Hökumət Antiböhran Proqramının ilkin müzakirəsini keçirəcək
ƏLİ MƏSİMLİ: "AZƏRBAYCAN BAŞQA
ÖLKƏLƏRLƏ MÜQAYİSƏDƏ ÖZ VƏSAİTLƏRİNİ
DAHA YAXŞI QORUYA BİLİB"
QLOBAL maliyyə böhranının bundan sonrakı mümkün təsirlərini azaltmaq üçün hökumət tərəfindən hazırlanan Antiböhran Proqramının hazırlıq işləri başa çatdırılıb. Bu yaxınlarda onun ilkin variantı müzakirə ediləcək. Tədbirə dəvət olunan parlamentin İqtisadi siyasət daimi komitəsinin üzvü Əli Məsimli "Üç nöqtə"yə müsahibəsində proqram barədə ətraflı məlumat verməyin tez olduğunu dedi:
- İki gün ərzində Antiböhran Proqramının əsas istiqamətləri geniş müzakirə ediləcək. Bu, təqdimat mərasimi şəklində keçiriləcək. Sənədin ilkin variantına ediləcək əlavə və dəyişikliklər üzərində iş aparılacaq. Sonra proqramın yekun variantı ölkə rəhbəri tərəfindən təsdiq olunduqdan sonra icrasına başlanılacaq.
- Əli müəllim, bəzi müstəqil ekspertlər Dövlət Neft Fondunun (DNF) vəsaitlərinin səmərəsiz
və pərakəndə
xərcləndiyini deyir. Böhranın
Azərbaycan Neft Fondunun gəlirlərinə
təsirini necə qiymətləndirirsiniz?
- Azərbaycanın xarici ticarətinin böyük hissəsi neft və neft məhsullarından ibarətdir. Əgər neftin bir barrelinin qiyməti ötən ilin ortalarında 147 dollar olubsa, indi bu göstərici 50 dollar ətrafında dəyişirsə, yəni qiymət bu arada 3 dəfəyə yaxın aşağı düşübsə, bu, Azərbaycanın büdcə gəlirlərini, Dövlət Neft Fondunun gəlirlərini xeyli dərəcədə aşağı salıb. Riyazi rəqəmlərin dili ilə danışsaq görərik ki, 1 yanvar 2009-ci il tarixinə Neft Fondunun aktivlərinin manat ekvivalenti ilə dəyəri 11 milyard 219,2 milyon dollar təşkil edib. Bu ilin planlarına görə isə daha 6,5 milyard dollar vəsait Neft Fondundan xərclənəcək. Nəzərdən qaçırmayaq ki, Neft Fondunun vəsaitləri ölkə daxilində layihələrin maliyyələşdirilməsinə yönəlib. Bunun elə təkcə 4 milyard manatı dövlət büdcəsinə transfert olunacaq. İcmal büdcənin tərkib hissəsi olan Neft Fondunun büdcəsində də neftin baza qiyməti dövlət büdcəsində olduğu kimi, 70 dollar götürülüb. Amma neftin dünya bazarında satış qiyməti bundan xeyli aşağıdır. Əlbəttə, cari ilin sonuna qədər neft nəzərdə tutulan baza qiyməti səviyyəsinə yüksəlməsə, büdcənin investisiya proqramları üçün proqnozlaşdırılan layihələrin həyata keçməsinə fondun ehtiyat vəsaitləri xərclənməlidir. İndiki halda fondun gəlirlik səviyyəsi də olduqca aşağıdır. Çünki valyuta vəsaitlərinin yenidən qiymətləndirilməsi zamanı bəlli olub ki, fond 2008-ci ildə 652 milyon manat vəsait itirib. Lakin bütün bunlara baxmayaraq, bu məsələ ətrafında əlavə söz-söhbət yaratmaq, fikrimcə, düzgün deyil.
- Amma Neft Fondu rəhbərliyi böhranın ciddi təsir etmədiyini deyir. Fond rəhbərinin arqumenti ondan ibarətdir ki, xaricdə idarəetməyə verilən pulların heç bir riskliliyi yoxdur.
- Bu günlər sərhədləri görünməyən
böhran baş verir. Belə böhran şəraitində
hər şey ola bilir. Dağıntı,
iri vəsaitilərin qeyri-müəyyən xərclənməsi də
var. Bu gün
demək çətindir
ki, Neft Fondunun hansı maliyyə alətində yerləşdirilmiş vəsaiti
daha uğurlu və ya uğursuzdur.
Dünyanın bütün
maliyyə institutlarında
ciddi problemlər var. Lakin Azərbaycan
başqa ölkələrlə
müqayisədə öz
vəsaitlərini daha
yaxşı qoruya bilib. Bundan sonra
necə olacağını
demək çətindir.
Dünyada ən nümunəvi neft fondlarından biri Norveç Stabilləşmə
Fondudur. Bu böhran zamanı həmin fond 90 milyard dollardan artıq vəsait itirib. Bu da onun
vəsaitinin yuxarı
və aşağı
həddi olmaqla 1/4-dən
bir qədər azdır. Əgər böhran bu
cür nümunəvi
fondun gəlirlərinə
təsir edə bilibsə, onda bizim fondun da
gəlirlərinin azalmasını
təbii qarşılamaq
lazımdır.
- Neft pullarının səmərəli
xərclənməməsini "Neft və qaz"
haqqında qanunun olmaması ilə əlaqələndirirlər. Bu haqda siz necə
düşünürsünüz?
- Bu məsələ
ilə razılaşmaq
olar. Qanunun qəbul olunması
yaxşı olardı.
Qurumun vəsaitlərinin necə
yerləşdirməsi, hansı
istiqamətlərə yönəltməsi
ilə bağlı qanuni aktlar yoxdur.
Hazırda fondun fəaliyyəti
müxtəlif əsasnamə
və strategiya əsasında tənzimlənir.
Lakin Neft Fondunun vəsaitləri
yerləşdirilən zaman
daha çox konservativ siyasətə üstünlük verilir.
Fonddan büdcəyə transfertlərin həcminin ildən-ilə artması da narahatçılıq doğuran məqamdır. Bu, bütövlükdə dövlət büdcəsinin neft faktorundan asılılığını artıran amildir. Proqnozlaşdırılan büdcə gəlirlərinin 41 faizi Neft Fondunun vəsaiti hesabına formalaşacaq. Büdcəyə transfertlərə limitlərin müəyyənləşdirilməməsi, transfertlərlə bağlı xüsusi meyarların olmaması Neft Fondunun vəsaitlərinə hər hansı limit tətbiq etmədən büdcəyə transfert etməyə imkan verir. Transfertlərin həcmində ciddi artımlar fonddakı vəsaitlərin həcminin azalmasına gətirib çıxarır. Qanun olsaydı, müəyyən limit tətbiq etmək olardı.
Əfsun
Üç nöqtə.- 2009.- 8 aprel.- S. 10.