Aşıq Ələsgərin saz-söz dünyası
Dahi söz ustadı, Azərbaycan
aşıq sənətinin qüdrətli nümayəndəsi
Aşıq Ələsgərin 200 yaşı tamam olur. Bununla əlaqədar, respublikada
olduğu kimi,
Masallı rayonunun mədəni-maarif
müəssisələrində ustad sənətkarın
adına layiq tədbirlər təşkil
olunur. Növbəti “Aşıq Ələsgərin
saz-söz dünyası” adlı tədbir
Heydər Əliyev Mərkəzində baş
tutdu. Karantin qaydalarını
gözləməklə Masallı rayon
Tarix-Diyarşünaslıq və şəhər onbirillik İncəsənət Məktəbinin
əməkdaşları da tədbirdə
idilər.
Sözlü-sazlı tədbir İkinci Qarabağ müharibəsində şəhid olan Vətən oğullları və ustad sənətkar Aşıq Ələsgərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başladı. Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva qonaqları salamlayaraq dedi: “2021-ci ildə Azərbaycan aşıq sənətinin ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyidir. Ümummilli lider Heydər Əliyev Aşıq Ələsgər irsinə həmişə böyük sayğı göstərmiş, elə onun təşəbbüsü ilə aşığın 150 illik yubileyi respublikamızda və onun hüdudlardan kənarda təntənəli şəkildə qeyd edilib, doğma Göyçə mahalında isə aşığa büst qoyulubdur”.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə tədbir iştirakçılarına Aşıq Ələsgərin həyat və yaradıcılığından geniş məlumat verdi. O vurğuladı ki, XIX əsr boyunca və XX əsrin əvvəllərində Azərbaycan aşıq ədəbiyyatında Aşıq Ələsgər sazının, şeirinin, dastanının möcüzəsi ilə yeni ömür başlanıb. Yaradıcılığında bəşəri ideyaları, fəlsəfi dünyagörüşü, humanizmi, ülvi vətənpərvərliyi, təbiətə və insanlığa sevgini, ədalətli, qürurlu yaşamağı təbliğ edən Aşıq Ələsgərin saz və söz sənətinin inkişafına müstəsna təsir göstərib.
Tədbirin ən maraqlı yeri Masallı rayon Heydər Əliyev Mərkəzinin gənc könüllülərinin ifasında saz ifaçısı Anar İmanovun müşayiəti ilə Aşıq Ələsgərin qoşmalardan ibarət kompozisiyasının nümayişi oldu.
Zəfər
ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Üç nöqtə.- 2021.- 1
iyul.- S.16.