılara həsr etdikləri «Şair səsi - dost töhfəsi»
olan ithaf şeirləri verilmişdir.
Valeh Hacıyev
həm də gözəl tərcüməsi
kimi tanınır. Onun gürcü ədəbiyyatından,
xüsusilə də A.Sereteli, R.Margiani, R.Amaşukeli, L.Sulaberidxe,
B.Xaranauli və başqalarının əsərlərindən,
eləcə də rus, ukrayna və
abxaz paeziyasından dilimizə çevirdiyi çoxsaylı tərcümələr
oxucular tərəfindən
maraqla qarşılanmışdır.
Qeyd etdiyimiz
kimi, ən əsası V.Hacılar tədqiqatçı-alim kimi
şöhrət tapmışdırdir. O, Azərbaycan
- gürcü ədəbi
əlaqələri və
folklorşünaslıq sahələrində
geniş elmi-tədqiqat
işi aparmışdır.
V.Hacıların bu sahədəki yaradıcı
fəaliyyətini müxtəlif
mətbuat səhifələrində
dərc olunmuş sanballı yazılardan aydın görmək olar («Ulduz» jurnalının
1989-cu il 1-ci sayında
işıq üzü
görmüş «Azərbaycan
folklorunun gürcü
toplayıcıları», «Ulu
sənətin qüdrəti»
və s. məqalələri
xüsusilə maraqlıdır).
Onun 1991-ci ildə Bakıda nəşr olunmuş «Folklorumuzun üfüqləri», 1992-ci ildə
Tbilisidə işıq
üzü görmüş
«Azərbaycan folkloru
örnəkləri» kitabları
filologiya fakültəsinin
tələbələri üçün
nəzərdə tutulsa
da, geniş oxucu kütləsi üçün
də maraqlıdır...
Valeh müəllimin "Kəndim
Lecbəddindi, özüm
İbrahim..." (Tiflis, 1999), "Qarapapaq
Mehralı bəy tarixi həqiqətlərdə"
(Tiflis, 2001) və s. kitabları
da oxucuların böyük
marağına səbəb
olmuşdur... İstər bu
kitablar, istərsə
də Valeh müəllimin digər əsərləri haqqında,
bir sözlə, həyatı və yaradıcılığı ilə
bağlı müxtəlif
mətbuat orqanlarında
bir sıra müsbət rəylər,
məqalələr çap
olunmuşdur.
Elə mən özüm “Ağır elli Borçalı” (Bakı,
1990; Ərzurum,1996) “Çağdaş
Borçalı ədəbi
məktəbi” (Bakı,
1994), “Gürcüstanda Azərbaycan
mətbuatı” (Bakı,
1998) və b. kitablarımda,
eləcə də qəzet məqalələrimdə
Valeh müəllimin yaradıcılığına yüksək qiymət vermiş, əsərlərindən
nümunələri oxucularımıza
ərmağan etmişəm.
2003-cü
ildə isə tanınmış türk
alimi, istedadlı Borçalışünas dr. Semra
Alyılmaz Ankarada Valeh müəllimin həyat və yaradıcılığı haqqında
“Borçalılı bilim
adamı egitimçi şair Valeh Hacılar (həyatı-sənəti-şeirləri)”
adlı ayrıca və həm də çox dəyərli bir monoqrafiya çap etdirmişdir.
Valeh müəllim
həm də nümunəvi ailə başçısı, gözəl
ata idi. Ömür-gün
yoldaşı Rüxsarə
xanımla birlikdə Fəxri və Namiq kimi zəhmətkeş,
ali təhsilli,
yurdunu və millətini sevən iki oğul böyüdüb
boya-başa çatdırmışdır...
Valeh müəllimin arzuları,
planları, qarşıda
görüləsi işləri
hələ çox idi...
Təəssüflfr olsun ki, amansız ölüm imkan vermədi...
Allah rəhmət eləsin! Bir daha ruhunuz
şad olsun, Valeh müəllim! Sizin əziz xatirəniz biz tələbələrinizin, çoxsaylı
oxucularınızın, ədəbiyyat
və poeziyasevər insanların, dostlarınızın,
qohumlarınızın, bir
sözlə, bütün
qədirbilən xalqımızın
qəlbində əbədi
yaşayacaqdır.
Tələbəniz
Müşfiq BORÇALI
Üç nöqtə.- 2021.- 15 aprel.- S.12.