Ukrayna Azərbaycanın müttəfiqidir

 

QABİL HÜSEYNLI: "GUAM-in HƏRBİ STRUKTURLARI YARANA BİLƏR"

 

UKRAYNA prezidenti Viktor Yuşşenkonun Azərbaycana ikigünlük səfəri baş tutdu. Səfər çərçivəsində o, Azərbaycan Prezidenti ilə təkbətək görüş keçirdi. Görüş zamanı prezidentlər 2009-2010-cu illər üçün nəzərdə tutulmuş Yol Xəritəsini müəyyələşdirdilər "2009-2010-cu illər üçün Azərbaycan-Ukrayna əməkdaşlığına dair tədbirlər planı" imzaladılar. Bu ya digər baxımdan Azərbaycan-Ukrayna əlaqələrinin mövcud vəziyyəti ilə bağlı politoloq Qabil Hüseynlinin fikrilərini öyrəndik.

- Qabil bəy, enerji təhlükəsiziyi sahəsində əməkdaşlıqda Ukrayna bizə nə təklif edə bilər?

- Ukraynanın çeşidli təklifləri var. Bu, həm enerji, həm nəqliyyat daşımaları ilə bağlıdır. Ukrayna Avropaya nəqliyyatın ən qısa yolunu təklif edir. Onun bir qismi üçün hazır boru kəməri var. Yalnız neftin Batumdan Odessaya qədər gəmi-tankerlərlə daşınması qalır. Qısa enerji yolu kimi Ukraynanın böyük rolu ola bilər. Gələcəkdə Ukrayna, lazım gələrsə, NABUCCO layihəsini öz üzərinə götürə bilər. Məsələ ondadır ki, bu zaman məsafə Türkiyə marşrutu ilə müqayisədə daha qısadır. Ukrayna yalnız energetika sahəsində deyil, strateji baxımdan da bizə müttəfiqdir. O, Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir. Bu, yalnız sözlə bitmir. Əməli işlərlə həyata keçirilir.

- Yuşşenko, Odessa-Brodı-Plotsk neft kəmərinin reallaşmasına mane olan bəzi yerli qüvvələr olduğunu bildirib. Sizcə, həmin qüvvələr hansıdır?

- Bunlar rusiyameylli qüvvələrdir. Həm Ukraynada, həm Azərbaycanda var. Ancaq heç kəs özünün rusiyameylli qüvvə olduğunu etiraf etmir. Ona görə barmaqla kimisə göstərmək o qədər asan məsələ deyil.

- Bu səfərdə Ukraynadakı daxili siyasi vəziyyətin gərginliyini, Azərbaycanda isə xarici siyasi durumun Türkiyə ilə əlaqədar sabit olmamasını kompensasiya etmək elementləri görünürmü?

- Hər bir dövlət uğursuzluqlarını başqa bir sahədəki uğurları ilə kompensasiya etməyə çalışır. Amma Yuşşenko Azərbaycana birinci dəfə gəlmir. Bu əvvəlcədən planlaşdırılmışdı. Ona görə daxilə hesablanmış məqamların olduğunu iddia edə bilmərəm. Azərbaycanın Türkiyə ilə münasibətində Ermənistanla sərhədlərin açılması ətrafında yaranmış səs-küyə görə soyuqluq yaranmışdı. Yenə bunun Ukrayna ilə olan münasibətlərə heç bir aidiyyəti yoxdur. Ukrayna ilə normal iqtisadi münasibətlərimiz var. Ukrayna bir neçə ay bundan əvvəl Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT- kifayət qədər fəallıq göstərdi. GUAM ərazisindəki münaqişəli ocaqlarla bağlı məsələ BMT Baş Məclisinin sessiyasına Ukraynanın təkidi ilə çıxarıldı qətnamə qəbul edildi. Ona görə , mən Azərbaycan Ukrayna prezidentlərinin görüşünün nəyinsə müqabilində edildiyini düşünmürəm.

- Demokratiya və İqtisadi İnkişafa yardım Təşkilatını (GUAM) NATO-ya keçidə hazırlıq xarakterli hərbi-siyasi birliyə çevirmək olar?

- Bu siyasi ittifaq artıq mövcuddur. Gələcəkdə isə Gürcüstanın təklifi ilə onun hərbi strukturlarının-çevik qüvvələr kontingentinin yaradılması ideyası ortalıqda var. Amma bu, hələ reallaşdırılmayıb.

GUAM çərçivəsində dövlətlər həm öz qanunvericiliklərini, demokratiya insan haqları sahəsindəki məsələləri, hərbi quruluşlarını NATO standartlarına uyğunlaşdıra bilərlər. Bunun özü NATO-ya daxil olmaq üçün mühüm rol oynaya bilər. Bütövlükdə Ukrayna Azərbaycanın hərbi-siyasi sahədə ən yaxın tərəfdaşlarındandır.

 

   

Sarvan BAYRAMOĞLU

 

Üç nöqtə.- 2009.- 11 aprel.- S. 4.