Türk ədəbiyyatıdərgisinin noyabr sayı işıq üzü gördü...

Türk ədəbiyyatıdərgisi hər ay olduğu kimi bir-birindən maraqlı elmi məqalələr, araşdırma yazılar, bədii oçerk, şeir güldəstəsi hekayələrlə zəngin Kasım sayı ilə oxucuların görüşünə gəlib.Həsbi-hal”daTürk ədəbiyyatıoxucularını təbiətin həzin bir şərqiyi tərənnüm etdiyi son bahar günlərində salamlamaqdan məmnunluğunu bildirən dəyərli baş redaktor İmdat Avşar yazır: “Kasım ayı vəqfimizin dərgimizin abidə şəxsiyyətlərindən olan Osman Yüksel Serdengeçtinin Hakka yürüdüyü ay... Onu rəhmət minnətlə anırıq. Türk ədəbiyyatı  dərgisi olaraqMehmet Akif ve İstiqlal Marşı iliçərçivəsində fərqli yazılar müsahibələrlə həmİstiqlal marşı”mızın, həm bu abidə mətnin şairi Mehmet Akifin daha dərindən dərk edilməsi istiqamətində xidmət göstərməyə çalışırıq.”Ahmet Kabaklı məqalələrinin birində yazır ki: “Düşüncənin milli oluşu geniş anlamda millətin milli zövqünün milli həyatının əsəri olunuşundadır. Dil düşüncə kökə söykənəndə milliləşir daha da bütövləşir”.

Bu mənada, “Türk ədəbiyyatı”nın hər sayını vərəqlədikcə, dərginin ədəbi-bədii, elmi-fəlsəfi mündəricəsi dəyərində həm milli düşüncəyə köklənmiş mənəviyyat abidəsi olduğunu müşahidə etməkdəyik. Zəngin ədəbi ənənələrə milli məfkurəyə söykənməsi, sözün həqiqi mənasında, dərginin daha da oxunaqlı olmasını şərtləndirir.İmdat bəyinHəsbi-hal”da vurğuladığı kimi 10 Kasım 1983-cü il Türk milli düşüncəsinin sütunlarından olan, “Türklüyün pərişan halı”, “Bu millət nədən ağlar?”, “Bir nəsli necə məhv etdilər?”, “Məbədsiz şəhər”, “Ayasofya davası”, “Akdeniz hilalındır”, “Mevlana Mehmet Akif sair kitabların müəllifi  Osman Yüksel Serdengeçtinin əbədiyyətə qovuşduğu gündür. Dərginin bu sayında böyük şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunur.“Oxunduqca çoxalan mətn: İstiqlal marşıadlı məqaləsində Vahdetdin Oktay Beyazlı hər bir kəlməsiylə ruhumuza, qanımıza, şüurumuza hopan bu milli marşın mahiyyətindən danışır, müsəlmanları ibadətə səsləyən azan səsi kimi İstiqlal marşının türk millətini vətən din yolunda mücadiləyə çağırdığını dilə gətirir. Müəzzəm bir şəxsiyyətin qələmində bizə təqdim olunan İstiqlal marşı hamımızın bədənimizə uyğun olaraq biçilmiş heç zaman çıxarmamağımız gərəkən bir bağımsızlıq köynəyidir”- deyən müəllif tarixin zamanın bütün kəşməkəşlərində bu marşın türk milləti üçün birlik azadlıq şərqisi olduğunu vurğulayır.Harun CeylanHecacıların hədəfindəki şair: Ahmet Haşimməqaləsində türk ədəbiyyatının 1920-ci ildən sonrakı ədəbi mənzərəsini elmi müstəvidə təhlilə cəlb edir, “Yeni dilYeni həyatşüarıyla ikinci Məşrutiyyə dönəmindən sonra heca vəznində yazan şairlərin hecanı daha geniş arealda yaymaq işlək bir janr səviyyəsinə qaldırmaq naminə əruz vəznində yazanları o cümlədən, klassik osmanlı divan ədəbiyyatının nümayəndəsi Ahmet Haşiminin həcvlərlə tənqid edilməsindən danışır.

Fatih Sakallı türk ədəbiyyatı tarixindəsosial realistkimi tanınan bir nəslin ən önəmli şairlərindən biri kimi Ömər Faruk Toprakın ədəbi irsini araşdıraraq qələmə aldığı  Sosial realist bir şair: Ömər Faruk Toprakməqaləsində ədibin çoxşaxəli ədəbi mücadiləsi ilə bağlı maraqlı məqamları oxucuya təqdim edir.

 Şeir yaradıcılığı ilə çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti olan dərginin ötən saylarında şeirləriylə çıxış edən Aqşin Yenisey bu dəfə maraqlı bir araşdırma yazısı ilə oxucularını salamlayır. Müəllif  XIX yüzilliyin sona yaxınlaşdığı bir ərəfədə Rusiyada Rus dövlətinin ortaya çıxardığı Rasputin ilə rus xalqının doğurduğu Oblomovu qarşılaşdıraraq müqayisəli təhlilə cəlb etdiyi məqaləsində İ.Qonçarovun məşhurOblomovromanı qəhrəmanı ilə eyni adı daşıyanoblomovçuluqideologiyası ilə romanın fəlsəfi planına işıq tutaraq Oblomovun bir nihilist olmadığını, hətta özünəxas fikirləri, dəyərləri, gələcəyə dair planları olduğunu vurğulayır.Mehmet DinçaslanOsmanlı iqtisad düşüncəsinin çağdaşlaşması”, “Osmanlıdan XXI yüzilliyə iqtisadi, mədəni dövlət fəlsəfəsinə aid dəyişmələr”, “İqtisadiyyat metodologiyası düşüncə tarixi yazıları sair əsərləri ilə iqtisadi mədəni sahədə araşdırmalarıyla tanınan A.Sayarın anadan olmasının 75-ci ildönümünə ərməğan olaraq qələmə aldığıAhmet Güner Sayarın düşüncə mədəniyyət dünyamıza qatqılarıadlı məqaləsini oxuculara təqdim edir.

Türkiyə eləcə Azərbaycan ədəbiyyatının Almaniyada təbliği oxunmasında önəmli xidmətlərdə bulunan Orxan ArasBozqırın oğlu Çingiz Aytmatovadlı memuar yazısında qırğız xalq yazıçısı Çingiz Aytmatovla bağlı xatirələrini bölüşür.

Dərgidə eyni zamanda ədəbi tənqidlə bağlı bir-birindən maraqlı faktları ilə yadda qalan yazılar da yer almışdır. Turqut Uyarın təslimiyyətin məğlubiyyətin şeiri kimi qavranılanAcıyırşeirini Aytuğ Tolu fərqli bir prizmadan təhlil edir, Yahya KamalınAbdaladlı itmiş bir şeirinə Fransada bəstələnmiş şeirlərin sözlərinin yer aldığı bir musiqi kitabında rastlayan Mustafa Atikebaş bu şeirin təlqin etdiyi bədii imkanlar daxilində Yahya Kamalın poeziyasına dair düşüncələrini dilə gətirir. Servet Sena Çelik isə Abdullah HarmancınınDost ağacıadlı hekayəsində adət-ənənələrin izlərini axtarmaqdadır.

Nəsr bölümündə həyat həqiqətlərini bədii sənət materialına çevirərək bənzərsiz detalları ilə orijinal süjetlər yaradan Şərif AydemirEndim yarın baxçasına”, Yavuz AhmetYaşlı Kurt”, Nagihan CoşkunerMerdümgirizadlı hekayələri ilə oxucuların görüşünə gəlir. Poeziya bölümündə Mehmet Fatih Köksal, Tarık Özcan, Mustafa Kubur, Hüseyin Bağıroğlu, İsmail Bingöl, İhsan Tevfik, Gile Alikızı ve Ziya Karatekin şeir çələngi ilə poeziya sevənləri salamlayır. “Kitab rəfiGündəmbölümləri əvvəlki saylarla müqayisədə daha zəngin həcmli daha geniş məzmunu ilə diqqətimizi cəlb edir.

Müxtəlif mövzulara müraciət etməsinə baxmayaraq araşdırılan hər bir mövzunun, aparılan hər bir müsahibənin, elmi-publisistik məqalənin, bədii portret yazının bütövlükdə maraqlı bir ədəbi mənzərə yaratdığı dərginin hər bir səhifəsində zərgər dəqiqliyi ilə çalışan yaradıcı redaksiya heyətinin gərgin əməyinin, yüksək həssasiyyətinin böyük zəhmətinin uğurlu nəticəsi kimiTürk ədəbiyyatı”nın Kasım (noyabr) sayı da ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanacağına inanır, başda çox əziz Sərhat Kabaklı, İmdat Avşar olmaqla; bütün redaksiya heyətiniEmek Üşenmez, Necati Tonga, Gökhan Tunç, Saadet Örmeci, Enver Uğur Aykol, Aleyna Malkoç, Nuray Örnek, Atilla Ceylan Halit Baykalın şəxsində bütün dostlarımızı gönüldən təbrik edir, Azərbaycandan qucaq dolusu salamlar sayğılar göndərir, dərginin gələcək fəaliyyətində başarılar diləyirəm!

 

Xəyalə ZƏRRABQIZI

Filologiya üzrə fəlsəfə doktoru

 

Üç nöqtə.- 4 noyabr.- 2021