Azərbaycanla Litva memorandum imzaladılar
ELMAR MƏMMƏDYAROV: "ÖLKƏLƏRİMİZ
ARASINDA HUMANİTAR VƏ İQTİSADİ ƏLAQƏLƏR
İNKİŞAF EDİR"
VİQAUDAS UŞATSKAS: "AZƏRBAYCAN AVROPA
ÜÇÜN BÖLGƏNİN SİYASİ VƏ MƏDƏNİ
MƏRKƏZİ KİMİ VACİB ÖLKƏDİR"
"LİTVA ilə Azərbaycan arasında daha geniş siyasi dialoqun qurulması üçün siyasi memorandum imzalanıb. Litvalı həmkarımla görüşdə ilk olaraq Azərbaycanla Litva arasında münasibətlər müzakirə edilib. Viqaudas Uşatskası Azərbaycanda və bölgədəki vəziyyətlə bağlı tanış etmişəm. Həmçinin, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat vermişəm. Rəsmi Vilnüs Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir". Bu barədə dünən litvalı həmkarı ilə görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Elmar Məmmmədyarov jurnalistlərə məlumat verdi.
E.Məmmədyarov Avropa Birliyi tərəfindən irəli sürülən "Şərq Tərəfdaşlığı" proqramı ətrafında da fikir mübadiləsi aparıldığını vurğuladı: "Litva bu proqram çərçivəsində Azərbaycanla daha geniş əlaqələr qurmaq istəyir. Azərbaycan da bunun tərəfdarıdır. Hesab edirik ki, Avropa İttifaqının bu proqramı həm ölkəmiz, həm də bütünlükdə bölgə üçün əhəmiyyətlidir. Azərbaycan və Litva arasında humanitar və iqtisadi əlaqələrimiz inkişaf edir. İki ölkənin iş adamlarının birgə iştirakı ilə biznes-forum keçirilib".
Litvanın xarici işlər naziri Viqaudas Uşatskas Azərbaycanın bölgədə ölkəsinin əsas ticarət tərəfdaşı olduğunu vurğuladı: "Bu gün (dünən) Bakıda Litva Ticarət Evi də açılacaq. Bu qurumdan həm biznesmenlər, həm də turistlər yararlana biləcək. Azərbaycan Avropa üçün yalnız enerji təchizatçısı kimi yox, həm də bölgənin siyasi və mədəni mərkəzi kimi vacib ölkədir. Azərbaycanın "Şərq Tərəfdaşlığı" proqramında iştirakını müsbət dəyərləndirirəm. Ölkələrimiz arasında bu il parlamentlərarası əməkdaşlıq və korrupsiya ilə mübarizə sahəsində iki iri layihə həyata keçiriləcək".
Dağlıq Qarabağ
münaqişəsinin ancaq
sülh yolu ilə həllinin tərəfdarı olduğunu
bildirən V.Uşatskas
problemin həlli prosesində Avropa İttifaqının da fəal iştirakını
istədiklərini bildirdi:
"İnanırıq ki,
bu, Azərbaycanla Ermənistan arasında dialoqun yaxşılaşmasına
kömək olacaq".
Xalid
Üç nöqtə.- 2009.- 8 aprel.- S. 5.