Mətbuat Şurası 1967 peşə etikası pozuntusu aşkarlayıb

 

ŞURANIN İDARƏ HEYƏTİNİN ÜZVLƏRİ MÜŞAHİDƏ ŞURASINA ÜZV SEÇİLƏCƏKLƏR

 

ÖTƏN gün Azərbaycan Mətbuat Şurası mətbuatda peşə etikası qaydalarının gözlənilməsi çərçivəsində 2009-cu ilin mart ayı üzrə monitorinqin nəticələrini açıqladı. Bu məqsədlə keçirilən tədbirdə Şura sədri Əflatun Amaşov bildirdi ki, monitorinq Azərbaycan rus dillərində nəşr olunan həftəlik gündəlik qəzetləri əhatə edib.

Burada 57 KİV təmsil olunur. Bir ay ərzində 1240 nüsxədən artıq qəzet nəzərdən keçirilib. Ümumi nəticələrə görə, aparılan monitorinqdə 1967 peşə etikasının pozuntusu aşkarlanıb. Mətbuatda ehtimal olunan pozuntuların həlli kod vasitəsi ilə simvollaşdırıb. Simvollaşdırılmış pozuntular öz yaxınlığı müxtəlifliyi ilə 13 yarım kateqoriyaya bölünür 3 əsas kateqoriyada əhatə olunur.

Ə.Amaşov dedi ki, fevralda qeydə alınan pozuntularla müqayisədə bu dəfəki pozuntuların sayı bir qədər aşağıdır: "Ötən dəfə 2545 pozuntu aşkarlanıb. Orta hesabla hər mətbuat orqanına 35 pozuntu düşür. Pozuntular 23 yaxın kod arasında paylanıb. Onların əksəriyyəti 10 kodun əhatəsində cəmlənib. Bu kodlar isə materialı istinad etmədən dərc etmək, jurnalistin tərəf kimi çıxış etməsi, balansın pozulması, jurnalistin leyhinə ya əleyhinə təbliğatı, informasiya mənbəyinə istinad etməmək, tərif, təhqir, böhtan sairdir. Monitorinqin nəticəsinə görə, "Səs" qəzeti 28, "Yeni Müsavat" qəzeti 8, "Azadlıq" qəzeti 8, həftədə iki ya üç dəfə nəşr olunan "Müasir Müsavat" qəzeti 79, "Xural" qəzeti 13 "Yeni xəbər" qəzeti 13 dəfə peşə etikası qaydalarını pozub. Monitorinq zamanı şərəf ləyaqətin qorunması, ümumilikdə 188 dəfə pozulub. Bu sırada birinci yerdə "Müasir Müsavat" gedir.

Jurnalistlərin suallarını cavablandıran Ə.Amaşov Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə bağlı səsləndirilən sualları cavablandırdı. O, qeyd etdi ki, MŞ İdarə Heyətinin iclası keçirilib: "Fondun Müşahidə Şurasının 9 üzvü olacaq. Üç namizədi Prezident təyin edəcək. Altı nəfərin namizədliyini isə Mətbuat Şurası irəli sürəcək. Qərara alınıb ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Müşahidə Şurasının üzvü seçilsin. Düşünürəm ki, bir aya fond formalaşacaq. Fondun icraçı direktoru isə ölkə Prezidenti tərəfindən təyin olunacaq".

Hazırda Mətbuat Şurasının 19 üzvünün olduğunu deyən Ə.Amaşov siyahının tam açıqlanmadığını bildirdi: "Siyahı Prezidentə göndərilməzdən əvvəl mətbuata açıqlanacaq".

Ə.Amaşov onu da əlavə etdi ki, Müşahidə Şurasının üzvləri seçildikdən sonra da ictimai fəaliyyətlə məşğul ola bilərlər: "İcraçı direktora bu aid edilmir".

 

 

Afaq

 

Üç nöqtə.- 2009.- 10 aprel.- S. 11.