Vətənin hər
qarışını ana bilən igid əsgər
Fariz Zahir oğlu Rəhimov 20
sentyabr 2001-ci ildə Qəbələ rayonunun Əmirvan kəndində
anadan olub. İki bacının bir qardaşı olan Fariz ailədə
ən çox atasına bağlı idi. 0, 2007-ci ildə
Əmirvan kənd orta məktəbinin birinci sinfinə gedib və
2016-cı il kənd orta məktəbin 9-cu sinfini bitirərək
Bakı şəhərinə gəlib. Sənədlərini
12 nömrəli Peşə məktəbinə verib.
Sınaqlardan uğurla çıxaran Fariz oxuduğu müddətdə həm
də ixtisasına uyğun işləyib.
O, 2017-ci ildə 3-cü dərəcəli
Geniş Profilli dəzgahçı peşəsi ilə təhsilini
başa vuraraq bir müddət özəl şirkətdə
ixtisası üzrə çalışıb. 2019-cu ilin
oktyabrın 2-də həqiqi hərbi xidmətə
yollanıb. N saylı hərbi hissədə xidmət etdiyi
dövrdə qaçış və atıcılıq
üzrə dəfələrlə fərqlənib.
Uğurları hərbi hissə komandirinin diqqətini çəkib
və onu kəşfiyyat bölüyünə keçiriblər.
Xocalının intiqamını almaq istəyirdi
Sentyabrın 27-də düşmən tərəfindən
atəşkəsin pozulması ordumuzu əks-hücum əməliyyatı
həyata keçirməyə məcbur etdi. Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
Silahlı Qüvvələri döyüş əməliyyatlarına
başladı. Vətənin mərd oğulları kimi Fariz Rəhimov
da işğal altında olan Azərbaycan torpaqlarının
düşməndən azad edilməsi üçün
könüllü olaraq Vətən müharibəsi
döyüşlərinə qatıldı və düşmənə
qarşı ön cəbhədə igidliklə vuruşdu.
Fariz döyüşlərə
düşmənə böyük nifrət hissi ilə
başladı. Bu nifrəti Farizə hələ uşaq ikən
atası aşılamışdı. Atası Birinci Qarabağ
müharibəsinin qəhramanı Zahir Rəhimov Ağdam,
Ağdərə, Tərtər və Füzulidə
düşmənə qarşı qəhramanlıqla
vuruşmuşdu. Farizin düşmənə qarşı nifrəti
və böyük vətən sevgisi də atasından ona
keçmişdi. Müharibənin ilk günlərində
atası ilə danışanda hələ döyüşlərdə
iştirak etmədiyindən narazılıq edirdi. O,
düşmənlə üz-üzə gəlmək,
işğal aitında olan torpaqlarımızı azad etmək,
Xocalının intiqamını almaq istəyirdi. Tezliklə
arzusuna çatdı. Farizin Hadrut və Füzuli şəhəri
uğrunda gedən döyüşlərdə igidlik göstərdi.
Əsgər dostlarının bildirdiyinə görə, Fariz
zabitlərlə döyüşlərə qoşulan çox
az saylı əsgərlərdən biri idi. Bir neçə dəfə
zabit yoldaşları ona, “Sən, hələ gəncsən, hər
döyüşə qoşulma” desələr də o, kənarda
qalmağı özünə
sığışdırmazdı. Döyüşə gedən
dəstəyə qoşulardı.
Yaşının az olmasına baxmayaraq,
qorxmazlığına, məğrurluğuna, cəsarətinə
görə 19 yaşlı Farizə döyüş
yoldaşları “Ləzgi əmi” deyə müraciət edirdi.
Dostlarının sözlərinə görə, onun snayper
nişəngahından düşmənin qaçmaq
şansı olmazdı, dəqiq və sərrast atışla
onlarla düşmən əsgərini məhv etmişdi.
Füzuli şəhərinin düşməndən
azad oluması Farizi çox sevindirmişdi. O, artıq
düşmənə qarşı döyüşdə
böyük təcrübə qazanmışdı,
döyüş meydanını bir dəqiqə də olsun tərk
eləmək istəmirdi. Gizir Emin Əhmədov deyir:
Füzuli döyüşləri zamanı yaralanan, şəhidlərimiz
oldu. Onların olduğu ərazi düşmən tərəfindən
atəş altında saxlanıldığından Şəhidlərimizin
nəşini ərazidən çıxarmaq mümkün
deyildi. Mən tabeliyimdə olan dəstəyə müraciət
etdim.
Kim könüllü Şəhidləri
döyüş zonasından çıxartmağa getmək
istəyir?
Cümləmi yenicə bitirmişdim. Mənə
dedilər ki, bölükdə olan yeganə əsgər, 19
yaşlı Fariz artıq tapşırığı yerinə
yetirməyə hazırdı, maşında oturub. Hamı 19
yaşlı bu igidin davranış və
qorxmazlığını görüb heyrətə gəldi.
Onun bu hərəkətindən sonra özündən
yaşca böyük döyüş yoldaşları da cəsarətləndilər.
Hətta deyərdim ki, bəziləri Farizin hərəkətindən
sonra utanmışdılar. Döyüşlərə girməzdən
əvvəl hamıya deyərdi:
-Kişi itdən qorxmaz.
Biz onun üçün vuruşuruq ki, Vətənimiz
azad olsun…
Xocavənd istiqamətində döyüşlər
zamanı Farizin yaxınlığında əsgərlərdən
biri yaralanıb. O, təcili əsgəri təhlükəsiz
yerə çıxararaq yarasını sarıyıb,
qanaxmanı kəsib. Özündən bir neçə yaş
böyük olan, ayağından zədə almış əsgərə
təsəlli verib. – Qorxma, təhlükəli bir şey
yoxdur, yaxşılaşacaqsan. Tərpənmə, yaran
açılar, indi tibb işçiləri gələr. Səni
tibb məntəqəsinə çatdırarlar. Özü isə
vuruşmaq üçün yenidən döyüş
meydanına qayıtmaq istəyir. Bu zaman yaralı əsgər
Farizə deyir:
- Çox qabağa getmə, özünü
gözlə, ata-anan, doğmaların səni gözləyir.
Böyük ürəyə sahib 19
yaşlı Fariz bəlkədə tarixə düşəcək
bir cümlə ilə o gizirə cavab verir:
- Ata-anasını və doğmalarnı fikirləşən
əsgər Vətəni azad edə bilməz, düşmənə
qalib gələ bilməz. Biz onun üçün vuruşuruq
ki, Vətənimiz azad olsun, vətənin bütün
övladları rahat yaşasınlar.
Sən müharibənin nə olduğunu bilirsən
axı...
Fariz evə tez-tez zəng etməyi
xoşlamazdı. Atasına deyərdi:
- Sən müharibənin nə olduğunu
bilirsən axı, hər an zəng etmək imkansızdı.
Doğmaları bilirdi ki, düşmənlə
üzbəüz mövqeydədi və bu səbəbdən də
hər an zəng edə bilmir. Ondan niyə foto və video
paylaşmadığını soruşanda isə gülüb
deyərdi:
- Güllə yağışı altında
şəkil və vidio çəkmək
mümkünsüzdür.
Müharibənin başlandığı
gündən şəhid olduğu son günədək cəmi
2-3 dəfə zəng edə bildi. Çünki həmişə
döyüşün ən qızğın yerində və
öndə olub igidimiz. Axrıncı dəfə atası ilə
27.10.2020 tarixində danışıb. Deyib ki, növbəti hədəfimiz
anamın baş (Şəhidimizin anasının adı Şərafətdir)
hərfi ilə başlayır.
– Mənə zəng çatmayacaq, vaxt olanda
özüm zəng edəcəyəm. Salamat qalın- deyir.
Atası Zahir Rəhimov bu telefon
danışığı barədə deyir: Sonuncu dəfə
onunla 27.10.2020 tarixdə qısa bir
danışığımız oldu. Əslində bu
danışığa qısa demək də olmaz.
Axrıncı döyüş əməliyyatlardan sonra və
yeni döyüşqabağı verilən istirahət vaxtdan
istifadə edib danışmışdıq. Axrıncı
döyüşlərdə dostlarının itkisi onu çox
sarsıtmışdı və qisas hissi ilə
alışıb yanırdı. Birinci Qarabağ müharibəsi
döyüşçüsü olmuşam deyə, yenə ona
müharibənin qaydalarından və döyüş əməliyyatlarından
məsləhətlər verdim.
Narahat olmayın, özünüzdən
muğayat olun, az qalıb qələbəyə. Ata, ya general
kimi, ya da Şəhid kimi qayıdacağam yanınıza. Hər
iksinə hazır olun. Anama da belə deyərsən,-dedi.
Soruşdum:
- Qorxmursan?
- İtin nəyindən qorxacam. Kişidə
itdən qorxar?- gülüb dedi.
Qardaş ... möhkəm olun...Yaxşı xəbərimiz
yoxdur
Fariz kəndimizin ən ağıllı və
qorxmaz igidlərindən olub. Qardaşım Zahir onu əsl mərdlik
məktəbilə vətənpərvər tərbiyyələndirmişdi.
Vaxtından və yaşıdlarından tez
böyümüşdü sanki Fariz. Həm çox dərrakəli,
həmdə böyüklərə hörmət vardı onda.
Anasını sevməyən övlad olmaz, amma Fariz kimi də
anasını çox sevən övlad da az tapılar. Möhtərəm prezidentimiz, Ali Baş komandan
İlham Əliyev Cənabları Qələbə münasibətilə
xalqımızı təbrik eləməsi və müharibənin
başa çatması xəbəri bizi şox sevindirdi.
İnanın həyatımda bu qədər sevinməyim
yadıma gəlmir. Səhəri hamını təbrik
edirdim, bir qanadım yox idi uçmağa, axı bu qələbədə
Farizində payı vardı. Amma saatlar keçdikcə, Farizin
zəngi yubandıqca həyacanlamağa başladım. Həm də qardaşım darıxdıqca mənə
zəng edirdi, güvən yeri axtarırdı. Çox narahat
idi qardaşım, ata ürəyi narahat olmaya bilməzdi
axı. Fariz söz vermişdi qələbədən sonra zəng
edəcəyinə. Mən Farizi yaxşı
tanıyırdım, o harda olsada bu xəbəri
özü çatdıracaqdı. Özümü
aldadırdım, pis fikirləri qovurdum. Telefonda şəbəkə
yoxdu bəlkə, yada ola bilsin enerjisi bitib. Bəlkə
cavandı yadından çıxıb sevincindən, yox bəlkə
qazidi bizim balamız. Bəlkə...Yox , yox qətiyyən...Saatlar
bir birini əvəzlədikcə həyacan və darıxmalar
artmağa başladı. Hər gələn zəng səsi
bir ömür qocaltı bəlkə məni. Budur növbəti
zəng...
- Aloo
- Bəli
- Çağırış üzrə Hərbi
komissarlıqdandı....Əsgər Rəhimov Farizin əmisidi?
- Bəli, buyurun
- Qardaş ... möhkəm olun...Yaxşı xəbərimiz
yoxdu.
Dünən həyatımda ən əlamətdar
gün, bu gün isə zəhərdən acı bir həqiqət,
qardaş övladının itkisi. Bu zəng məni çox
sarsıtdı, çox! Bəlkədə ömrümün
sonuna kimi yaddan çıxmayacaq bir zəng və o
yaşadığım acı hal. Bəs Şəhid
ata-anaları, Şəhid balaları, Şəhid
xanımları, bacı-qardaşları nələr yaşadı,
bilirsinizmi? Onların hər biri həqiqətən bizim
canımızdan qanımızdan olmalıdır, qəlbən,
ruhən onlar olmalıyıq. Şəhid və qazilərimiz
ilə Vətən bütövləşir, tamlaşır. Bəli, Fariz sözünü tutdu; Ya general kimi gələcəyəm,
ya Şəhid kimi. Şəhid kimi gəldi, evinə. Fariz
bizləri, ən əsası ata-anasını çox
ucaltdı, amma ayrılığı ilə də bizləri
çox sarsıtdı. Allah Şəhidlərimizə rəhmət
etsin, məkanları cənnət olsun! Amin!
Mən özüm bacararam, digər
yaralılara kömək edin
Şuşa uğrunda gedən döyüşlərdə
öndə gedənlərdən oldun, yenə düşmənlə
üzbəüz döyüşdün. Qazi dostlarının
dediklərinə görə, Şuşa istiqamətində ən
öndə gedənlərdən biri olubsan. Laçın dəhlizi
istiqamətindən Şuşaya addımlamısan.
Şuşa şəhərinə ilk qədəm qoyan zabit və
MAXE-lərin sırasında 19 yaşında olan tək əsgər-
kəşfiyyatçı sən olmusan. Yaralı olsan da
dostlarına, “mən özüm bacararam, digər yaralılara
kömək edin”-dedin.
Sən əsl gəncavər kimi
yetişmişdin, sən məhz bu gün üçün
yetişmişdin igid bala. Axı Şuşa Azərbaycan
üçün, bizlər üçün qeyrət, namus simvolu
sayılırdı. Sən o namus, o qeyrət üçün
canından keçməyə hazır idin və bu yolda
canından da keçdin. Amma qələbənin son anında
Şəhid oldun. Kişi kimi yaşadın, kişi kimi vətən
uğrunda vuruşdun, mərdlik göstərərək
Şuşada Şəhid oldun. Vətənin hər
qarışını ana bilən igid oğul, O balaca ürəyində
neçə sevgi bəslədin sən? Düşmənin min
gülləsinə sinə gərən cəsur oğul,
Unudarmı səni tarix, unudarmı səni bəşəriyyət?
Təşəkkürlər Şəhidim. Son sözün
“salamat qalın” oldu. Sizlərin sayənizdə qalib gəldik.
Növbəti zəngini çox gözlədik, həmdə
lap şox gözlədik. Səndən isə cavab gəlmədi.
Ali Baş Komandan İlham Əliyev cənabları
ordumuzun Şuşa şəhərini azad etməsinə
görə xalqımızı təbrik etdi: ŞUŞA,
SƏN AZADSAN!- dedi.
Çox sevindik, lap çox. Zəngini gözlədik,
hey gözlədik, axı söz vermişdin, qələbədən
sonra çox danışacağıq demişdin. Həm də
bu qələbədə sənində payın vardı,
özü də çox vardı. Gəlmədi zəngin.
Çatmadı sənə zəngim.
Sən şərəfli bir döyüş
yolu keçdin. Qürurlandırdın bizi.
05.10.2020 -Fizulidə əsas yolu bağlama əməliyyatı
07-16.10.2020 -Fizuli və Cəbrayılda əməliyyatlar
18.10.2020 - Mengelen dağ əməliyyatı
19.10.2020- Edilli kənd əməliyatı
20.10.2020- Dudukçu kənd əməliyyatı
21.10.2020- Sakuri, Tuğ, Ataqut, Ağdam kəndlərinin
azad olunması əməliyyatı
22.10.2020- Azıx (Azor) kənd əməliyyatı
22.10.2020 -773.3 yüksəkliyi
23.10.2020- Böyük Tağlar, Solaq bulaq əməliyyatı
24.10.2020- Zerdanaşen kəndi əməliyyatı
24.10.2020- 1050 yüksəkliyi
24.10.2020 -Bu tarixdən etibarən Fariz sonadək
Xüsusi Təyinatlı Qüvvələrin tərkibində
döyüşüb
25.10.2020- Yuxarı Tagaver, Aşağı
Tagaver əməliyyatı
26.10.2020- Qırmızı Bazar əməliyyatı
27.10.2020- Cagaduz kənd əməliyyatı
28.10.2020- Ağbulaq əməliyyatı
30.10.2020- Siqnax kənd əməliyyatı
01-03.11.2020- Laçın Şuşa yolu kəsmək
əməliyyatı
05-06.11.2020- Şuşa döyüşləri
Qardaşım şir ürəyinə sahib
imiş, sadəcə mən bilməmişəm
Bacısı Rəhimova Pərişan Zahir
qızı: Qardaşım ilə uşaqlıqdan həm dost
olmuşuq, həmdə bacı- qardaş. Aramızda yaş fərqi
cəmi 1 il 1 ay 1 gündür. Bəlkə də bu səbəbdən
çox mehriban olmuşuq. Qartopu oynayanda əllərim
üşüyərdi. Fariz əllərimi ovcuna alıb öpər
və isidərdi. Əsl qardaş kimi bacılarını
qoruyardı, bizə qarşı çox qayğıkeş
idi. Soyuqda əynindəki gödəkcəni mənə verərdi,
“sizə qıya bilmərəm”- deyirdi. O vaxtlar bəzi
şeylərin fərqinə varmazdım. Qardaşım hər
yerdə məni qoruyardı, bu onun doğmalarına, valideyinlərinə,
Vətəninə sevginin özəyi imiş. Qardaşım
şir ürəyinə sahib imiş, sadəcə mən bilməmişəm.
Bilirsiz qardaşsız bacı boynu bükük
qərənfilə bənzəyir, onu xəfif mehdə
yıxa bilər, bir damla şehdə. Farizin toyunda dəstə
bağlayacağım gülləri məzarı
üçün gətirirəm. İnanıram ki, onun yeri cənnətdirbehişti,
məkanı cənnətdir. Sən həmişə qəlbimizdəsən
qardaşım, zirvələrdən enməz igidim,
başımızın tacı, elimizin ziyarət yeri, igidlərin
and yerisən, rahat uyu qardaşım. Sən ölmədin,
yaşayırsan bizim sınıq qəlbimizdə,
Yaşadırsan bu millətin qürurunu sinəsində.
Adın Fariz, özün isə qəhrəmanlıq abidəsi,
Tarix yazan oğulların yol yoldaşı, qəlb
sirdaşı.
Şəhidimiz Rəhimov Fariz Zahir oğlu Qəbələ
Rayonu Əmirvan kənd qəbristanlığında,
Qarabağ Şəhidləri (gizir Elvin Abdurəhmanov,
polkovnik-leytinant Əfqan Abdurəhmanov və kəşfiyyatçı
Bayramov Aydın) ilə bir sırada dəfn olunub. Məkanın
cənnət olsun Şəhidim. Sən bizim
düşündüyümüzdən daha böyük qəhrəman
oldun. Sonda Azərbaycanın incisi, mirvarisi
Şuşamızı alanda Şəhid oldun. Ən yüksək
zirzəyə ucaldın, ŞƏHİDLİK zirvəsinə.
Şəhadətin mübarək olsun.
Mübariz Rəhimov
Üç nöqtə.- 2021.- 14
yanvar.- S.10.