Antiböhran Proqramının qəbulu yubanır

 

VÜQAR BAYRAMOV: "HAZIRLANAN PROQRAM SAHİBKARLARA HƏM BİRBAŞA, HƏM DƏ DOLAYI YARDIMLARI NƏZƏRDƏ TUTMALIDIR"

 

 QLOBAL maliyyə böhranının neqativ təsirlərini azaltmaq ölkədə dayanaqlı iqtisadi inkişafı qorumaq üçün Antiböhran Proqramının qəbulu yubanır. Görünür, hökumət hələlik bu proqramın həyata keçirilməsini vacib saymır. Antiböhran tədbirlərinin hər bir ölkənin iqtisadiyyatının yerli xüsusiyyətlərindən asılı olaraq həyata keçirildiyini vurğulayan iqtisadçı ekspert Vüqar Bayramov "Üç nöqtə" bildirdi ki, bütün antböhran proqramları məhz dövlətin müdaxiləsinin artırılmasını təşviq edir:

- Ötən əsrin 30-cu illərində Qərbdə baş verən durğunluqdan çıxış yolu da məhz dövlət müdaxiləsinin artırılması oldu. O zaman Keyns dövlətin iqtisadiyyata müdaxiləsini stimullaşdıran 5 funksiya müəyyənləşdirmişdi. Böhran illərində dövlətin sahibkarların, bankirlərin bütövlükdə bütün vətəndaşların yanında olması vacib sayılmışdı. Bunlar böhrandan tez çıxmağa zəmin yaradan amillər sayılır. Artıq ABŞ hökuməti 1,7 trillion dollarlıq yardım paketlərini təsdiq edib. Avropa Birliyi ölkələri biznesə yardımı davam etdirirlər. Azərbaycanda da biznesə dövlət yardımlarının əhəmiyyəti artıq ən yüksək rəsmi səviyyədə bildirilir. Bizdə hazırlanan proqram dövlətin biznes ya sahibkarlara həm birbaşa, həm dolayı yardımlarını nəzərdə tutur.

- Antiböhran tədbirlərinin əsas hədəfləri nədən ibarət olmalıdır?

- İlk növbədə ölkədə kiçik orta sahibkarlığın inkişafını stimullaşdırmaq lazımdır. İstər MDB ölkələrində, istərsə inkişaf etmiş dövlətlərdə hazırlanan Antiböhran Proqramlarının aparıcı istiqaməti sahibkarlığın stimullaşdırılmasına istiqamətlənən tədbirlərin həyata keçirilməsidir. Son illər İqtisadi İnkişaf Nazirliyinin yanındakı Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə 400 milyon manatadək kredit verilib. Təəssüf ki, bu il yanvarın 18- ölkə rəhbərinin sədrliyi ilə keçirilən 2008-ci ilin iqtisadi sosial yekunlarına həsr edilmiş müşavirədə qeyd edildiyi kimi sözügedən fondun fəaliyyətində son illər ciddi nöqsanlar olub. Bu isə sahibkarlağın inkişafına yönəldilən vəsaitlərin heç tamamilə səmərəli xərclənməsinə imkan verməyib. Qlobal böhranın müşahidə edildiyi bir dövrdə ölkəmizdə sahibkarlığın inkişafına dəstək verilməsi üçün bu sahəya ayrılan maliyyə yardımlarının həcminin artırılması vacibdir. Hesab edirik ki, Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə sahibkarlara təqdim edilən kreditin həcminin 250 milyon manatadək artırılması məqsədəuyğundur. Milli Bankın faiz dərəcəsinin 3 faiz olduğunu inflyasiya səviyyəsinin 2009-cu ildə əhəmiyyətli şəkildə azaldığını nəzərə alaraq kredit faizinin azaldılması da vacibdir. Fondun təklif etdiyi kreditlərin maksimum məbləği isə yaxşı olar ki, 3 milyon manatdan 5 milyon manatadək artırılsın.

- Yerli məhsulların ixracınin stimullaşdırılması istiqamətində hansı tədbirləri həyata keçirmək olar?

- İqtisadi İnkişaf Nazirliyi yerli məhsulların xarici bazara çıxarılması ilə bağlı fəaliyyətini genişləndirməklə həm Azərbaycana valyuta axınlarına müsbət təsir göstərə, həm yerli müəssisələrin potenisalını gücləndirə bilər. Böhran dövründə müqayisəli üstünlüklərə malik məhsullar balıq balıq məhsulları, kənd təsərrüfatı məhsulları, spirtli içkilər hesab edilir.

- Həmin məhsulları istehsal edən müəssisələrin rəqabətqabiliyyətliliyini necə artırmaq olar?

- İlk növbədə "Rəqabət Məcəlləsi"nin qəbulu tezləşdirilməlidir. Antiinhisar tədbirlərinin səmərəli həyata keçirilməsi üçün qanunvericilik bazasının möhkəmləndirilməsinə ehtiyac var.

"Rəqabət Məcəlləsinin" qəbulunun yubanması rəqabət mühitinə neqativ təsir göstərir. Buna görə anti-böhran tədbiri kimi sözügedən məcəllənin qəbulu sahibkarlığın inkişafına müsbət təsir göstərə bilər. Paralel olaraq süni qiymət artımlarına qarşı kompleks mübarizə gücləndirilməlidir. İnhisarçılığa qarşı mübarizə genişləndirilsə inanmaq olar ki, bazarda sağlam müəssisələr qalacaq.

  

 

Əfsun

 

Üç nöqtə.- 2009.- 14 aprel.- S. 10.