Azərbaycanla NATO arasında
əlaqələrin inkişafı
labüddür
ARAZ ƏZİMOV: "NATO ÜZÜNÜ MÜSƏLMAN
DÖVLƏTLƏRİNƏ ÇEVİRMƏLİDİR"
JEAN FRANCİOS BUREAU: "SON İLLƏR AZƏRBAYCAN
NATO-nun ƏSAS TƏRƏFDAŞLARINDAN BİRİNƏ
ÇEVRİLİB"
DÜNƏN Bakıda "NATO - Alyans tam siyasi yetkinlik çağında" adlı konfrans keçirildi. Azərbaycan və NATO arasında əlaqələndirici missiyasını yaxın 2 ildə həyata keçirəcək Rumıniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, NATO-nun nümayəndələri iştirak edirdilər.
Tədbirdə çıxış
edən xarici işlər nazirinin müavini Araz Əzimov NATO-nun sonuncu sammitindən sonra belə bir tədbirin
Azərbaycanda keçirilməsinin
mühüm əhəmiyyət
daşıdığını bildirdi: "Azərbaycan
NATO ilə əməkdaşlığın
genişləndirilməsində maraqlıdır. Yaxın
vaxtlarda Azərbaycanın
NATO ilə əməkdaşlağının
15 illiyi qeyd olunacaq. Ölkəmiz bu əməkdaşlıq
çərçivəsində hərbi, sərhəd nəzarəti sahəsində
islahatlar həyata keçirib. Azərbaycan
NATO tərəfindən həyata
keçirilən sülhyaratma
əməliyyatlarına da
öz töhfəsini
verib. Hazırda ölkəmiz bu qurumla gələcək əməkdaşlıq perspektivlərini
araşdırır".
A.Əzimov Azərbaycan
artıq inanılan tərəfdaş olduğunu
sübut etdiyini vurğuladı: "Əgər
bu gün Azərbaycanın NATO-ya birbaşa üzvlük məsələsi mümkün
deyilsə, əməkdaşlığa
digər aspektdən nəzər salmaq vacibdir. Nəyə görə Azərbaycan Əfqanıstanda NATO ilə
birgə fəaliyyət
göstərməsin. Hazırda
NATO rəhbərliyində yeni
dəyişiklik olub. Hesab edirəm ki, artıq NATO üzünü müsəlman
dövlətlərinə çevirməlidir.
Azərbaycan bu mənada da ən yaxşı tərəfdaşdır".
NATO-nun nümayəndəsi Jean Francios Bureau təmsil etdiyi qurumun davamlı olaraq təhlükəsizliyin təmin olunmasına çalışdığını dedi: "Hazırda NATO-nun 28 üzvü var, eyni zamanda 21 ölkə ilə tərəfdaşlıq mövcuddur. NATO-nun sonuncu sammitindən sonra Alyansın təhlükəsizlik konsepsiyası yeni mərhələyə qədəm qoyacaq. Əfqanıstanda sabitliyə nail olmaq Alyansın gələcək əsas prinsiplərindən biridir. Hesab edirik ki, Azərbaycanla NATO arasında əlaqələrin inkişafı labüddür. Bu tərəfdaşlığın davam etdirilməsi üçün yeni sahələrə baxılması vacibdir. Son illər Azərbaycan elm sahəsində NATO-nun əsas tərəfdaşlarından birinə çevrilib. Əhalinin NATO ilə bağlı maarifləndirilməsi üçün bu son dərəcə vacib amildir".
Daha sonra tədbirdə Rumıniya səfiri Nikolae Ureçe Azərbaycanla NATO arasında əlaqələrin inkişafına çalışacaqlarını vurğuladı.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev NATO ilə Azərbaycan arasında qurulan əməkdaşlığın xüsusi önəm daşıdığını bildirdi: "Azərbaycan dövləti baş verəcək fövqəladə halların aradan qaldırılması üçün ciddi tədbirlər görür. Hazırda Ermənistan tərəfi işğal altında saxladığı Azərbaycan ərazilərində yanğınlar törədir. Bu da ölkəmizin flora və faunasına ciddi zərər vurur. Həmin ərazilər daimi snayper nəzarətində olduğu üçün bunun qarşısını almaq Azərbaycan üçün çətindir. NATO ölkələri öz nüfuzundan istifadə edib Ermənistana müraciət edərək bu yanğınların qarşısını almağa kömək etməlidir".
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri xanım Enn Dersi də Azərbaycanla NATO arasında əməkdaşlığın vacib olduğunu vurğuladı: "15 il əvvəl NATO-nun tərəfdaşlıq planına qoşulan ilk ölkələrdən biri də Azərbaycan olub. Bu gün də NATO tərəfdaşları artmaqdadır. Azərbaycan özünün müstəqil gələcəyini qurduğu bir vaxtda ABŞ və NATO tərəfdaşları bu istiqamətdə öz səylərini əsirgəməyəcək".
Politoloq Vəfa
Quluzadə isə NATO
üzvü olan dövlətləri Azərbaycan
ərazilərinin işğaldan
azad edilməsinə yardım etməyə çağırdı: "NATO-nun sonuncu sammitində Azərbaycanın ərazi
bütövlüyünün tanındığı bir
daha vurğulandı. Hesab etmirəm ki, ATƏT-in Minsk Qrupu bu problemin həllinə
nail olsun. Çünki bu qurum hazırda Azərbaycanla Ermənistanın vəziyyətini
eyniləşdirir.
Ümid edirəm ki, NATO özündə cəsarət
tapıb vəziyyətə
real qiymət verəcək. Yalnız Azərbaycan
torpaqlarının Ermənistan
tərəfindən işğal
edildiyni qəbul etməklə, işğalçı
və işğala məruz qalan ölkələr arasında
fərq qoymaqla problemin həllinə nail olmaq olar".
Xalid
Üç nöqtə.- 2009.- 10 aprel.- S. 9.